Bütün xəbərlər
Yardımlıda Vətən müharibəsi şəhidi Ruslan Cəfərlinin ailəsi ilə görüş keçirilib
Tarix: 20-02-2022 20:29 | Bölmə: Reportaj


Yardımlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Ruslan Cəfərlinin ailə üzvləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən Muzeyin direktoru Əli İsgəndərov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Ruslan Cəfərlinin qəhrəmanlığından danışıb.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş Ruslan Cəfərli topçu kimi düşmənə ağır zərbələr vurub.
Şəhidin atası Nəcəf Cəfərov oğlunun Vətən sevgisindən və döyüş şücaətindən danışaraq qeyd edib ki, ailənin yeganə oğul övladı olan Ruslan cəbhəyə könüllü yollanaraq döyüşlərdə əsl igidlik göstərib. “Biz onunla fəxr edirik, çünki o, Vətən uğrunda şəhadətə yetişib”, - deyə şəhid atası deyib.
Qeyd edək ki, Ruslan Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.






Baxış sayı: 807


Bölməyə aid digər xəbərlər