20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Niyaməddin Musayev: Şou-biznes mədəniyyətimizə xələl gətirə bilməz - MÜSAHİBƏ
Tarix: 08-03-2019 22:52 | Bölmə: Müsahibə
Oxu.Az-ın müxbirinin suallarını “Şöhrət” ordenli Xalq artisti Niyaməddin Musayev cavablandırır:
- Niyaməddin müəllim, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşü necə qiymətləndirirsiniz?
- Mən özüm həmin görüşə dəvət olunmamışdım.
Düzdür, bir çox sənətçilər, tanınmış mədəniyyət və incəsənət xadimləri həmin görüşə dəvət olunmuş, çağırılmışdı, amma mənə deyilməmişdi. Bununla belə, hamını da həmin tədbirə çağırmaq, onları bir yerə yığmaq olmazdı.
Həmin görüşdə də bir çox məsələlər müzakirə olunub və bu televiziya, mətbuat vasitəsi ilə geniş şəkildə işıqlandırılıb. Hər birimizin də orada edilən söhbətlərdən, müzakirələrdən xəbərimiz var.
Hesab edirəm ki, əhəmiyyətli, vacib bir görüş idi və nəticə etibarı ilə də mədəniyyətimizin inkişafına xidmət edəcək.
- Əgər həmin görüşə dəvət edilsəydiniz, hansı məsələləri qaldırardınız?
- Düzünü desəm, bu haqda fikirləşməmişəm.
Tam dəqiq deyə bilmərəm ki, nələrdən danışardım. Amma bununla belə, mən də orada səsləndirilən fikirlərlə əksərən razıyam və elə bilirəm ki, onlardan artıq nəsə deməyəcəkdim.
Deyiləcəklərin bir çox elə orada səsləndirildi və ən əsası səsləndirilən fikirlərə böyük diqqət, nəzər yetirildi.
Həmin görüşdən sonra kinomuzla, mədəniyyətimizin digər sahələri ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalandı.
Hamısı da alqışa, təqdirə layiqdir.
- Niyaməddin müəllim, bir sənətkar kimi bəs mədəniyyətimizin, incəsənətimizin, sənət aləmimizin durumunu necə qiymətləndirirsiniz?
Vəziyyət qaneedicidirmi, yoxsa, şou-biznes necə deyərlər, sənət dünyasını, əsl sənəti öz caynaqlarına keçirib?
- Şou-biznes belə demək mümkünsə, ayrıca bir aləmdir, qeyri-hökumət təşkilatıdır. Onu öz proqramı, öz çərçivəsi var.
Əlbəttə, onlar da nəzarətdən kənarda deyil, dövlətin nəzarəti altındadır. Onlar mədəniyyətimizə artıq-əskik nəsə edə, xələl gətirə bilməzlər. Gətirsələr belə, onların qarşısı alınar və alınır. Bu gün daha çox şən, şux, oynaq mahnılar, nəğmələr oxunur. İnsanların daha nikbin, daha gözəl əhval-ruhiyyəli olmasına çalışılır, cəhd edilir.
Bizim belə demək mümkünsə, çoxçeşidli musiqilərimiz, nəğmələrimiz var. İstər muğam aləmini, istər estradanı, istər simfonik musiqini, istər xalq ruhunda olan bəstəkar mahnılarını, istər el, aşıq havalarını, istərsə də şou-biznesi götür, burada böyük rəngarənlik mövcuddur.
Gənc müğənnilərin bir çoxunun ifalarına, oxuduqları mahnılara istər radio, istər televiziya vasitəsi ilə qulaq asıram, görürəm ki, nə qədər müxtəliflik, rəngarənglik mövcuddur. Artıq musiqi sahəsində də dünyaya inteqrasiya edilir, bəsitlik yoxdur, inkişaf gedir.
Düzdür, bəzi adamlar bunu görə, hiss edə bilmirlər, amma mən sənət adamı, illərimi bu sənətə verən bir sənətçi kimi bunları daha yaxşı duyuram, ayırd edirəm. Məsələn, o vaxtlar, sovetlər dövründə belə inkişaf yox idi.
O zamanlar da demək olmaz ki, hər şey əla idi. Xeyr, qətiyyən belə deyil, o dövrün özündə də çatışmazlıqlar var idi. Bugünkü inkişaf isə heç şübhəsiz ki, ilk növbədə müstəqilliyimizdən, müstəqil dövlətimizdən irəli gəlir.
Artıq kimsənin hüquqları pozulmur, senzuraya, qadağaya məruz qalmır. Kimin istedadı varsa, kimin sənəti varsa, bunu canla-başla xalqa, tamaşaçılara, dinləyicilərə nümayiş etdirir. Bu, daha gözəldir, daha məqbuldur...
- Bu gün şəxsən özünüzün rahatlıqla dinlədiyiniz müğənnilər, gənc ifaçılar varmı?
- Əlbəttə, var. İstər muğam, istər estrada aləmində, istərsə də şouda olsun, ifalarına axıracan qulaq asdığım, zövqlə dinlədiyim ifaçılar az deyil.
Bilirsiniz ki, sovetlər dövründə estrada janrı Azərbaycanda vardı, inkişaf etmişdi və bu janr da saksafon, akkordeon ifalarından ibarət, yəni, Avropasayağı idi.
Amma milli estradamız sonralar yaranmağa başladı və qeyri-təvazökarlıq kimi səslənməsin, bunun təməlini də qoyan mən olmuşam. Bunu da tək mən demirəm, iddia etmirəm, bu, Ulu öndərimiz verdiyi qiymətdir, dəyərdir.
Ulu öndər Heydər Əliyev məni “Şöhrət” ordeni ilə təltif edəndə bu sözləri haqqımda səsləndirmişdi. Yəni, indi həm vətənpərvərlik ruhunda, həm milli ruhda nəğmələrin səslənməsi, milli estrada nümunələrimizin ortaya qoyulması çox gözəldir.
Bunun bir üstünlüyü də odur ki, hətta, muğam ifaçılarımız, xanəndələrimiz belə bu üslubda, bu janrda ifa edə bilirlər. Onlar Avropasayağı oxuya bilməzlər, çünki tamam başqa bir səpgidədir.
Bütün gənclər demək olar ki, özlərini artıq əksəriyyət etibarı ilə burada tapıblar. Mən də şəxsən buna çox sevinirəm ki, gənclər hamısı bunu qəbul edir və bu, dövlətimiz tərəfindən də qiymətləndirilir. İndi gözəl mahnılar çoxdur.
Gözəl oranjemanlar var. Bunların nəyi pisdir ki?!
Eyni zamanda, bəzi qulağa xoş gəlməyən, zövqləri korlayan, müəyyən şənlik, şadlıq mərasimlərində oxunan ara mahnıları var ki, onlar da zaman-zaman, tədricən aradan çıxacaq. Zəif oxuyanlar özləri yavaş-yavaş bu sənətdən çıxıb gedəcəklər.
Elin ələyi, süzgəci var, zəiflər gedəcək, möhtəşəm ifalar qalacaq.
- Belə fikirlər də tez-tez səslənir, gündəmə gətirilir ki, sənət adamlarının çoxunun maddi durumu yaxşı, qənaətbəxş deyil. Siz bu haqda nə deyərdiniz?
- Bilirsiniz, kiminsə fikrinə, mövqeyinə şərh vermək istəməzdim. Hər kəsin öz mövqeyi, fikri var və ona da hörmətlə yanaşıram. Amma mən heç də o fikirdə, o iddiada deyiləm.
Azərbaycanda hər zaman-istər Ulu öndər Heydər Əliyevin dövründə, istər ölkə prezidenti cənab İlham Əliyevin dövründə sənətə, mədəniyyətə, incəsənətə, sənət adamlarına, yaradıcı, ziyalı insanlara böyük diqqət və qayğı göstərilib.
Hələ o zamanlar, müstəqilliyimizin ilk illərində Ulu öndərimiz sənət, elm adamlarına prezident təqaüdü ayırmışdı.
Dövlət tərəfindən dəstək verilmişdi həmin adamlara. Bu gün də yaradıcı insanlara, sənət, elm adamlarına prezident təqaüdü verilir və hesab edirəm ki, az pul da deyil. 1450 manat prezident təqaüdüdür, eyni zamanda, üstəlik Heydər Əliyev Fondu tərəfindən də maddi-mənəvi dəstək göstərilir.
Bundan artıq nə olasıdır ki?! Bunun özü də çox yaxşı, təqdirəlayiq haldır. Bu baxımdan hesab edirəm ki, bu məsələdə bir qədər ifrata varmaq lazım deyil.
Əgər sən konsertlərdə iştirak edirsənsə və buna görə sənə pul, qonorar verilərsə, bunun nəyi pisdir, daha nə olmalıdır ki?!
- Bu gün niyaməddin musayevlər yetişirmi, estafeti rahatlıqla təhvil verə biləcəyiniz yeni niyaməddinlər varmı?
- Zaman özü onları yetişdirir. Dahiləri də zaman yetişdirib, onlar zamanı yetişdirməyib. Odur ki, zaman özü onları tədricən yetişdirəcək.
Təbii ki, gözəl səsə malik olan, istedadlı gənclər, ifaçılar var. Bu baxımdan, gələcəyi yaxşı görürəm, çox da narahatlıq keçirməyinə dəyməz.
Hər şey qaydasında, yolundadır, öz axarı ilə gedir.
Baxış sayı: 1 068
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə