12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
“Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?”
Tarix: 17-04-2020 14:41 | Bölmə: Siyasət

                  “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var?”

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 
"Qafqazinfo" xəbər verir ki, Elton Məmmədov demokrat.az-a açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar doğru deyil:
"Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır".
Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:
"Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır..."
Daha tez məlumatlanmaq üçün yeni Face



Baxış sayı: 503


Bölməyə aid digər xəbərlər