Bütün xəbərlər
Hacı Rauf Sərdarov: "Şəhidlər həm bu dünyada, həm axirətdə insanların xilaskarıdır"
Tarix: 14-11-2022 00:12 | Bölmə: Reportaj

Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Səbuhi Həsənquliyevin ikinci ildönümü keçirilib.

                      

Tədbirdə şəhid ailələri, qazilər,ictimayyət nümayəndələri,ziyalılar iştirak ediblər.
Şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Dövlət himni səslənib.Quran oxunub.

         
Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd öz yazdığı şeirləri deyib.
Tədbirdə çıxış edən Abşeron,Sumqayıt, Xızı bölgə qazısı Hacı Rauf Sərdarov deyib: "Özlərini bir xalqın, millətin,vətənin,dövlətin, torpağın qurtuluşu,xilası üçün fəda edən insanlar ən yüksək zirvədədirlər. Bizim şəhidlərimiz öz igidlikləri, qəhrəmanlıqları ilə bizim qəlbimizi fəth elədilər.


                       

Bizləri başı uca elədilər. Bir xalqa qürur verdilər.Bir xalqı qəhrəman elədilər. Elə sözlər var ki, öz mahiyyətini rəngini itirir. Amma şəhid üçün, qazi üçün deyilən söz daim insanların qəlbindədir. Allah bu igidləri, şəhidləri Qurani-Kərimdə təhrif edir. Peyğəmbər buyurub ki, ən uca zirvə, ali dəyər şəhidlikdir. Şəhidlər həm bu dünyada, həm axirətdə insanların xilaskarıdır". 
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
 








Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər