23:26 / 05-04-2026
Qara dənizdə 3,7 bal gücündə zəlzələ baş verib
23:17 / 05-04-2026
Ekspert Xodarenok: "İran rəhbərliyi çətin bir seçimlə üzləşə bilər"
23:04 / 05-04-2026
İranın Əhvaz Hava Limanı iki dəfə bombalandı
23:01 / 05-04-2026
Moskvada Erməni Apostol Kilsəsinə dəstək mitinqi keçirildi
20:22 / 05-04-2026
ABŞ Gizli Xidməti Ağ Ev yaxınlığında atışma baş verdiyini bildirib
20:18 / 05-04-2026
Sijjarto ordunun "Türk axını" qaz kəmərini qoruyacağını açıqladı
20:15 / 05-04-2026
Türkiyə Müdafiə Nazirliyi Qara dəniz sahillərində minanın məhv edilməsi barədə məlumat verib
20:12 / 05-04-2026
İsrailin Livandakı əməliyyatının başlanğıcından bəri 1461 nəfər həlak olub
20:09 / 05-04-2026
Lavrov və Vanq Yi Yaxın Şərqdəki vəziyyəti telefonla müzakirə etdilər
19:14 / 05-04-2026
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
18:46 / 05-04-2026
Keçmiş Rada deputatı Rusiyanın Zelenskini niyə qaçırmayacağını izah etdi
18:43 / 05-04-2026
"Britaniya qulaqları çıxır": FSB generalı terror hücumları törətməkdə britaniyalılardan şübhələnir
18:33 / 05-04-2026
Ukraynanın müttəfiqləri Rusiya neft emalı zavodlarına zərbələrin məhdudlaşdırılmasını istəyirlər
18:29 / 05-04-2026
İran ABŞ Strategiyasında "Müharibədən Cəsarətli Çıxış"a dəyişiklik elan etdi
18:25 / 05-04-2026
Tramp Hörmüz boğazı üzərindən İrana sərt reaksiya verdi
18:19 / 05-04-2026
İsrail Polisi Pasxa bayramı üçün Qüdsdə təhlükəsizlik tədbirlərini açıqladı
18:07 / 05-04-2026
Gündə yalnız 3-4 saat elektrik enerjisi verilir
18:00 / 05-04-2026
Poddubnı Rusiya Silahlı Qüvvələrinin dronlarının hərəkətini əks etdirən görüntüləri nümayiş etdirdi
17:53 / 05-04-2026
Tramp Vurulan "F-15"in ikinci heyət üzvünün taleyini açıqladı
17:46 / 05-04-2026
Fidan Suriyada Zelenski və əş-Şara ilə danışıqlar aparacaq
10:42 / 05-04-2026
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
22:26 / 02-04-2026
Vüqar Rəhimzadə: "Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi"
22:23 / 02-04-2026
Vüqar Rəhimzadə: "31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir"
22:17 / 02-04-2026
Vüqar Rəhimzadə: "Dövlət qulluğunda yeni əməkhaqqı modeli dünya təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır"
22:14 / 02-04-2026
Britaniya "Yars" raket sistemindən dəhşətə gəldi
21:42 / 02-04-2026
Quttereş: "Dünya Yaxın Şərqdə tammiqyaslı müharibənin astanasındadır"
21:35 / 02-04-2026
Belousov bir sıra MDB ölkələrinin hərbi idarələrinin rəhbərləri ilə danışıqlar aparıb
21:33 / 02-04-2026
Lavrov Fars körfəzindəki vəziyyəti Səudiyyə Ərəbistanı xarici işlər naziri ilə müzakirə etdi
21:30 / 02-04-2026
Elektrikli skuter icarəsi tamamilə qadağan edilib
21:25 / 02-04-2026
Şoyqu: "İranda baş verən hadisələr dünyada milyonlarla insanı aclıqdan təhdid edir"
21:19 / 02-04-2026
Lukaşenkonun Şpitsi Umka, sahibini xokkey meydançasına qədər müşayiət etdi
21:14 / 02-04-2026
Rus yazıçısı Monteneqroda vəfat edib
20:06 / 02-04-2026
Daxili İşlər Nazirliyinin Moskvada keçirdiyi reyd nəticəsində 29 qanunsuz immiqrant deportasiya edilib
20:00 / 02-04-2026
Dmitriyev Orbanı Avropada sağlam düşüncənin səsi adlandırdı
"Azərbaycanın bu vəzifəyə seçilməsi heç də təsadüfi deyil..."
Tarix: 04-05-2019 13:35 | Bölmə: Müsahibə

Ötən həftə Sankt-Peterburqda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avrasiya regionu gömrük xidməti rəhbərlərinin konfransında Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Gömrük əməkdaşlığı şurasının sədr müavini, Avropa regionunun başçısı seçilib. Şübhəsiz ki, bu, gömrük sahəsində son dövrlərdə həyata keçirilən islahatların beynəlxalq səviyyədə tanınmasıdır.
Azərbaycan gömrükçülərinin bu nailiyyətinin arxasında nə durur? Dövlət Gömrük Komitəsi tərəfindən konkret hansı islahatlar artıq gerçəkləşdirilib vıə hansıları perspektivdə həyata keçiriləcək? Nəhayət, Ümumdünya Gömrük Təşkilatında bu cür vacib regiona başçılıq Azərbaycana hansı üstünlükləri verir?
Moderator.az xəbər verir ki, Virtualaz.org-un bu və digər suallarını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- İlk növbədə icazə verin, sizi Azərbaycan gömrüyünün bu cür əhəmiyyətli uğuru münasibətilə təbrik edək. Qısa müddətdə bu cür nəticəni necə əldə edə bildiniz?
- Çox sağ olun. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin, davamlı inkişaf strategiyasının, qloballaşan dünyada müasir çağırışlara, eləcə də beynəlxalq ticarətin inkişafına töhfə verən layihə və tətbiqlərin nəticəsi olaraq ölkəmiz bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində dünya birliyinə inteqrasiya olunub, Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edib.
Son illər Azərbaycanda siyasi, iqtisadi, humanitar mövzularda keçirilən beynəlxalq konfrans və forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi mötəbər idman yarışları, mədəniyyət və incəsənət sahəsində beynəlxalq tədbirlər dövlətimiz və onun rəhbəri tərəfindən dünyanın tərəqqisinə yönələn töhfələr kimi dəyərləndirilir.
Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin təhlükəsiz şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə atılan addımlar, həyata keçirilən islahatlar, eyni zamanda, gömrük orqanlarının bu istiqamətdə qarşıya qoyulan vəzifələri uğurla icra etməsi təkcə Azərbaycan vətəndaşlarının deyil, region və dünya dövlətlərinin də iqtisadi inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına münbit şərait yaradır. Bu da Azərbaycanın dünyada nüfuzunun sürətlə artmasını, ölkəmizə beynəlxalq aləmdə göstərilən etimadın yüksəlməsini təmin edən amillərdir.
- İslahatların özü və onların bütün Azərbaycan gömrüyünün nüfuzuna təsiri barədə daha ətraflı danışardınız.
- Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb.
Təkcə son bir ildə Azərbaycanda 100-dən çox ölkədən ümumilikdə mindən artıq nümayəndənin, beynəlxalq ekspertlərin, gömrük xidməti rəhbərlərinin, hökumət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans kimi tədbirlər Azərbaycan gömrük orqanlarının beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir.
- Ötən həftə Sankt-Peterburqda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avrasiya regionu gömrük xidməti rəhbərlərinin konfransında Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Gömrük əməkdaşlığı şurasının sədr müavini, Avropa regionunun başçısı seçilib. Bu, bizim ölkəyə və onun gömrük orqanlarına hansı üstünlükləri verir?
- İstər adı çəkilən beynəlxalq tədbirlər, istərsə də bu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının Bakıda keçiriləcək informasiya texnologiyaları sahəsində beynəlxalq konfrans və sərgisi Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi, tapşırıq və tövsiyələri əsasında təşkil olunan mühüm tədbirlərdir.
Ölkəmizin gömrük xidmətinin ÜGT-də yüksək səviyyədə etibar qazanmasını və Avropa regionuna rəhbərlik etməsini təmin edən əsas amillər də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici və daxili siyasət, gömrük işinin təşkilinə göstərdiyi diqqət və qayğıdır.
Dünya ticarətinin 98%-nə nəzarət edən və 183 üzv ölkəni özündə birləşdirən ÜGT, ilk baxışdan sadə görünsə də, mürəkkəb idarəçilik mexanizminə malik bir beynəlxalq təşkilatdır.
Təşkilatın ali orqanı bütün üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin təmsil olunduğu Gömrük Əməkdaşlıq Şurası sayılır. Şura illik olaraq özününsədrini seçir.
Şura, ÜGT-nin fəaliyyəti ilə bağlı bütün siyasi və strateji qərarları yekun olaraq qəbul edən bir qurumdur. ÜGT Baş katibi o cümlədən ÜGT-nin bütündirektoratlıqları öz faəliyyətlərinin yekunları, o cümlədən müxtəlif işçi komitələr öz iclaslarının nəticələri barədə ÜGT Şurasına hesabat verirlər.
Şuranın sədrinə 6 sədrmüavini köməklik edir. ÜGT idarəçiliyin rasionallaşdırılması baxımdan 6 regiona bölünür ki, bu regionlar da hər biri də özlərinin illik konfransında Region üzrə ÜGT Şurasının sədr müavinini seçir.
Ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa Regionu Gömrük Ximədlərinin illik Konfransında region ölkələri Azərbaycanı 1 iyul 2019-30 iyun 2021-ci il tarixləri üzrə, yəni 2 maliyyə ili müddətinə Avropa Regionu üzrə ÜGT Şurasının sədr müavini seçib.
- Ölkəmizin Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatında yeni rolunu necə icra etmək niyyətindədir? Azərbaycan hansı vəzifələri yerinə yetirməlidir?
- Bu vəzifə AR DGK üzərinə ilk öncə Avropa regionunun ümumi maraqlarını ÜGT-nin müxtəlif idarəedici qurumlarında təmsil etmək vəzifəsini qoyur. ÜGT Şurasının Avropa üzrə sədr müavini birbaşa olaraq həm də ÜGT Siyasi Komissiyasının üzvü seçilmiş hesab edilir.
Bu məqamda qeyd etmək istərdim ki, Siyasi Komissiya ÜGT-nin fəaliyyəti ilə bağlı geniş spektrli siyasi məsələlərə dair ilkin qərarlar qəbul edən və ali qurum olan ÜGT Şurasına yardımçı-məsləhətverici funksiya daşıyan vacib bir təsisatdır. Avropa regionu üzrə sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq.
ÜGT Avropa regionu sədr müavinliyinin funksiyaları barədə mətbuatda artıq kifayət qədər məlumat verilib. Mən bu vəzifənin və qarşıya qoyduğumuz məqsədlərin siyasi aspektləri barədə danışmaq istərdim.
ÜGT Avropa Regionu özündə 52 ölkə və Aİ olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur. Bu regionun özünəməxsus xüsusiyyətləri və bu səbəbdən gömrük əməkdaşlığı sahəsində həll edilməli məsələləri - problemləri vardır. Müxtəlif iqtisadi inkişaf səviyyələrinə və siyasi maraqlara malik ölkələri özündə cəmləşdirən bu regionda, ÜGT çətiri altında əməkdaşlıq heç də arzu olunan səviyyədə deyildir. Bu isə öz növbəsində, bölgənin bütün ölkələrinin mənafeləri nəzərə alınmaqla konsolidasiya olunmuş regional maraqların ÜGT Şurası və digər qurumlarında effektiv təmsil olunması məsələsini çətinləşdirir.
ÜGT-nin siyasi proseslərində ciddi mövqe sahibi olan AR DGK, regiondakı əməkdaşlıq problemləri ilə bağlı duruma biganə qala bilməzdi. Xüsusən nəzərə alsaq ki, ölkəmiz ÜGT-nin 3 regional strukturuna ev sahibliyi edir, bu coğrafiyamızda cərəyan edən prosesslərin vacibliyini bizim üçün daha da artırır.
Xatırlayırsınızsa, cari ilin yanvar ayında özünün yeni mandatında ilk səfərini ölkəmizə edən ÜGT Baş Katibi cənab Kunio Mikuriya, yerli telekanallara verdiyi müsahibəsində ÜGT-də Azərbaycanın aktiv rolu və əhəmiyyətini qeyd etmişdir. Bu heç də təsadüfi olaraq söylənilmiş fikirlər deyildir.
Sədr müavinliyinə aparan prosesslər – əgər bele demək mümkündürsə - ötən ilin ikinci yarısından başlayaraq uzun bir yol keçdi. Azərbaycanın bu vəzifəyə seçilməsi heç də təsadüfi deyil. Əksinə, bu, bizim məqsədyönlü xarici gömrük siyasətimizin məntiqi nəticəsidir.
- Azərbaycanın Şuranın sədr müavini seçilməsi üçün hansı addımları atmağınız barədə daha ətraflı danışmağınızı xahiş edirik.
- Ötən ildən etibarən biz, öz təşəbbüsümüzlə - mənim tapşırığıma əsasən, ÜGT-nin digər regionlarının daxilində əməkdaşlıqla bağlı qabaqcıl təcrübələri öyrənməyə başladıq. Bu zaman müşahidə elədiyimiz əsas məqamlardan biri o oldu ki, bəzi regionlarda geniş spektirli, yüksək səviyyəli əməkdaşlıqda aparıcı rol regionun daha aktiv bir-iki üzvlərinin üzərinə düşür. Digər tərəfdən düşünəndə ki, ÜGT Avropa Regionunda kifayət qədər inkişaf etdirilməli əməkdaşlıq məsələləri var və illərdir bu problemlər öz həllini tapmayıb, biz qərara gəldik ki, bu problemlərin aradan qaldırılması və regionda yenilikçi-islahat xarakterli təşəbbüslərin irəli sürülməsi və üzv ölkələrin bu məqsədlə səfərbər edilməsi missiyasını Azərbaycan DGK öz üzərinə götürməlidir.
Və biz, eyni zamanda onu da gözəl başa düşürdük ki, bu məqsədlərə nail olmaq üçün sədr müavinivəzifəsinə seçilmək o qədər də asan bir prosess olmayacaq. Çünki regionun 53 üzvündən 29-u (28 Aİ üzv ölkələri + Aİ özü) əksər hallarda vahid mövqedən çıxış edərək, özünün siyasi və iqtisadi maraqlarını təmsil edəcək üzv ölkəninsədr müavini seçilməsinə çalışır.
Bu elə qeyd etdiyim kimi də oldu. Aİ-nin, “sürpriz olaraq” son anda Yunanıstanı namizəd kimi irəli sürməsi seçimlərin o qədər də asan olmayacağının göstəricisi idi.
Amma biz hadisələrin bu cür inkişaf edə biləcəyini proqnozlaşdırdığımız üçün həm diplomatik, həm də siyasi danışıqlar üçün ciddi hazırlıqlar görmüşdük ki, bunun da nəticəsi artıq göz qabağındadır.
ÜGT Avropa regionu daxilindəki əməkdaşlıq, hər bir üzv ölkənin maraqlarına və ehtiyaclarına xidmət etməlidir, onların inkişaf səviyyəsindən asılı olmayaraq.
- Bütün Avropa regionuna məsul olaraq Azərbaycan gömrükçüləri hansı addımları atmaq niyyətindədir?
- Biz sədr müavini vəzifəsinin icrası müddətində görəcəyimiz işlər barədə artıq indidən müxtəlif maraq qruplarını cəlb etməklə ilkin koordinasiya və məsləhətləşmə işlərinə başlamaq üçün addımlar atırıq. Əsas məqsədimiz ÜGT Avropa Regionu daxilində əməkdaşlığı yeni inkişaf səviyyəsinə qaldırmaq və bunun üçün zəruri islahatçı təşəbbüsləri irəli sürərək onları irəli aparmaqdır.
Planlaşdırılan və atılacaq addımlar haqqında mətbuata, vaxtı gəldikcə məlumat veriləcək. İnanırıq ki, 2 illik sədr müavinliyi müddətimiz ÜGT Avropa Regionunun tarixində müsbət anlamda yadda qalan izlər buraxacaq.
Baxış sayı: 1 010
Bölməyə aid digər xəbərlər

13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video