21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
Ramiz Həsənoğlu: “Təzə rəhbərlik serial istəyir” – Müsahibə
Tarix: 13-04-2019 12:47 | Bölmə: Müsahibə
İlk tamaşalarını sadalayıram - “Mən, sən, o və telefon”, “Ötən ilin son gecəsi”... Özü əlavə edir ki, ondan əvvəl də tamaşalarım olub, amma onlar indi qalmayıb. Sonra davam edir: “Topal Teymur”, “Günahsız Abdulla”, “Ordan burdan”, “Ac həriflər”, “Nigarançılıq”, “Yaşıl eynəkli adam”, “Dəvətnamə” “Müraviyyə vəkilləri”...
Yəqin bildiniz söhbət kimdən gedir. Rejissor, xalq artisti Ramiz Həsənoğludan. Bu televiziya tamaşaları onun vizit kartıdır. Özü də etiraf edir ki, teatrı və kinonu çox sevsə də, oradakı fəaliyyəti televiziyada işinin səngiməsindən, yaranan boşluqdan olub.
Milli Dram Teatrının səhnəsində “Brüsseldən məktublar” və “Generalın son əmri”, Yuğ teatrında “Sonuncu” adlı tamaşalara quruluş verib. Kinoda “Cavid ömrü”, “Ailə” kimi filmlərin altından rejissor imzasını atıb. Sadaladığım teletamaşalar isə 90-cı illərdə Azərbaycan televiziyasında “Sabah” yaradıcılıq studiyasının məhsuludur. O vaxtlar ona rəhbərliyi Ramiz Həsənoğlu edirdi, həm də bu tamaşaların rejissorudur. Bu gün isə həmin televiziyada “Azərbaycantelefilm”ə yeni təyinat alıb.
- İşləriniz necədir “Azərbaycantelefilm”də, hardan başlamısınız işə?
- Yeni işlərə başlamaq ərəfəsindəyik. Yeni düşüncə tərzi olan, yeniliyə açıq, onu qavrayan adamlar lazımdır. Görülən işlərə arxalanmaq olar. Arxalanırsan ki, müəyyən bir sədd var, mən onu keçmişəm və ondan aşağı enmək olmaz, amma yuxarı getmək üçün şərtlər var. Bir bina tikilməyə bünövrədən başlayır. Özül qazılır, bünövrə qoyulur, materiallar keyfiyyətli olmalıdır, mərtəbələr qalxmalıdır, içəridən və bayırdan işlər görülüb bitməlidir ki, yaşamaq üçün hazır olsun. Film də tez, asan başa gəlmir, böyük bir kollektivin əməyinin məhsuludur. Heç yadımdan çıxmaz, Xudiyev təzə gəlmişdi, yığdı hamımızı tanışlıq üçün. Mən özümü təqdim edəndə - hə, tanıyıram dedi və soruşdu ki, indi nə ilə məşğulsan? Dedim, planda olan proyektləri həyata keçiririk. Ondan sonra neynəyəcəksən? - soruşdu. Dedim, ondan sonra zaman lazımdır ki, yeni ideyalar gəlsin, müzakirə edək, plan tutaq. Qayıtdı ki, ə, mən neynirəm ondan sonra, mənə indi lazımdır. Yəni belə yanaşma da var. Hər bir komanda gələndə istəyir ki, tez bir zamanda onun işi görünsün. İllərlə bu bədii quruluş sahəsində Azərbaycan televiziyasında iş görülməmişdi. Son 12 ildə cəmi iki tamaşaya qol çəkmişəm. 2006-cı ildə “Bəylik dərsi”, bir də “Müraviyyə vəkilləri”. Yaxşı ki, teatr var, kino var, gedib orda qurdumu öldürürdüm. Məndən kimsə soruşanda ki, harda işləyirsən, nə işləyirsən? Deyirdim, qapıçıyam. Qapını açıram, otağın havasını dəyişib, bir də bağlayıram. İndi yenidən komanda toplayırıq, iş getmək üzrədir. Təzə rəhbərlik serial istəyir. Bizim çəkəcəyimiz serial fərqli olmalıdır, formatımız başqadır. Özəl kanalların işini kölgəyə salmaq fikrim yoxdur, onlar reytinqə işləyirlər və bu təbiidir. 1996-cı ildə biz “Fatehlərin divanı”nı çəkdik, dörd seriya oldu, amma 50 seriya olmalı idi. Bütün türk, Azərbaycan dövlətçilik tarixini biz orda bədii süzgəcdən keçirmək fikrində idik. Müəlliflər, aktyorlar hamısı müəyyən olunmuşdu. Xudiyevin komandası gəldi işi dayandırdı. Babək Hüseynovun dövründə “Sabah” hər ay premyera edirdi, 40-dan artıq tamaşa vermişdik. Şərif Qurbanəliyev də rejissor işi görürdü, dəvətli rejissorla işləyirdik, orda debüt edənlər vardı. Məsələn, İlhamiyyə Rzayevanın debütü “Sabah” da olub. Kamran Şahmərdanov orda debüt elədi, Elxan Cəfərov həmçinin. O zaman bizə inandılar və xeyli işlər gördük, yaxşı kadrlar yetişdi.

- Əsas məsələ də odur, indi kadr yetişmir.
- Onu bərpa etməyə çalışırıq, cəmi iki aydır bu imkan verilib. Biz də təkliflərimizi vermişik. Bədii quruluşlar, seriallar olacaq.
- Dedikləriniz hamısı “Sabah” yaradıcılıq studiyasının işləridir, amma indi “Azərbaycantelefilm”ə rəhbər təyin olunmusunuz, təbii ki, fərqlidir.
- Əlbəttə, fərqlidir. “Azərbaycantelefilm” yaradıcılıq birliyi 60 illiyini qeyd edir. 1959-cu ildə “Albin” filminin istehsalata buraxılmasına qol çəkilib. Bu 60 ildə böyük işlər görülüb. 1993-cü ilə qədər əsas materiallar kinolentə çəkilirdi, sonra rəqəmsala keçdi.
- Hansı daha effektlidir?
- Elm və texnika inkişaf etdikcə bundan irəli gedəcək. Kinonun imkanları da çox genişlənəcək. 60 ildə müxtəlif sənətkarlar onun tarixini yaradıblar. Təklif olunanda əvvəl mənə qəribə gəldi ki, axı, mənim profilim deyil. Düşünüb qərar gəldim ki, prioritetlər dəyişir. Telefilmin maddi imkanları genişdir, dövlət büdcəsindən maliyyələşir və bu baxımdan iş görmək mümkündür. Bir adam qanunvericiliyə görə, iki vəzifəni icra edə bilməz, ona görə də “Sabah” yaradıcılıq birliyinə də mənim yetirməm Şərif Qurbanəliyev gəldi. Deməli, “Sabah”la da iş görəcəyik, telefilmə də. Orda da görülən işlərin üstündən xətt çəkmirik, davam edirik. Yeni insanlar dəvət edirik, özləri ilə yeni nəfəs gətirsinlər.
- Telefilmdə indi konkret hansı işlər görülür?
- Telefilmin profili, ümumiyyətlə, ölkədə baş verən hadisələrə sənət tərəfdən yanaşma və reaksiyadır. Sənət adamlarının portretləri. Həmin istiqamətlər davam edəcək, ola bilsin ki, sadəcə yanaşma fərqli olacaq. On illiklərlə davam edən trafaretlərdən bir az imtina etmək lazımdır. Qəhrəmanı bir qədər fərqli rakursdan görəcəyik. Məsələn, tabular vardı ki, sənətkarın şəxsi həyatına toxunmaq olmaz, amma bəzən sənətkarın şəxsi həyatı onun bütün yaradıcılığına təsir edir.
- Can Dündarın “Nazim Hikmət belgeseli” adlı sənədli filmi var, orda şairin bütün həyatı sənədli kadrlarla verilib. Hətta üç xanımının hamısı ilə keçirdiyi anlar. Hamısını özü vaxtında lentə aldırıbmış.
- Onun taleyi də çox maraqlı olub, o həyatı məcbur yaşayıb.
- Siz deyəni həmin sənədli film verir. Ona görə nümunə gətirdim.
- Nazim Hikməti çox sevirəm. Bolqarıstanda Nazim Hikmətin türk dilində külliyyatı çap olunmuşdu. Bizim evdə vardı, onu oxuya-oxuya böyümüşəm.
- O zaman keçək şəxsi həyata. 73 yaşın dönəmində gəldiyiniz yola bir nəzər salaq. Bir az da şəxsi həyatınızdan danışaq, elə bilin yeni sənədli film çəkirik.
- Xanımım dünyasını dəyişib, üç qızım ailə qurublar, xarici ölkələrdə yaşayırlar, nəvələrim var. Heç biri bizim sənətdə deyil.

- Təzə öyrənmişəm ki, siz İrəvanda doğulmusunuz.
- Mənim valideynlərim sənət adamları idilər. Anam Ətayə Əliyeva, atam Həsənağa Mirzəyev. Atam köklü bakılıdır. Anam Aşqabadda doğulmuşdu, amma onun valideynləri cənublu idilər, Təbriz və Marağadan. Burda hər ikisi – atamla anam Teatr texnikumunda oxuyarkən tanış olublar. Onları Gülxar Həsənova tanış edib. İrəvanda teatrda çalışıblar hər ikisi. 48-ci ildə ordan deportasiya olunanda aktyorları müxtəlif teatrlara yerləşdiriblər. Mənim valideynlərim Gəncə teatrında işə başlayıblar. Atam sonra sənətdən uzaqlaşıb, amma anam yox. Mənə də anamla birlikdə işləmək qismət olub, ustadım idi, indi düşünürəm ki, gərək onu tamaşalarımda çəkəydim. Üç uşaq olmuşuq, bacım alman dili müəlliməsi idi, yaxınlarda rəhmətə gedib. Qardaşımla mən bu sənətdəyik. Məxsusi rejissor olacam deyə bir fikrim yox idi. Dəqiqi elmləri sevmədiyim üçün anam məsləhət gördü ki, Teatr institutuna gedim. Hazırlaşdım, imtahan verdim, bir az da yəqin tanıyıb hörmət elədilər, qəbul olundum mədəni maarif fakültəsinin axşam şöbəsinə. Oxuya-oxuya adi fəhlə işləyirdim. Dedilər, gərək öz ixtisasında işləyəsən. Anam məni gətirdi telestudiyaya, üzümdəki xallara görə diktor olmağa yaramadım, işıqçı olmaq istədim yer olmadı. Arif Mədətov adlı rejissor məni köməkçi kimi işə götürdü. Sonradan onu “Ac həriflər”də çəkmişəm. Bəyəndim bu işi, gördüm yerimdəyəm. Həyat mənə belə bir şans verdi, bu gün də o şansla yaşayıram.
- Demək, sənədli filmlərdə yeni dövr başlayır?
- Hər işin arxasında dayanan şəxsin dünyaya öz baxışı var. Mən hamısının bir qəlibdən çıxmasının əleyhinəyəm, qoyun, hərə öz dünyagörüşünə görə fərqli iş qoysun ortaya, bax, uğur da o zaman olacaq. Mən istəyərdim ki, “Fatehlərin divanı”nı davam etdirək. Serial çəkək, amma köpük yox.
- Həm də klassik əsərlərin serial həlli.
- Bəli, klassik, tarixi mövzuda əsərləri çəkmək fikrindəyik. İstəyirəm “Qılınc və qələmi” gətirək ekrana, hətta o istiqamətlərdə işlər görürük. Görək nə dərəcədə buna imkanlarımız çatacaq. Türklərin “Möhtəşəm yüz il” kimi təcrübəsi var. Döyüş meydanlarını əhatə edən səhnələr olmadan, saray içində dramaturgiya, aktyor oyunu, rejissor yanaşması ilə o marağı oyada biliblər. Bir az təvazökarlıqdan uzaq da olsa, deyəcəm. 96-cı ildə biz “Fatehlərin divanı”nı çəkəndə türklərdə o təcrübə heç yox idi. TQRT ilə müştərək görürdük o işi, yəni kostyumları-filanı onlardan götürürdük. Orda prodüsserim Ömər Çalışkan idi. Film hazır olandan sonra onu apardıq Türkiyəyə. Orda onların formatına uyğun altı seriya etdik və üstünə subtitrlər qoyduq. Gəlib baxıb deyirdilər ki, siz çox irəli getmisiniz, biz bunu bacarmırıq. Biz də o işi yarı yolda qoyduq. Onlar başladılar və “Möhtəşəm yüz il” qoydular ortaya, keçdilər bizi. O vaxt bizə “Hocam, bunu nasıl yapdınız? – demişdilər. “Topal Teymur”u, o biri işlərimizi demirəm hələ. Sənətə sənətdən uzaq adamlar rəhbərlik edəndə problemlər yaranır. Bizdə təəssüf ki, belə olur.
- İndi “Qılınc və qələm”də natura olacaq, yoxsa dekorasiya?
- Hökmən dekorasiya. Janr bunu tələb edir. Onu dünya televiziyasına BBC-nin tarixi dramları gətirib. Gənc nəslin tarixi bilməsi üçün önəmlidir bu janr. Burda televiziyanın rolu əvəzolunmazdır. Yaxşı təqdim etsək, uğurlu olar.
P.S. Aprelin 13-ü xalq artistinin doğum günüdür. Təbrik edirik!
Baxış sayı: 1 044
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə