21:56 / 26-07-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
21:51 / 26-07-2025
Krım klubu Verka Serduçkanın mahnısına görə DJ-i işdən çıxarıb
21:49 / 26-07-2025
Tramp: "Tailand və Kamboca danışıqlardan sonra atəşi dayandırmaq istəyini ifadə ediblər"
21:44 / 26-07-2025
Müsəlmanları təhqir edərək, onlara şüşə atıb
21:35 / 26-07-2025
Orban fon der Leyeni Avropa Komissiyasından istefa verməyə çağırıb
18:18 / 26-07-2025
"Orban": Aİ-yə Ukrayna Avropa ilə Rusiya arasında bufer zona kimi lazımdır
18:15 / 26-07-2025
86,5 min istehlakçı işıqsız qalıb
18:10 / 26-07-2025
STV: Şotlandiyada Trampın səfərinə etirazlar başlayıb
15:54 / 26-07-2025
Velikaya qılıncoynatma üzrə dünya çempionatının ikinci turunda məğlub olub
15:50 / 26-07-2025
Litva Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması üçün 30 milyon avroya qədər vəsait ayıracaq
12:45 / 26-07-2025
MAK: "An-24" sistemləri yerə zərbə endirənə qədər nasazlıq olmadan işləyirdi
12:42 / 26-07-2025
"Spartak"ın keçmiş futbolçusu Muxamadiev bir sıra insultlardan sonra huşunu itirib
12:39 / 26-07-2025
Rusiya hərbçiləri yaralı ukraynalı zabiti 8 km uzaqlığa aparıblar
12:36 / 26-07-2025
Növbəti zəlzələ
12:34 / 26-07-2025
Ən yeni hərbi zirehli texnikalar sınaqdan keçirilib
12:31 / 26-07-2025
4 nəfərin yanğında öldüyü daça bir həftə əvvəl alınıb
12:27 / 26-07-2025
Uşaqları soyan əcnəbi saxlanılıb
12:24 / 26-07-2025
Alaudinov çeçen Bersaevin dindirilməsinin görüntülərini nümayiş etdirdi
12:21 / 26-07-2025
Pişik yük konteynerində üzərək gedib
12:16 / 26-07-2025
"Mirror": ABŞ-da məktəbli göldə çimdikdən sonra beyin yeyən amöbdən ölüb
22:50 / 25-07-2025
Məhkəmə ömürlük həbs cəzası elan edib
22:42 / 25-07-2025
Qaz partlayışı qurbanlarının xatirəsinə matəm günü elan edilib
22:39 / 25-07-2025
BMT: 131 000-dən çox insan Taylandı, 4 000-dən çox insan Kambocanı tərk edib
22:35 / 25-07-2025
İş adamı FBK-nı maliyyələşdirdiyinə görə həbs edilib
22:32 / 25-07-2025
Çay axını ilə aparılmış iki turistin cəsədi tapılıb
17:49 / 25-07-2025
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
17:20 / 25-07-2025
Yaşayış binasında baş verən qaz partlayışından sonra fövqəladə vəziyyət elan edilib
17:18 / 25-07-2025
Ərdoğan Putin və Trampla onların İstanbulda görüşünün mümkünlüyünü müzakirə etməyi planlaşdırır
17:15 / 25-07-2025
Məmmədov folqaçıların dünya çempionatının 1/16 finalında mübarizəni fəlakət adlandırıb
17:11 / 25-07-2025
Litva sakinləri rus dilində sərbəst ünsiyyət hüququnu xatırladıblar
17:02 / 25-07-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
12:28 / 25-07-2025
Rusları öldürməyə çağıran Krım sakini beynəlxalq axtarışa verilib
12:25 / 25-07-2025
"Ekspress": Tramp Ukraynaya qarşı ultimatum olsa da, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək
12:22 / 25-07-2025
İstehkam saxtakarlığına görə həbs edilib
10:46 / 25-07-2025
Qaqarin abidəsi Mədəni İrs Saytlarının Reyestrinə daxil edilib
“Kobra” üzləşdiyi təyyarə qəzasından danışdı: Ürəyi gedənlər oldu, hamı ağlayırdı
Tarix: 27-12-2017 22:23 | Bölmə: Müsahibə
“Qəbələ” İdman Klubunun üzvü, kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayevin apasport.az saytına müsahibəsi
- İdmana gəlişinizdən başlayaq. Ailədə buna qarşı çıxan var idi?
- İdmana evdən ağlaya-ağlaya getmişəm. 12 yaşım var idi. İdmana getmək istədiyimi deyəndə cavab verirdilər ki, nəyinə lazımdı idman? Oxumaq lazımdı (gülür). Bizim evin yanında, Nizami rayonunda yerləşən 250 nömrəli orta məktəbin zalında Teymur Teymurov “Cit Kun Do” idman klubunda kunq-fu məşqləri keçirdi. 1997-ci ildə orda idmana başlamışam. Əlbəttə ki, ev narazı idi. Amma son uğurlarımdan sonra münasibətləri dəyişdi.
- Valideynləriniz sizi hansı peşədə görmək istəyirdilər?
- Polis və ya həkim. Tipik valideyn istəkləri idi. Mən özüm məktəbdə, həqiqətən də, yaxşı oxumuşam. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm, öz biliyimlə daxil olmuşam. Məktəblə paralel idmanla da məşğul idim.
- Təhsil və idman çox vaxt düz gəlmir. Eyni anda hər ikisinə diqqət ayırmaq çətin deyildi?
- Universitetə hazırlıq vaxtlarımda 1 il idmanı buraxdım və tam olaraq, təhsilə diqqət ayırdım. Universitetə girəndən sonra yenidən idman etməyə başladım. Mənə elə gəlir ki, idmançının savadlı olması daha yaxşıdı. Savad döyüşdə də özünü göstərir. Həm də bir az fərqlilik olur. Savadın varsa, gələcəkdə hansısa sahədə kadr ola bilərsən. Bildiyiniz kimi, idman ömrü azdı. 34-35 yaşında karyeranı bitirdikdən sonra dövlətə sistem və ya başqa sahədə də xeyir verə bilərsən.

- Universitetdə tarix fakültəsini bitirdiyinizi dediniz. Belə çıxır ki, texniki fənlərə marağınız olmayıb...
- Qətiyyən olmayıb. Riyaziyyat və həndəsədən həmişə zəif olmuşam. Amma Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə marağım böyük idi. Məktəb vaxtlarında tarixdən olimpiadada iştirak etmişəm, müəyyən nəticələr vermişəm, öz məktəbimizdə birinci olmuşam.
- Adətən idmançıların uşaqlıq illəri dava-dalaş içində keçir...
- Mən sakit olmuşam. Düzdü, davalar olub. Amma məcburiyyət qarşısında qalanda dalaşmışam. Daha çox qardaşım Elgiz dalaşqan idi. O da idmanla məşğul olub. Həmişə başqa uşaqların valideynləri ondan şikayətə gəlirdilər. Mənim isə dava-dalaşla qətiyyən aram olmayıb. Mənimki ev, məktəb, məşq olub. Universitetdə təhsil alanda da dərsdən çıxan kimi məşqə qaçırdım.
- İdmana kunq-fudan başlamağınız nədən irəli gəlirdi?
- Arzum həmişə boks, kikboksla bağlı olub. Kumirim isə Mayk Tayson idi. Sadəcə, kunq-fu zalı evə yaxın olduğu üçün oraya getmişəm. İlk müəllimim Teymur Teymurovun üzərimdə əziyyəti böyükdü. Məni ilk dəfə yarışa o, göndərib. 2007-ci ildə uşu-sanda idman növündə respublika çempionu, 2006-cı ildə isə kikboksinqdə klublararası dünya ikincisi olmuşam. 2009-cu ildə kikboksinqin WAKO növündə respublika çempionatında vuruşdum və 3-cü yerə çıxdım. Onda hələ tanınmırdım. Həmin ildə WAKO növündə dünya çempionu oldum. Bu, böyük uğur idi. WAKO həvəskar kikboksinqin ən çətin versiyasıdı. Bu versiya üzrə Azərbaycanda dünya çempionu 7 nəfərdi. Bu uğura imza atdıqdan sonra 2011-ci ildə cənab prezidentimizlə görüşdüm. 2010-cu ildə isə ilin idmançısı olmuşdum.
- Qarşıda sizi hansı yarışlar gözləyir?
- Mayın 14-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş böyük, peşəkar yarış olacaq. Mən də orda döyüşəcəm. Qarşıda başqa yarışlarım da var. Yanvarın 18-də Türkiyədə keçiriləcək turnirə də hazırlaşıram, İsmayıl Uzunərlə döyüşəcəm. Bundan əlavə, martın 3-də peşəkar kikboksinqin ən yüksək versiyası olan Qloridə də döyüşüm ola bilər.

- Rəqiblərin təhlilinə nə qədər vaxt ayırırsız və döyüşlərə psixoloji cəhətdən necə köklənirsiz?
- Bu işlə müəllimlərim məşğul olur. Mən rəqibin döyüşlərinə çox baxanda sıxılıram. Konkret ona qarşı necə döyüşməli olduğumu müəyyənləşdirirəm. Ümumiyyətlə, mən hücum taktikasında döyüşürəm. Görüşə 3-4 gün qalmış rəqibin görüşlərinə özüm baxıram. Elə bir idmançı yoxdu ki, rinqə çıxmamışdan öncə həyəcan keçirməsin. Bir həftə öncədən həyəcan başlanır. Rəqibin kimliyindən asılı olmayaraq, həyəcanım rinqə çıxanda bitir.
- Bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında uşu-sanda üzrə yarışda iştirak etdiniz və bürünc medal qazandınız...
- Azərbaycan Kikboksinq Federasiyasının halallığını aldıqdan sonra İslamiadaya qatıldım. Uşu-Sanda federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında məşqlərə başladım. Yarımfinalda dünya çempionu, iranlı idmançıya uduzdum. Beş ayın zəhməti idi. İki döyüşdə qalib gəldim. Üstələdiyim türkiyəli rəqib Avropa çempionu idi. İran idmançısı ilə döyüşüm, həqiqətən də, gözəl alındı. Məğlub oldum. Həmin iranlı İslamiadanın qalibi adını qazandı. Təkcə mənimlə döyüşdə çətinlik çəkmişdi və bunu özü də etiraf etdi. O, mənim əllərimdən qorxurdu. İlk raundda uduzsam da, ikinci raundda üstünlük mənim tərəfimdə idi. Çox arxayınlıqla üstünə gedirdim. Bu vaxt döyüşü saxlayıb, bir epizodla bağlı etiraz etdilər. Nəticədə İran idmançısı 8 dəqiqə dincəldi. Halbuki, çox yorulmuşdu və mən döyüşü qələbə ilə başa vura bilərdim. Bu müddət ona gücünün bərpa olunması baxımından kömək etdi.
- Olimpiya növləri üzrə məşğul olan idmançılara diqqət daha çox olur. Bu sizdə qısqanclıq yaratmır ki?
- Əvvəllər belə şeylər olurdu. Lakin sonra fikirləşdim ki, məni Pərviz Abdullayev olaraq, 5 nəfərdən 3-4-ü tanıyır. Bəlkə də, olimpiya idman növlərinin birində olsaydım, bu qədər tanınmazdım. Olimpiya idmançısını harasa çağıranda məni də dəvət edirlər. İndi heç bir qısqanclıq hissi keçirmirəm. Şükür Allaha, cənab prezident bizə də qayğı göstərir. Məni mənzillə mükafatlandırıb. Bundan əlavə, dövlət işində çalışıram.

- 2005-ci ildə bir müddət idmandan uzaqlaşmısız. Bu nə ilə bağlı olub?
- Onda boksa gedirdim. Həmin vaxt məndə heç bir şey alınmırdı. Həvəsdən düşdüm, 1 il idmandan uzaq qaldım. Daha sonra əmim oğlu Faiq Abdullayev idmanı niyə atdığımı soruşdu. Mənə psixoloji dəstək verdi və 2006-cı ildə qayıtdım. Bir aydan sonra Azərbaycan çempionu oldum, ardınca isə dünya çempionatına yollandım.
- İdmançı kimi ən üstün cəhətiniz hansıdı?
- Məqsədli olmağım. Əgər qarşına məqsəd qoyursansa, ona mütləq çatırsan. Mən kikboksinqdə tanınmaq istəyirdim. Çox şükür, bunu bacarmışam. 1 dəfə həvəskar (WAKO), 4 dəfə isə peşəkar kikboksinqdə dünya çempionu olmuşam. Məşqçim Mehman Umudovdu. Hazırda yarışlara isə boks üzrə əməkdaş məşqçi Zaur Məmmədovun rəhbərliyi altında hazırlaşıram. Peşəkar kikboksinqdə son döyüşüm bu il, noyabrın 10-da oldu. Amerikanın Los-Anceles şəhərində Afrika əsilli holland idmançı ilə qarşılaşdım. Həmin döyüşə də Zaur Məmmədovun rəhbərliyi altında hazırlaşmışdım. Çox gözəl döyüş oldu. Üçüncü raundda rəqibə texniki nokautla qalib gəldim. 52-ci peşəkar döyüşüm idi. Bu döyüşlərdən 47-də qələbə qazanmışam, 22-də rəqibi nokautla üstələmişəm.
- “Kobra” ləqəbi ilə tanınırsız. Bunun tarixçəsi necədi?
- 2007-ci ildə televiziya kanallarından birində mənim də qatıldığım “Döyüşçü 8” layihəsi gedirdi. Həmin vaxt hamı özünə ləqəb seçmişdi. Mən “Kobra” ləqəbini götürdüm. Silvestr Stallonenin belə bir filmi var. Özümü cəldlik, gözlənilməz zərbələr baxımından ona oxşatdığım üçün həmin ləqəbi seçmişdim.
- Bildiyimiz qədərilə idmançılar arasında dostunuz çoxdu...
- Hamı ilə münasibətim yaxşıdı. Güləş, boks, taekvondo və digər idman növləri ilə məşğul olanlarla tez-tez görüşürük. Hər birinin mənə münasibəti başqa cürdü. Artıq 4 ilə yaxındı ki, “Qəbələ” İdman Klubunu təmsil edirəm. Başda Tale Heydərov və Fariz Nəcəfov olmaqla, bu idman klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. İdmançıya çox dəstək olurlar, növlər arasında fərq qoyulmur. Həm də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıyam. Bir də Füzuli Musayevi qeyd etmək istəyirəm. O, mənimlə çox çalışıb, ayaqlarımı yaxşı vəziyyətə gətirib.
- İndinin özündə rinqdən kənarda gücünüzü göstərməyə ehtiyac yaranırmı?
- Elə anlar olur ki, dalaşmağa məcbur qalırsan. Bir-iki dəfə belə hal yaşanıb. Daha çox yolda avtomobil idarə edərkən bu cür şeylər olur. Bir dəfə digər maşını sürən şəxs söyüş söydü və bu, mənə pis təsir etdi. Maşınını saxladıb soruşdum ki, belə şey nəyə lazım idi? Bir dəfə isə uşaqlarla oturanda başqa stoldan bizim stola qarşı pis hərəkət olub. Yəni həmişə qarşı tərəf məsələni davaya gətirib çıxarıb. Peşəkar idmançı sakit ruhda olmalıdı. Özündənrazı idmançı peşəkar ola bilməz.
- İki oğlunuz var. Övladlarınızın idmançı olmasını istərdinizmi?
- Əvvəl həmişə deyirdim ki, övladlarımın idmançı olmasının tərəfdarı deyiləm. İdman yolu çətindi. Amma onu da bildirirdim ki, oğlumda potensial olsa, qarşısını ala bilmərəm. Böyük oğlum Yusifin 4 yaşı olsa da, böyük potensialı var. Bəlkə də, 12-14 yaşlı uşaqlardan yaxşı işləyir.
- Eşitdiyimizə görə, yarışlara getdiyiniz vaxt təyyarədə xoşagəlməz halla üzləşmisiniz...
- 2010-cu ildə yarışa yollananda təyyarəmiz qəzaya uğramışdı. Bakıdan İstanbula uçurduq, ciddi qəza ilə üzləşdik. Təyyarənin şassisi qırılmışdı. Eniş etdikdən sonra baxdım ki, kəmər belimi kəsdi. Mehman Umudov da yanımda idi. Dedim ki, nəsə enişi xoşuma gəlmədi. Baxdıq sürət azalmadı, təyyarə eyni tempdə getdi və zolaqdan çıxdı. İçəriyə su doldu, birtəhər saxladılar. Təyyarə yana bilərdi. Özü də ən arxada oturmuşduq. Əlimi atdım ki, “sumka”nı götürüm, ağır çanta idi. Mehman müəllim də qayıtdı ki, “sumka” vaxtıdı, ölürük burda (gülür). Dedim ki, bu qəzadan qurtuldumsa, rəqibi yüz faiz məğlub edəcəm. Elə də oldu, nokautla qalib gəldim. Qəza zamanı 10 saniyə ərzində çox ciddi qorxu gəldi. Düzdü, ölümdən qorxmuram, ölüm haqqdı, hamının başına gələcək. Amma o an adam bir anlıq qorxur. Hamı çox pis idi, ürəyi gedən oldu, çoxu ağlayırdı. Mehman müəllim də pis olmuşdu. Bizi 1 saat təyyarədə saxladılar. Ən maraqlı yeri “sumka” məsələsi idi (gülür). İndiyə qədər danışıb, gülürük.
- Futbolla aranız necədi?
- Əla. Mən yaxşı futbol oynayıram. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edirəm. Tələbə vaxtı universitetin komandasının üzvü olmuşam. Kikboksçu olmasaydım, yəqin ki, futbolu seçərdim. O vaxt iki idman növünün arasında qalmışdım. Amma nəticələr verdiyim üçün kikboksinqi üstün tutdum.

- Hansı komandaya azarkeşlik edirsiz?
- 1999-cu ildən “Mançester Yunayted”ə, bir də “Qalatasaray”a. Amma indi futbolu bir o qədər də izləmirəm, nəsə həvəsim azalıb. Əvvəllər isə “Mançester Yunayted”in bütün oyunlarına baxırdım. Bizim futbolda “Qarabağ” və “Qəbələ”yə azarkeşlik edirəm. “Qəbələ”nin oyunlarına çox gedib baxmışam. Özüm ağdamlı olduğum üçün “Qarabağ”ı da izləyirəm. Həm də bu komanda son illərdə çox uğurlara imza atdı və bu, hər bir azərbaycanlı kimi, məni də sevindirir.
- İdmançı olmağınıza görə sizə yaxınlaşıb, dostluq etmək istəyənlər çoxdu?
- Çox olur. Onsuz da, nəyə görə yaxınlaşdıqları sonradan bilinir. Amma bu durum məni sıxmır. Qarşındakı özünü göstərmək istəyir, sənə “qardaş” deyir. Çətin vaxtlarımdan indiyə qədər yanımda olan əsl dostlarım var. Mehman və Zaur müəllim həm də dostlarımdı. Qardaşım, əmimoğlu və digər dostum Elçinlə də daim bir yerdəyik.
- İnsanda ən çox dəyər verdiyiniz xüsusiyyət hansıdı?
- Sadəlik və səmimiyyət. Mən eləyəm. Həmişə deyirlər ki, yerində olsaydıq, özümüzü başqa cür aparardıq. Arada düşünürəm ki, bəzi insanların yanında özünü “yuxarı” aparmaq vacibdi. Amma mən belə davrana bilmirəm və buna görə bəzən peşman oluram. Çünki elələri var ki, sadəliyindən istifadə edirlər. İnsan özü kimi olmalıdı.
Baxış sayı: 1 289
Bölməyə aid digər xəbərlər

28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil