21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
Rafael Hüseynov: İkinci nəfəsi Azərbaycana İlham Əliyev gətirir - MÜSAHİBƏ
Tarix: 28-03-2019 09:55 | Bölmə: Müsahibə
Oxu.Az-ın müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov cavablandırır:
- 2018-ci ilin 11 aprel prezident seçkilərindən, dövlət başçısı İlham Əliyevin növbəti prezidentlik dövründən təxminən bir il ötür. Ötən bir ili, xüsusilə ölkə prezidentinin mədəniyyət siyasətini necə dəyərləndirərdiniz?
- Əvvəla, qeyd edim ki, Azərbaycan son dərəcə əlamətdar bir tarixi dövr içərisində yaşayır. Yəni Azərbaycanın prezident İlham Əliyevlə bağlı olan inkişaf dövrünün 15 illik ilk mərhələsi başa çatıb, artıq 2018-ci ildən, xüsusilə 11 aprel seçkilərindən və 2019-cu ilin ilk günlərindən ölkəmiz inkişafın növbəti mərhələsini yaşayır.
Mən 15 illik bu dövrə ilk mərhələ adını da təsadüfən vermirəm. Əslində, bu ifadəni işlətməyimin ideyası bizim cənab prezidentin özündən gəlir. Çünki o bəyan edib ki, Azərbaycan inkişafın tam yeni bir mərhələsinə qədəm qoyub, islahatların büsbütün yeni və daha yüksək bir səviyyəsində irəliləməyə başlayırıq.
Ona görə keçdiyimiz yol haqqında danışarkən həm o 15 ilə qiymət verməliyik, həm də başlanan bu yolun ilk günlərindən bu günəcən nə uğurlar əldə etmişik, onlar haqqında danışmalıyıq.
Çünki bu müqayisədə artıq Azərbaycanın nələrə nail və nələri əldə etmək əzmində olduğu görünəcək. Cənab prezidentin 2018-ci ildə, “Cümhuriyyət İli”mizdə - Azərbaycan istiqlalının 100 yaşının tamam olduğu ildə yenidən dövlətimizin başçısı seçilməsi, yenidən xalqımızın etimadını qazanması çox rəmzidir.
Həm də ona görə rəmzidir ki, biz Cümhuriyyət, bir müstəqil dövlət olaraq öz inkişafımızın ikinci əsrinə başlayırıq. Yenə İlham Əliyevlə başlayırıq və onun içərisinin yeni arzularla, yeni ideallarla və yeni yüksəliş nailiyyətləri ilə dolu olduğu bir səviyyəsində başlayırıq.
Mən, sadəcə, mədəniyyətlə bağlı cənab prezidentin heç seçildiyi gündən üzü bəri müddətdə yox, yalnız elə bu Novruz ərəfəsində, martın ilk günlərində gördüyü işləri sadalasam və bu həcmə, bu miqyasa biz nəzər salsam, çox şey görünəcək.
Həm o görünəcək ki, cənab prezidentin “inkişafın yeni mərhələsinə qədəm qoymuşuq” ideyası nə deməkdir. Həm o görünəcək ki, cənab prezidentin “biz islahatların büsbütün ayrı bir səviyyəsini başlayırıq” ideyası nə deməkdir. Həm də o aydın görünəcək ki, Azərbaycanın sabahı və konkret olaraq mədəniyyətimizin gələcəyi hansı uğurları, hansı zirvələri fəth edə bilər.
Ötən ilin büdcə müzakirələrində mən dəfələrlə söyləyirdim ki, Azərbaycanın dövlət büdcəsində mədəniyyətə ayrılan vəsait 0,8 faiz təşkil edir və bu, əlbəttə ki, azdır. Çünki yalnız Azərbaycan neft ölkəsi, inkişaf edən, iqtisadi cəhətdən güclü, kənd təsərrüfatı günü-gündən irəliləyən və haçansa inkişaf eləmiş, amma inkişafdan dayanmış sahələrini indi dirçəldən və irəli aparan bir ölkə deyil.
Bunların hamısından daha əvvəl Azərbaycan mədəniyyət ölkəsidir. Çünki Azərbaycan dünyaya mədəniyyəti ilə tanınan, tanıdan və öz uca boyunu hər yerdə göstərə bilir. Ona görə də biz mədəniyyətə vəsaiti büdcə içərisində 0,8 faiz deyil, bundan 2-3 dəfə artıq eləməliyik. Ötən ilin büdcəsində ənənəvi olaraq Azərbaycan kinosuna yalnız bir milyon yarım vəsait ayrılmışdı.
Cənab prezidentin bu ilin mart günlərində imzaladığı sərəncamla, milyon yarım qalıb yerində, Azərbaycan kinosunun inkişafı üçün altı milyon əlavə vəsait ayrıldı. Bir milyon yox, milyon yarım yox, yəni yüz faiz, 150 faiz, 200 faiz artırılmadı, birdən-birə 400 faiz artırıldı kinoya ayrılan vəsait. Yaxud iki milyon manat teatr sənətimizin inkişafına, Azərbayca teatrının inkişafına ayrıldı.
Həmçinin, ayrı-ayrı yaradıcı təşkilatların hamısının inkişafı, ayaq üstə daha möhkəm durması, daha böyük zirvələr əldə etməsi üçün imkan yaradacaq vəsaitlər ayrıldı. İndi bunların hamısını üst-üstə götürəndə görərsiniz ki, o ideyaları ki biz qaldırırdıq, o fikirləri ki biz söyləyirdik, bunlar bizdən daha əvvəl cənab prezidentin içərisində imiş.
Birdən-birə belə artımlar, belə yanaşmalar, bu miqyaslar, bu həcmlər “mədəniyyətdə və digər sahələrdə Azərbaycan inkişafın tamam yeni bir mərhələsinə qədəm qoyur” məsələsini dərk etmək üçün artıq çox şey deyir. Yeni inkişaf mərhələsi, islahatların təzə yüksəlişləri o deməkdir ki, əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək.
Sadəcə, inkişaf 10 faiz, 20 faiz, 50 faiz bir dəfə, iki dəfə yox, qat-qat dəfələrlə yüksək olacaq. Nəzərdə tutulan ideyaların gerçəkləşdirilməsi üçün bu cür qətiyyətli addımlar atılacaq.
Ona görə də inanıram ki, Azərbaycan mədəniyyəti qarşıdakı illər içərisində çox böyük uğurlara çatacaq. Mən, sadəcə, balaca bir sahənin içərisində bir neçə gün ərzində cənab prezidentin imzaladığı sərəncamlarla nə qədər ciddi dəyişikliklərin yaşanmasından danışıram.
Mətbuat səhifələrində oxudum, az öncə kinoya ayrılan vəsaitdən şikayətlənən, gileylənən, bununla kinonu inkişaf etdirmək çətin olar söyləyən ən müxtəlif düşüncə və mövqe sahibi olan kino xadimlərinin əksəriyyəti yenidən müsahibələr verirlər və bəyan edirlər ki, cənab prezidentin kino ilə bağlı atdığı addımlar Azərbaycan kinosuna yeni bir nəfəs verməkdir.
Bu, o, deməkdir ki, əslində, bir az böyük ölçüdə götürsək, Azərbaycan teatrına da, Azərbaycan mədəniyyətinin digər sahələrinə də yeni nəfəs verilir.
İkinci nəfəs gəlir Azərbaycanın inkişafı üçün. Bu ikinci nəfəsi Azərbaycana prezident İlham Əliyev gətirir və inanıram ki, bu ikinci nəfəs bütün digər sahələrdə də böyük yüksəlişlər üçün təkan olacaq.
- Vəsait ayrıldı, bu, çox müsbət və təqdirəlayiq addımdır. Bəs bu vəsaitlər Azərbaycan kinosunun əvvəlki şöhrətini qaytaracaqmı, ötən əsrin 50, 60 və 70-ci illərindəki uğurlarının davamını gətirəcəkmi?
Eləcə də, böyükdən kiçiyə hər kəsin böyük zövq və maraqla izlədiyi “O olmasın, bu olsun”, “Axırıncı aşırım”, “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”, “İstintaq”, “Arxadan vurulan zərbə”, “Gün keçdi”, “Nəsimi”, “Uzaq sahillərdə” kimi möhtəşəm filmləri yenidən görə biləcəyikmi?
- Azərbaycan kinosunda çox istedadlı gənclər yetişib. Çox maraqlı rejissor şəbəkəsi yaranıb ki, onlar dünya kinosuna və dünya kino arenasına çıxıb sözlərini deyə bilərlər.
Arxada qalan bir neçə ildə bütün məhdudiyyətlərə, imkansızlıqlara baxmayaraq, qısametrajlı, həcmi çox da böyük olmayan filmlər çəkiblər və dünyanın müxtəlif kino müsabiqələrində iştirak edərək yer tutublar, uğurlar qazanıblar, laureat adlarını əldə ediblər.
Yəni istedadlı kino xadimlərimiz çoxdur, özü də əksəriyyəti cavan insanlardır. Mənə elə gəlir ki, bu baş verən hadisələr Azərbaycan kinosundakı yeni bir intibah üçün təkan verəcək. Çünki çatmayan maddi vəsait idi, maddi vəsaiti, qayğını da artıq dövlət göstərir.
Həmçinin, istedadlı gənclik var. O gəncliyə, sadəcə, özlərini inkişaf etdirmək üçün əlavə bir kömək, dəstək lazım idi.
Yalnız bir məsələ qalır ki, onun da həll olunması ilə artıq Azərbaycan kinosunun sizin söylədiyiniz və hamımızın arzuladığımız 50-ci, 60-cı illərin yalnız Azərbaycan insanı üçün deyil, Azərbaycan ekranından kənara çıxaraq dünya insanları üçün də maraqlı olan əsərlər yaratmasına gətirib çıxaracaq...
- Söhbət hansı məsələdən gedir?
- Bildiyiniz kimi, biz “Kinematoqrafiya haqqında” mükəmməl bir qanun hazırlamışıq və orada kino sənətinin inkişafını təmin edə biləcək imtiyazlar nəzərdə tutmuşuq.
Bu, vergilərlə, gömrük rüsumları ilə, digər belə müəyyən güzəştlər və imtiyazları nəzərdə tutan məqamlarla bağlı olan məsələdir. Bu güzəştlər və imtiyazları da əlahiddə şəkildə götürməmişik.
Belə güzəştlər və imtiyazlar digər ölkələrdə də var, onları da qoyuram qırağa. Bizim özümüzün qanunvericiliyimizdə, təbabət sahəsində, idman sahəsində, digər sahələrdə müvafiq qanunlarda bu cür imtiyazlar, bu cür güzəştlər nəzərdə tutulub.
Yəni səhiyyənin, idmanın inkişafını təmin etmək üçün belə güzəştlər nəzərdə tutulub. Güman edirəm ki, əgər müvafiq, artıq nümunəsi olan o güzəştlər, o imtiyazlar kinematoqrafiya haqqında qanunda da nəzərə alınsa, bu, Azərbaycan kinosunun inkişafına güclü bir təkan olacaq. Bu da hər zaman, gündə baş verən hadisə deyil ki?
Avadanlığı bir dəfə gətirdin, onu illərlə, aylarla işlədirlər.
Ona görə düşünürəm ki, bu köməyin də kinoya göstərilməsi sadaladığım digər amillərlə bir yerdə Azərabaycan kinosunun arzuladığımız və umduğumuz səviyyəyə çatmasına imkan verəcək.
Baxış sayı: 1 042
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə