20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Azərbaycanlı aşpaz: Qurudlu xəngəli Almaniyada bişirib servis edirəm - MÜSAHİBƏ
Tarix: 18-06-2019 21:43 | Bölmə: Müsahibə
Məhəmməd Abdullayev Almaniyada Azərbaycanı və onun mətbəxini təbliğ edən peşəkar aşpazdır. Qreifsvald şəhərində yaşayan Məhəmməd 1987-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Öz arzularının arxasında Almaniyaya gedən aşpaz bu gün mətbəximizin böyük təbliğatçısına çevrilib.
Oxu.Az Məhəmməd Abdullayevlə müsahibəni təqdim edir:
- Aşpaz fəaliyyətiniz necə başlayıb?
- Hər şey çoxdan başlayıb. Uşaq yaşlarımdan mətbəxi sevirdim. Amma bunu özümə iş, peşə seçməyim və bu istiqamətdə fəaliyyətim 2007-ci ildən başlayıb. 11 saylı Bakı peşə liseyni bitirmişəm. Həmin vaxtlar bura 68 saylı peşə məktəbi adlanırdı. Daha sonra ustam Anar Qasımovla tanış oldum. O vaxtdan artıq qarşıma məqsəd qoymuşdum ki, peşəkar aşpaz olacam. Bu sahəyə ehtiras yarandı.
Kulinariyanın incəliklərini öyrənməyə başladım. Azərbaycan məbəxi ilə yanaşı, digər mətbəxlərin də konsepsiyasını tamamilə anlamağa çalışdım. Həm öyrənib, həm işləmək mənə şərait yaratdı ki, nəzəriyyəni praktikaya çevirim. Bəli, kulinariya sənət və elmdir. 20 yaşımdan artıq işləməyə başladım və bu gün 32 yaşımda peşəkar aşpaz kimi ölkədən kənarda fəaliyyətimi davam etdirirəm.
- Necə oldu ki, xarici ölkəyə getdiniz? Burada işləriniz alınmadı?
- Xeyr, burada işləmək rahatdır. Sadəcə, özümü inkişaf etdirmək üçün xarici ölkədə bəxtimi sınamaq istədim. Düşünürəm, yaxşı da alınır. Çünki Almaniyanın Qreifsvald şəhərində “Buta” restoranı açdıq və Azərbaycan mətbəxininin ən dadlı yeməklərini onlara sevdirdik.
- Bəzən deyirlər ki, xarici ölkələrdə meyvə-tərəvəzin dadı olmur. Elədirmi?
- Bu suala belə cavab verim. Biz bəzən deyirik ki, suda dad var, meyvədə yoxdur. İnanın ki, bizim tərəvəzlərin, meyvələrin dadı heç bir ölkədə yoxdur. Ən müsbət cəhətlərdən biridir ki, ölkəyə GMO məhsullarının gəlişinə məhdudiyyətlər qoyuldu. Almaniyada bizim yeməkləri hazırlayanda eyni dadı almaq olmur. Məhsulların dadını bənzətmək üçün mütləq ədviyyatlardan istifadə etmək məcburiyyətində qalıram.
Təsəvvür edin ki, yarım metrlik badımcanlar var. Badımcanı bir həftə bişirirsən, qurtarmır (gülür). Həqiqətən, orada tərəvəzlərin - pomidor, bibər, xiyar, badımcanın içərisində toxum yoxdur.
Əlbəttə, onda dad olmayacaq. Mən istixanalarda pomidorların necə süni yetişdirildiyini görmüşəm. Bildiyiniz şəffaf su kimi rəngdən yavaş-yavaş qızarıb qəribə formaya düşür. Çünki onlara dərmanlı su verilir. Bu da, təbii ki, xəstəliklərin yaranmasına səbəb olur. Biz isə öyrəşmişik ki, pomidor yaşıldan qırmızıya dəyişir. Fikrimcə, bütün xəstəliklərin təməlində qida dayanır. Aristotelin maraqlı sözü var. O deyirdi ki, çalışın qidanız dərman, dərmanınız qida olsun.
Məncə, bizim vətəndaşlar eyni yeməyi yerli və xarici məhsullarla hazırlanan iki variantda yesələr, aradakı fərqi dərhal hiss edəcəklər. Amma almanların mətbəxi o qədər kasıbdır ki, onlar bu fərqi o qədər hiss etmir. Və Azərbaycan mətbəxinin istənilən yeməyinin dadı onlarda möhtəşəm təəssürat yaradır.
- Dediniz ki, almanlar bizim yeməkləri çox sevir. Ən çox hansı yeməklərimizə tələbat var?
- Ən çox saciçi, kabablar və dolma. Bu yeməklər ilk üçlükdədir. Digərlərini də sevirlər. Sadəcə, ətli yeməklərə daha çox tələbat var.
- Azərbaycan mətbəxində yeməklərin kifayət qədər yağlı olması xüsusi qeyd edilir. Sizə bu barədə fikir söyləyən olur?
- Bəli, olur. Sadəcə olaraq, bizdə yeməklərin hazırlanma metodu fərqlidir. Bizim aşpazlar, eləcə də, insanlar elə fikirləşir ki, yemək nə qədər yağlı olsa, bir o qədər dadlı olacaq. Yağ və duz yeməyin ən birinci komponentlərindən hesab edilir. Amma əslində, elə deyil. Yeməyi bol yağda bişirmək lazım deyil.
Xüsusilə ət məhsullarını öz suyunda saxlamaq lazımdır ki, dadını itirməsin. Almanlarda ət bişiriləndə 3-4 saat vaxt alır. Bəzən xüsusi qaydada əti yarıbişmiş halda saxlayırlar. Daha sonra onları xüsusi paketlərdə suya qoyub qaynadırlar.
Belə olan halda ətin suyu içərisində qalır. Əks halda ədviyyatlar belə o dadı almağınıza kömək etmir. Almanlarda “fast-food” daha çoxdur. Onlar müəyyən vaxt sərf edib yemək hazırlamağı sevmir. Əksər hallarda yemək saatlarında restoranlara üz tuturlar.
- Almanlar bizim şirniyyatları sevir?

- Almanlar, ümumiyyətlə, şirniyyat sevmirlər. Onların öz mətbəxinə xas olan şirniyyatları belə azdır. Amma ümumilikdə, bizim şirniyyatlardan ən çox tanıdıqları və sevdikləri paxlavadır.
Almanlar daha çox görüntüyə önəm verir. Bəzən internetdə yeməklərin fotolarına baxırıq. Eyni qaydada hazırlayırıq, amma sanki görünüşlə dad arasında fərq var. Biz, əsasən, yeməkləri klassik üslubda təqdim edirik. Düşünürəm, balansı qoruya bilirik.
- Yeməklərin dadı aşpazın öz fantaziyası ilə nə qədər bağlıdır?
- Çox. Belə ki, hər bir aşpazın kulinariya sənəti üzrə geniş bilik bazası olmalıdır. Bacarığı və fantaziyaları öz sözünü deməlidir. Yeməkləri bir qədər dəyişik halda etmək olar. Dadı ilə forması ilə oynayıb onu sanki yeni bir üslubda təqdim etmək olar. Bu insanların marağına səbəb olur.
- Azərbaycan mətbəxinin hansı yeməklərini yeni aranjimanda təqdim edirsiniz?
- Qusarda çıkan deyilən yemək var. Qışın yeməyi olsa da, onu yaz-yay ayları üçün dəyişik formada hazırlamaq mümkündür. Konsepsiyasını qorumaq şərtilə Şəkinin məhşur sürhüllüsü var, tam bişməmiş ətdən hazırlanır, Onu biz restoranımızda hazırlayıb servis edirik. Bundan başqa, Qazaxın qurudlu xəngəli var. Yayma xəngəl qurudla hazırlananda bir başqa dadlı olur. Bizim öz xalqımız bəzən bu yeməklərin əksəriyyətini bilmir. Çalışıram, bu yeməkləri xarici ölkələrdə tanıdım. Bir müddət sonra artıq bu yeməklər unudulub gedəcək.
Bir də onu deyim ki, Qarabağ mətbəxinə aid olan qəlya adlanan yemək var. Tərkibində çərəz, turşu, zirinc istifadə edilir. Bu yeməyin veqan və toyuq ətindən olan versiyasını hazırlamışıq. Piti qabında verilir və olduqca böyük maraqla qarşılanıb. Bu yemək üçün bizim restorana gələnlər belə var.
- Müştərilərin nə kimi istəkləri nəzərə alınır?
- Biz müştərilərə xidmət verdiyimiz üçün mümkün qədər onların istəklərini nəzərə almağa çalışırıq. Xüsusən yeməklərdə. Bu gün biz şəkərli diabet, təzyiq problemi olan və digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün yemək qrupları hazırlayırıq.
Hansı ki, orada qeyd olunacaq ki, sizə bu yeməkləri yemək narahatlıq verə bilər. Düşünürük, bunu məhz həmin yeməklərin tərkibinin yazıldığı hissədə aşağıda qeyd kimi qoyaq. Gerisinə artıq müştəri özü qərar verəcək.
- Restorana rəsmi şəxslər gəlirmi?
- Bəli. İcra nümayəndələri, bu şəhərdə yaşayan oliqarxlar Azərbaycan mətbəxindən ibarət süfrə istəyirlər. Almanlar olduqca planlı millət olduqları üçün hətta bir ay əvvəldən bizə hazır menyu verib rezervasiya edirlər. Həftə ərzində qırmızı ətdən çox istifadə etmirlər, amma həftəsonu kabab, saciçinə üstünlük verilir.
- Necə düşünürsünüz, bişirilmə zamanı istifadə edilən tavalar, qazanlar yeməyin dadına təsir göstərə bilir?
- Bəli. Əvvəllər mis qablardan istifadə edirdilər. Bu, yemək bişirmək üçün ən gözəl qablardır. Fransızlar hələ də bu üslubda davam edir. Amma təəssüf ki, bu gün hər kəs yapışmayan tavalara üstünlük verir. Bundan başqa, bişirmə texnikasına təsir dən əsas məqam ocaqdır. Yeməklər nə qədər köz üzərində bişirilsə, bir o qədər dadlı olacaq. Bu fərqi hiss etmək olar.
- Yeməkləri mikrodalğalı sobada qızdırıb servis edirsiniz?
- Xeyr. Almanlar özləri bu mətbəx robotundan istifadə edir. Amma restoranlarda bunun əleyhinədirlər. Yeməklər individual şəkildə hazırlanır və təzə servis edilir. Bizim restoranda yeməklərin isidilib servis edilməsi metodikası yoxdur.
- Almanların mətbəxindəki hansı nüansların bizim mətbəxlərdə tətbiq edilməsini istərdiniz?
- Almanların yalnız gözəl texnikası var (gülür). İnanın ki, o qədər əlverişli avadanlıqları, xüsusi sobaları var ki, eyni anda fərqli dərəcələrdə üç fərqli yeməyi bişirmək olar. Nə qoxusu qarışır, nə də dadı dəyişir. Almanlar səbirli millətdir. Bir yeməyi 20 dəqiqə gözləyə bilərlər. Biz isə masaya oturan kimi deyirik, “sifariş nə oldu?” (gülür).
Belə məqamlar var. Ona görə düşünürəm ki, Azərbaycanda da kulinariyanı, restoran şəbəkəsini inkişaf etdirmək olar. Bahalı avadanlıqdır, amma bunu almaqla bitmir. İstifadə etmək də önəmlidir.
Çəkilişə şərait yaratdığı üçün “Taksim” restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Baxış sayı: 1 073
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə