14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
XİN: Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir
Tarix: 27-07-2018 07:22 | Bölmə: Siyasət

Türkiyəyə əmr etmək və onu hədələməyə heç kimin haqqı yoxdur.
Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.
Aksoy bildirib ki, Türkiyə qanunun aliliyinin hökm sürdüyü, demokratik ənənələri olan suveren dövlətdir: "Türkiyəyə qarşı təhdid dili qəbuledilməzdir".
XİN rəsmisi qeyd edib ki, Türkiyə bu günə qədər ABŞ-la əlaqələrin yaxşılaşdırılması üçün lazımi siyasi iradə göstərib və ondan tələb olunan hər şeyi edib: "ABŞ hakimiyyəti tərəfindən dostluq və müttəfiqlik münasibətlərinin üzərindən xətt çəkən təhdidlər qəbuledilməzdir".
Öz növbəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, "Tvitter" sosial şəbəkəsində ABŞ vitse-prezidenti Maykl Pensin ölkəsinin Türkiyəyə qarşı mümkün sanksiyalarını şərh edib.
"Heç kim Türkiyəyə nə edəcəyini diktə etmir. Biz heç vaxt kiminsə təhdidinə dözməyəcəyik. Qanun qarşısında hər kəs istisnasız olaraq bərabərdir", - deyə Çavuşoğlu bildirib.
Daha öncə məlum olduğu kimi, ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.



Baxış sayı: 753


Bölməyə aid digər xəbərlər