19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
20:28 / 29-10-2026
Polis neft çirklənməsi səbəbindən turistləri dənizdən təxliyə edir
20:25 / 29-10-2026
66 yaşlı qadın vəhşicəsinə saxlanıldıqdan sonra öldü
20:21 / 29-10-2026
15 milyon rubl ödəməyi əmr etdi
20:12 / 29-10-2026
ABŞ-dan olan bir köhnə mömin rahib Krasnoyarsk diyarında nərə balığı tutduğuna görə həbs edilib
20:04 / 29-10-2026
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
19:44 / 29-10-2026
TASS: Bir avtomobilin altında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib Stavropolda bir avtomobilin altında partlayıcı qurğu zərərsizləşdirilib
19:41 / 29-10-2026
Netanyahunun partiyası səslərin 97,3%-i sayıldıqdan sonra liderliyini qoruyub saxlayır
10:16 / 29-10-2026
Rosatom ABŞ ilə bir sıra əməkdaşlıq sahələrini müzakirə etdiyini açıqladı
10:13 / 29-10-2026
Braziliya Bolsonaronun açıqlamalarının Lula da Silvanın hakimiyyətini təhdid etmədiyini bildirir
10:08 / 29-10-2026
Media: ABŞ nüvə obyektində laboratoriya yanğınında bir nəfər xəsarət alıb
10:05 / 29-10-2026
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
10:01 / 29-10-2026
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
09:58 / 29-10-2026
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
09:54 / 29-10-2026
ABŞ-a "Halloween" konfetlərində fentanil ehtimalını yoxlamaq tövsiyə olunur
09:50 / 29-10-2026
Cənubi Koreya KXDR-dən təxminən on raket atışını qeydə alıb
09:28 / 29-10-2026
Hollandiyalı bir kişi pişiyi ilə görüşmək üçün məhkəmədən icazə istədi
20:53 / 28-10-2026
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
20:40 / 28-10-2026
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
20:35 / 28-10-2026
Gənc oğlan 18-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb
20:32 / 28-10-2026
Yoqa dərsindən sonra insult keçirib
20:28 / 28-10-2026
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
20:23 / 28-10-2026
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
20:05 / 28-10-2026
Britaniya Ukraynaya əlavə 10 milyard avro yardım edəcəyini açıqladı
20:01 / 28-10-2026
Artemi Lebedevin Kiyevdəki mənzili 8,01 milyon qrivnaya satıldı
19:51 / 28-10-2026
Daşınmaz əmlak agentliyinin sahibi yeniyetməni xilas edərkən öldü
19:49 / 28-10-2026
ABŞ hərbi təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra göyərtədə fəlakət siqnalı çaldı
16:41 / 28-10-2026
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
16:36 / 28-10-2026
İspaniyada qatar toqquşmasında ən azı 50 nəfər ölüb
16:33 / 28-10-2026
Xarici İşlər Nazirliyi Putin, Tramp və Si Cinpin arasında sammitin keçirilməsi ilə bağlı hələlik təsdiqlənmədiyini bildirib
16:31 / 28-10-2026
"Real Madrid" Mbappe qalmaqalından sonra Çin xalqından üzr istədi
16:23 / 28-10-2026
Rusiya, ABŞ və Çin liderlərinin noyabr görüşü Zelenskini narahat etdi
16:20 / 28-10-2026
ABŞ ilə birgə kosmik layihələrin davam etdirilməsini xatırlatdı
“İnanırıq ki, seçkilər islahatlar dövrünün yeni səhifəsini açacaq” - Nahid Bağırov
Tarix: 23-01-2020 13:17 | Bölmə: Siyasət
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri, 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nahid Bağırov “Yeni parlamentdən yeni gözləntilər” adlı məqalə yazıb. O bildirib ki, seçici ilə sıx ünsiyyət qurmaq hər bir deputatın əsas vəzifəsi olmalıdır.
“Qafqazinfo” sözügedən yazını təqdim edir:
Ölkənin dinamik inkişafının mühüm şərtlərindən biri də sistemli islahatların həyata keçirilməsidir. Məhz məqsədyönlü, ardıcıl və bütün sahələri əhatə edən kompleks islahatlar idarəetmənin təkmilləşdirilməsini, daha geniş mənada isə ölkə qarşısında dayanan strateji hədəflərin əlçatanlığını təmin edir. İslahatlar həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, ölkə vətəndaşlarının həyatının keyfiyyətinə birbaşa təsir göstərir və deməli, vətəndaş məmnunluğu baxımından da son dərəcə vacibdir.
Azərbaycanın bütün sahələrini əhatə edən islahatlar son vaxtlar xüsusilə sürətlənib və daha geniş, əhatəli xarakter alıb. Bu islahatlar sırasında kadr və struktur islahatlarının da xüsusi yerinin olması isə məhz hərtərəflilik və sistemliliyin təmin edilməsi məqsədinə bağlıdır. İslahatların ölkəmizin ümumi inkişafında roluna gəlincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə və islahatların mahiyyətinə tam aydınlıq gətirib: “Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər”.
Son dövrlərdə aparılan islahatların ən mühüm xüsusiyyəti məhz müasir çağırışlara əsaslanmasıdır. Aydındır ki, indi dünyadakı inkişaf templəri sürətlə dəyişir, qlobal çağırışlar artır və inkişafı hədəfləyən ölkə birmənalı olaraq bu çağırışlara cavab verməyə hazır olmalıdır. Elə cəmiyyətin özü də daim yenilənməkdədir və təbii ki, idarəetmə bu tempə uyğunlaşmağı bacarmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi “işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək”.
Sözsüz ki, müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar qanunverici orqandan da yan keçə bilməz. Hakimiyyətin digər qollarında islahatların getdiyi bir dövrdə parlamentin bu prosesdən kənarda qalmaması son dərəcə vacib məsələdir. İlk növbədə ona görə ki, ölkənin inkişafı üçün daha təkmil, müasir çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması vəzifəsi məhz parlamentin üzərinə düşür. Bunun üçün isə, şübhəsiz ki, deputatların özlərinin də işə yanaşma tərzi dəyişməli, onlar daha çevik, daha müasir düşüncə tərzinə malik olmalı, müasir dünyanın çağırışlarını bilməli, qlobal inkişaf templərini tutmağı bacarmalıdırlar. İndi kənd və ya şəhərdəki seçki dairəsindən seçilməsindən asılı olmayaraq, hər bir deputatın əsas vəzifəsi seçici ilə sıx ünsiyyət qurmaq, birbaşa işləmək olmalıdır. Bax, yeni Milli Məclisdən ən böyük gözlənti də məhz ölkə seçicisinin qarşısına bu xüsusiyyətlərə malik yeni tərkibdə çıxması ilə bağlıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin”.
Dövlət başçısının yeni seçiləcək deputatlara tövsiyəsi isə odur ki, “onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq”. Bu mənada yeni parlamentin əsas missiyası məhz ictimai nəzarətə əsaslanan deputat-seçici münasibətlərinin qurulması olmalıdır.
Deputat seçicinin səsini eşitməli, sözünü dinləməli və buna müvafiq olaraq, onunla digər qurumlar arasında körpüyə çevrilməyi bacarmalıdır. Deputat əhalinin ən müxtəlif qruplarının problemlərindən xəbərdar olmalı və bu problemlərin əlaqədar orqanlara çatdırılması, zərurət olduqda onların həllinə xidmət edən qanunvericilik təşəbbüsləri ilə çıxış etmək kimi mühüm istiqamətləri özünün əsas vəzifəsi olaraq dərk etməlidir. Başqa sözlə, yeni çağırışlar dövründə istər ayrı-ayrı deputatlar, istərsə də bütövlükdə parlament geniş mənada vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmalı, xalqa xidməti özünün müqəddəs vəzifəsi bilməlidir. Nöbbədənkənar parlament seçkilərinin keçirilməsi üçün seçilmiş majoritar sistem bu məqsədlərə nail olmaq baxımından seçicilər üçün ən uyğun sistemdir. Bir şərtlə ki, ölkə Prezidentinin vurğuladığı kimi, “seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun”.
İnanırıq ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bütün gözləntiləri doğruldaraq, islahatlar dövrünün yeni səhifəsini açacaq. Ümidvarıq ki, yeni parlament zaman və vətəndaşların çağırışlarına səs verərək, Azərbaycan tarixinin ən genişmiqyaslı islahatlar dövrünün növbəti uğurlarına öz töhfəsini verməyə nail olacaq.

Baxış sayı: 808
Bölməyə aid digər xəbərlər

29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.
12-10-2026, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
12-10-2026, 22:03
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
12-10-2026, 21:46
Estoniyanın yeni prezidenti var
9-10-2026, 10:52
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
8-10-2026, 18:35
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
7-10-2026, 20:58
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
6-10-2026, 18:33
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
5-10-2026, 15:13
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
5-10-2026, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
5-10-2026, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
4-10-2026, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
4-10-2026, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"