20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Əflatun Amaşov: “Siz gedin, biz gələk” ritorikası bolşeviksayağı yanaşmadır”
Tarix: 21-05-2019 01:44 | Bölmə: Müsahibə
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə mətbuatının vəziyyəti ilə bağlı geniş müsahibə verib. Musavat.com həmin müsahibəni diqqətinizə çatdırır:
- Əflatun bəy, rəhbərlik etdiyiniz təşkilat 3 may Ümumdünya Mətbuat Azadlığı Gününu xüsusi qeyd etdi, bununla bağlı ayrıca konfrans təşkil etdiniz. Düşünürük ki, bu günə 2019-cu ildə daha önəmli yanaşıldı. Belə demək olarmı?
- Mətbuat Şurası hər zaman 3 may Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edib. Diqqət yetirsəniz, əvvəlki illərdə də konfranslar təşkil etmişik. Ancaq bu il bir qədər fərqli ab-hava var idi. O ab-havanı da biz yaratmadıq. Və bu ab-havanın fonunda təşkil etdiyimiz tədbir ön plana çıxdı. Fərqlilik nədədir, hesab edirəm ki, bunun üzərində dayanmağa ehtiyac var.
Bilirsiniz ki, media ümumən spesifik sahədir. Onun azadlığı məsələsi bütün cəmiyyətlər üçün prioritetdir. Azərbaycan cəmiyyətində də buna xüsusi münasibət var. Məsələ yanaşmada hansı meyllərin nəzərə çarpmasında, hansı məqamların əsas götürülməsindədir. Hesab etmirik ki, Azərbaycan mediası problemsizdir. Tədbirimizdə problem və çətinliklər çılpaqlığı ilə sadalandı. Amma biz fikirlərimizi yalnız 3 may günü, ya da media ilə bağlı hansısa əlamətdar günlərdə söyləmirik, hər zaman gündəmə gətirir və diqqətdə saxlayırıq.
Medianın elə bir problemi yoxdur ki, Mətbuat Şurası onunla əlaqədar nə isə etməsin. Mübahisələndirmək niyyətim yoxdur, əlbəttə, edə bilmədiyimiz işlər kifayət qədərdir. Ümumən mediamızın mənzərəsi aydındır. Məsələ problemlərin təqdim olunmasındadır. Problemi aradan qaldırmaqmı istəyirik, yoxsa spekulyasiya etmək? Suallar çoxdur və təəssüf ki, onların doğuran əslində yanaşma və fikir ayrılıqları deyil. Böyük ölçüdə ortada iddia var. İddia indiyədək media sahəsində görülən işlərin guya yarıtmaz olduğuna dair rəy yaratmağa söykənib.
İnkarçılıq heç vaxt yanaşma sayılmayıb və heç zaman tərəqqi gətirməyib. Görünən budur ki, bəzilərinin inkarçılığında ideya yoxdur. Yenə də deyirəm, problemləri biz də görürük. Nəzərə alaq ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət necədirsə, o da elədir. Mətbuat azadlığı deyirik, inkarçıların təqdim etdikləri model həqiqi media azadlığıdırmı? Kimdir o azadlığı təqdim edən, onun özü nə dərəcədə azaddır? O, hansı düşüncəsi ilə fərqlidir? Ümumiyyətli fərqlidirmi? Deyiləcək, söyləniləcək çox məqamlar var.
- Sizcə, Azərbaycan mediası azaddırmı?
- Düşünmürəm ki, azad deyil. Azadlıq ümumən Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Bu ruh isə xalqın təfəkkürünə, geninə, kod yaddaşına söykənir. Məsələ azadlığın peşəkarlıqla nə dərəcədə adekvat olmasındadır. Əgər azadlıq ikrah doğurursa, narazılıq yaradırsa, təbii, ortaya eybəcər mənzərə çıxır. Azadlığın nümayişini cəsarət kimi dəyərləndirmək olmursa, demək ki, onun ifadə vasitəsi peşəkar deyil. Mən peşəkarlığı daha üstün tuturam. Obrazlı desəm, peşəkarlıq çaydır, onun axarı azadlıqdır. Çay istər-istəməz axarını tapacaq, qarşısını kəsmək qeyri-mümkündür. Azadlıq sərhədsiz deyil. Hesab edirəm ki, biz azad dedikdə peşəkar media üzərində dayanmalıyıq. O zaman azadlığımızın sərhədləri daha geniş olacaq. Azərbaycan mediası peşəkarlaşmalıdır. Burada məsələyə ayrı-ayrı jurnalistlərin fərdi keyfiyyəti prizmasından yox, kompleks yanaşılmalıdır. Əgər bu yanaşma olacaqsa, biz heç düşünməyəcəyik ki, mediamız azaddır, ya yox. Yəni dilemma qarşısında qalmayacağıq.
Mən bir qədər öncə bildirdim ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət azadlığı necə qəbul edir? Demokratik dəyişikliyin baş verdiyi deyilən Ukraynada insanlar korrupsioner olduğu iddia edilən nazirləri zibil yeşiklərinə atırdılar. Media da bunu çəkib örnək kimi göstərirdi. Bu, cəmiyyətin azadlığa münasibətinin təzahürü idi. Amma gəlin düşünək, belə azadlıq lazımdırmı? Bu cür yanaşma cəmiyyətə nə verir? Hansısa nazirin korrupsiya əməli varsa, onun cəzası məhkəmədə verilməli deyildimi? Yəni sözüm ondadır ki, azadlığın necə qəbul olunması da önəmlidir. Media peşəkardırsa, onun azadlığı mütərəqqiliyə əsaslanacaq, faydalı olacaq. Biz arzu edirik ki, mediamız peşəkar olsun. O, nə qədər çox peşəkar olsa, gerçək azadlığını tez tapacaq.
- Əflatun bəy, Mətbuat Şurası mediamızın peşəkar olması üçün hansı işləri görür? Ümumən mediada peşəkarlığı artırmaq üçün daha nələr edilməlidir?
- Mediamız qeyri-peşəkar, ümumən jurnalistikaya yad meyllərdən təmizlənməlidir. Mövcud xüsusda «reket jurnalistika»ya qarşı mübarizədən söz aça bilərik. Düşünürəm ki, Şuranın fəaliyyətinin ilk on ilində bu mübarizə daha effektiv idi. Ona görə ki, internet media indiki kimi geniş yayılmamışdı. Digər problem isə internet medianın şəbəkələşməsidir. On il əvvəl bu, yox idi. Şəbəkələşmə belədir ki, ictimai rəydə qəbul olunmayan saytların bir qrupu birləşərək eyni şəxsi hədəfə götürürlər. Həmin şəxs haqqında birdən-birə on, yaxud on beş sayt yazır. Təsəvvür edirsiniz də necə vəziyyət yaranır...
Belə hallardan narazılıqlar Mətbuat Şurasına ünvanlanır. Şura özünün məhdud təsir rıçaqları ilə bu cür yarıtmaz təmayüllərə qarşı mübarizə aparır. Peşəkarlıq yalnız hansısa jurnalistin və ya media qurumunun peşəkar olması demək deyil. Məsələ cəmiyyətin də necə qəbul etməsindədir. Cəmiyyət üzvləri görürlər ki, onlar barədə 15 sayt yalan və iftira tirajlayır. Üstəlik bunun yayılmaması müqabilində hansısa təmənna məqsədli söhbətlər olunur. Hamı da bilir ki, bu yanaşma doğru deyil. Hətta təmənnanı ödəyən də bunu yaxşı bilir. Belədə insanların media təmsilçisi kimi gördükləri qeyd etdiyimiz qeyri-peşəkar, jurnalistikaya yad şəxslərdir. Ona görə deyirəm ki, cəmiyyət bizi tam mənada peşəkar qəbul etməlidir. Bunun üçün ciddi təsir imkanlarımız olmalıdır.
Hazırda Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır. Ancaq bu, nə dərəcədə yetərlidir? Qeyri-peşəkar, həqiqi media prinsiplərinə zidd hallarla mübarizədə daha nələri etməliyik? Hesab edirəm ki, məsələyə sırf media müstəvisində baxılmasının yolu yenə də Mətbuat Şurasından keçir. O mənada ki, qurum medianın özünütənzimləmə modeli olaraq qalmalı, yalnız müəyyən səlahiyyətlər əldə etməlidir. Bütün bunlar isə Mətbuat Şurasının hüquqi statusu məsələsini aktuallaşdırmaqdadır.
İkinci məsələ sırf peşəkarlıq vərdişlərinin artırılması üçün tədbirlərin reallaşdırılmasıdır. Biz müxtəlif dövlət qurumlarının mütəxəssisləri ilə birgə konfranslar, «dəyirmi masa»lar təşkil edir, tematik mövzulara toxunuruq. Birgə yaradıcılıq müsabiqələrimiz də istər-istəməz jurnalistikanın ixtisaslaşmasına dəstəkdir. Müxtəlif səfirliklərin, fondların, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin xətti ilə xaricə jurnalist səfərləri təşkil edir, xaricdən də ölkəmizə jmedia təmsilçiləri təşrif buyurur.
Sistemli fəaliyyət üçün müəyyən planlarımız var. Əvvəllər jurnalist sənətkarlığı institutu deyilən qurum var idi. Hesab edirəm ki, təxminən o formatda iş görülməlidir. Əlbəttə, jurnalistika sahəsində təhsil verən ali məktəblərimiz mövcuddur. Ancaq nəzərə almayılıq ki, XXI əsrdə informasiya işi yalnız xəbərin çatdırılması, məlumatlandırma deyil, daha çox ideoloji təbliğatdır, ictimai rəyin yönləndirilməsidir, dövlətlərin ayaqda qalmaq təminatıdır. Biz məsələyə məhz bu aspektdən yanaşmalıyıq. Xarici dillərdə nəinki danışan, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünən jurnalist kadrlarımız olmalıdır. Qabaqcıl təcrübənin öyrənilməsi prosesi epizodik xarakter daşımamalıdır. İş fundamental şəkildə qurulmalıdır. Bütün bunlar isə daha sistemli yanaşma tələb edir.
Əlbəttə, Azərbaycanda media dövlət qayğısı ilə əhatə olunub. Bu qayğı dövlət siyasətinin tərkib hissəsi kimi özünü göstərməkdədir. Ancaq hesab edirəm ki, jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı da olmalıdır. Təbii, sahəyə maliyyə vəsaiti də görüləcək işlərə adekvat surətdə, daha məqsədyönlü formada ayrılmalıdır. Ümumən görüləcək işlər çoxdur.
- Mətbuat Şurasının əleyhinə iddialar da səsləndirilir. Ola bilməzmi ki, bu iddialar qeyd etdiyiniz işlərin reallaşmaması ilə bağlıdır?
- İddialar Azərbaycanda media siyasətinin guya düzgün qurulmamasına söykənir. Bu xüsusda Mətbuat Şurası da tənqidə məruz qalır. Məqsədləri heç də jurnalistikanın yuxarıda qeyd etdiyim meyarlara cavab verməsini təmin etmək deyil. Özünüz də dediniz ki, iddiadır. Mən hətta deyərdim ki, kor iddiadır. Ən asanı tənqid etməkdir. Konkret iş ortaya qoymaq çətindir. «Siz gedin, biz gələk» ritorikası bolşeviksayağı yanaşmadan başqa bir şey deyil. Bu gün o tənqid edənləri, iddia səsləndirənləri çağırıb desək ki, oturaq mediamızın inkişafı naminə müzakirə aparaq, razılaşmayacaqlar. Desək ki, təkliflərinizi verin, yayınacaqlar. Dəfələrlə belə olub. Yenə də təkrarlayıram, inkarçılıq yol sayılmır.
Problemlərin mövcudluğu heç də onu həll etmək iqtidarında və istəyində olmamağımızla əlaqədar deyil. Ümumən media kimi ağır sahəni 25 il ərzində sahmana salmaq mümkünsüzdür. Elə cəmiyyətin özünü də. Biz cəmiyyət olaraq bir sıra mənfi stereotiplərdən hələ uzaq ola bilməmişik və bunun özü müəyyən mənada təbii sayılmalıdır. Əsas olan budur ki, ölkəmizdə medianın cəmiyyətdəki roluna önəm verilir. Azərbaycan Mətbuat Şurası da bu proseslərin mərkəzində dayanan və jurnalistlərin özlərinin formalaşdırdıqları təsisatdır. Buna alternativ olaraq təqdim ediləcək model yoxdur. Çünki bu modelin özü dünya təcrübəsinə əsaslanır.
- Dünya təcrübəsi demişkən, bir az öncə də söz açdınız, ümumən media ictimaiyyətində bu barədə müzakirələr aparılmaqdadır. Söhbət “Mətbuat Şurası haqqında” qanun layihəsindən gedir. Şuranın fəaliyyəti qanunla tənzimlənəcəksə, bu o demək olmayacaq ki, qurum media ilə bağlı dövlət təşkilatı kimi fəaliyyət göstərəcək?
- Məsələyə prinsipial yanaşma heç də onda deyil ki, Mətbuat Şurası dövlət qurumu olsun. Bizim hazırladığımız layihədə bu, nəzərdə tutulmur. Dövlətə nə lazımdır? Cəmiyyət konfliktlərlə, indiki halda media müstəvisindəki münaqişələrlə yüklənməsin. Əgər yüklənmə varsa, vəziyyətdən səmərəli çıxış yolu tapılsın. Əvvəldə də dedim, internet medianın sürətli inkişafı fərqli mühit doğurub. Mövcud durumda söz azadlığı prinsiplərindən sui-istifadə geniş yayılmaqdadır. Bəli, bu sui-istifadələr bir çox hallarda hüquqi məsuliyyət də yaradır. Bəzi adamlar deyirlər ki, sui-istifadə varsa və hüquqi məsuliyyət doğurursa, o zaman tədbiri də hüquq-mühafizə orqanları görsün. Amma gəlin düşünək, vaxtilə Mətbuat Şurası yox idi, məhkəmələr jurnalistlərlə bağlı işlərlə dolmuşdu. Şuranın fəaliyyəti bu neqativ tendensiyanı sıradan çıxartdı. Hazırda məhkəmələr internet media ilə bağlı məsələləri mübahisələndirməkdə çətinlik çəkirlər. Əlbəttə, bu, bir tərəfdən internet medianın hüquqi münasibətlər sistemində oturuşmaması ilə bağlıdır. Digər tərəfdən, biz yenə də hər mübahisənin, o cümlədən media ilə bağlı mübahisənin məhkəmə müstəvisinə daşınmasına razı ola bilmərik. Yeri gəlmişkən, bir məsələni diqqətinizə çatdırım. Təxminən iki həftə əvvəl Milli Məclisin plenar iclasında «Mediasiya haqqında» qanun layihəsini müzakirə etdik. Layihə problemlərin məhkəməyəqədərki həllinə hesablanıb. Əminəm ki, qanun qəbul olunacaq və sənəddən irəli gələn vəzifələrin reallaşdırılması cəmiyyətimiz üçün faydalı nəticələr verəcəkdir. Yəni sözüm ondadır ki, ümumən cəmiyyətin problemlərinin məhkəmələrsiz həlli praktikasına gedilir. Dünyada da belədir. Mətbuat Şurası modeli də əslində buna xidmət edir. Ancaq işin qanuni tərəfləri də olmalıdır. Görürsünüzmü, mediasiya ilə bağlı qanun qəbul edirik. Sənədə əsasən ayrıca qurum - Mediasiya Şurası formalaşdırılacaq. Qanun hüquqa uyğun fəaliyyət üçün əsasdır, təminatdır. Belə bir əsas niyə də Mətbuat Şurası ilə əlaqədar olmasın? Qanunun olması fəaliyyəti təkmilləşdirir, səmərəliliyi artırır.
Beynəlxalq təcrübəyə baxsaq, dünyanın bir çox ölkələrində mətbuat şuraları dövlət tərəfindən maliyyələşir ki, bunun da heç şübhəsiz hüquqa əsaslanan meyarları var. Dövlətin sahəyə diqqəti heç də klassik bürokratik nəzarət anlamında qəbul olunmur. Onun prosesdə cəmiyyətin mənafeyi naminə maraqlılığı önə çəkilir. Biz də eyni modelin ölkəmizdə tətbiqini istəyirik.
Daha bir vacib məqamı vurğulayım. Hər hansı prosesdə niyyət önəmlidir. Azərbaycanda heç bir halda medianın fəaliyyəti inzibatçılıqla məhdudlaşdırıla bilməz. O yol keçmişdə qalıb. Ona qayıdılması mümkün deyil. Yalnız ona görə yox ki, dünya birliyinin təsəvvüründə ölkəmizlə bağlı mənfi rəy yaranar. Həm də o səbəbdən ki, Azərbaycan insanının təfəkkürü buna yol verməz. Əgər hansısa qanun bu təfəkkürə ziddirsə, təbii işləməyəcək. Düşünürəm ki, söz azadlığı, söz demək azadlığı baxışlarda formalaşmış vərdişdir. Əsas olan bu azadlığın digər azadlıqları məhdudlaşdırmasına yol verməməkdir. Proses cəmiyyətin marağına uyğun tənzimlənməlidir.
- Azərbaycan mediasının problemləri ilə bağlı ümumiləşdirmə aparsaq, hansı konkret məqamı vurğulamaq mümkündür?
- Biz problemlərdən kifayət qədər geniş danışdıq, onların bir çoxlarını sadaladıq. Məsələyə təkrar qayıtmaq istəməzdim. Ümumiləşdirmə aparsaq, təbii ki, özünümaliyyələşdirmə səviyyəsinin zəifliyini ön plana çəkə bilərik. Mediamız ölkə iqtisadiyyatının tərkib hissəsi kimi zəif çıxış edir. İqtisadi paya sahibolma göstəriciləri xeyli aşağıdır. Əlbəttə, medianın özündən asılı səbəblər kifayət qədərdir. Ancaq vəziyyətin mediadan asılı olmayan məqamları da yetərincə çoxdur.
İqtisadi müstəqilliyin olmaması medianı istər-istəməz siyasi və qrup mənafelərinin alətinə çevirir. Bu kimi məsələlərə kompleks yanaşmaq zəruridir və yanaşılır da. Buna görə də Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi var. Dövlət dəstəyi müstəqilliyin qorunması üçündür. Dövlət dəstəyi ona hesablanıb ki, media orqanları kimlərdənsə asılı hala düşməsinlər və cəmiyyətin maraqları naminə fəaliyyətə köklənsinlər. Əlbəttə, dövlət dəstəyi artırılmalıdır. Yalnız maliyyə baxımından deyil, təşkilati tərəfdən də. Bir qədər öncə informasiyanın qlobal mahiyyətindən söz açdıq. Bu mahiyyətə dəyər verilməsi dövlətin ayaqda qalma şərtidir. Jurnalistikamızın dünya jurnalistikası ilə ayaqlaşmasının zəruriliyini vurğuladıq. Təbii ki, bunun üçün daha zəruri mexanizmlərin tətbiqinə ehtiyac var. Bu yol hər bir halda gedilməlidir və gediləcək də...
Musavat.com
Baxış sayı: 1 023
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə