21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
Teymur Qafarov: Psixiatrlar “dəli həkimi” deyil - MÜSAHİBƏ
Tarix: 11-02-2019 13:43 | Bölmə: Müsahibə
Cəmiyyət olaraq aqressiv yanaşmalardan, kəskin və sərt münasibətlərdən şikayətlənirik. İnsanların əsəbləri müxtəlif səbəblərdən gərgin olur.
Psixoloji gərginlik zəif iradəli insanları intihara, hətta cinayətə sürükləyə bilər. Bəs bütün bu gərginliklərdən uzaq qalmaq üçün nə etmək lazımdır? İnsan öz psixi sağlamlığının qayğısına necə qalmalıdır?
Bu və digər suallarımızı Oxu.Az-a müsahibəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun psixiatriya və narkologiya kafedrasının müdiri, Əməkdar müəllim, tibb elmləri doktoru, Respublikanın baş psixiatrı Teymur Qafarov cavablandırıb:
- Psixiatriya ilə psixologiyanı fərqləndirən cəhətlərdən başlayaq.
- Psixiatriya tibb elminin bir sahəsidir, kliniki təbabətin ixtisası kimi psixi xəstəliklərin və pozuntuların səbəblərini, daxili inkişaf mexanizmlərini, əhali arasında yayılmasını öyrənir, onların diaqnostikası, müalicəsi və fəsadlarının reabilitasiyası ilə məşğul olur.
Psixologiya isə humanitar elm sahəsi olaraq psixi fəaliyyətin yaranması, formalaşması və inkişafının qanunauyğunluqlarını öyrənir, eyni zamanda, ayrı-ayrı psixi funksiyaların və müxtəlif psixoloji halların xüsusiyyətlərini tədqiq edir. Daha qısa desək, psixologiya ümumən normal psixi fəaliyyətin problemləri ilə məşğul olur, psixiatriyanın sahəsi isə psixi fəaliyyətin patoloji hallarıdır.
- Bu elm sahələrində çalışan mütəxəssislərin fəaliyyəti də fərqlidir?
- Bu iki sahənin mütəxəssisləri arasında xeyli fərqlər var. Psixiatr olmaq üçün digər həkim ixtisasları kimi, əvvəl Tibb Universitetini, sonra isə rezidenturanı bitirmək lazımdır. Psixiatr həkimdir və digər həkim mütəxəssislər kimi ümumi tibbi qaydalara riayət edir.
Bundan fərqli olaraq, psixoloq həkim hesab edilmir. Onlar tibb təhsilli deyil, psixi xəstəliklərlə bağlı diaqnoz qoymaq səlahiyyətləri yoxdur. Psixiatrlar heç də cəmiyyətin adlandırdığı kimi, “dəli həkimi” deyil. Bu ifadə, siz də qəbul edərsiniz ki, heç bir tərəfdən doğru deyil. Bu cür yanaşmaların nəticəsidir ki, insanlar həkimə getməkdən çəkinir, qorxur.
- Axı psixoloqlar psixi sağlamlıq məsələlərində də iştirak edirlər.
- İştirak edirlər, amma öz səlahiyyətləri daxilində. Təəssüf ki, bu gün psixoloqlar ixtiyarları olmayan halda diaqnoz belə qoyurlar. Şəxsən özüm şahid olmuşam, bizim bəzi telekanallarda təşkil olunmuş verilişlərdə, psixoloqlar tərəfindən ayrı-ayrı vətəndaşlarımıza tibbi diaqnozlar qoyulub. Hətta həkim-psixiatrların qoyduğu diaqnoz, təyin etdikləri müalicəni belə səlahiyyətləri olmadıqları halda müzakirə edirlər. Psixoloqların yol verdiyi bu davranışlar qəbuledilməzdir.
- Hazırda səhiyyə sistemində nə qədər həkim-psixiatr var?
- Respublikamızda həkim-psixiatrların və psixi sağlamlıq sahəsində çalışan digər mütəxəssislərin, həkim-narkoloqların ümumi sayı 400 nəfərdir. Əslində, bu, o qədər də kiçik göstərici deyil. Orta hesabla hər 100 min əhaliyə dörd psixiatr düşür. Amma bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunmuş göstəricilərlə müqayisədə azdır. Bununla əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Son bir neçə ildə həkim-psixiatr və həkim-narkoloqların hazırlanması üçün rezidentura hazırlığında bu ixtisaslar üzrə yerlərin sayı xeyli artırılıb.
Eyni zamanda, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə dövlət tibb müəssisələrində 2015-ci ildən psixoloqlar üçün iş yerləri ayrılıb. Dünya praktikasında qəbul olunmuş qaydalara əsasən, tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların kliniki psixologiya üzrə ixtisaslaşmaları olmalıdır. Bununla əlaqədar, Səhiyyə Nazirliyinin 2015-ci ilin 86 nömrəli əmri var.
- Respublikamızda neçə rəsmi olaraq qeydiyyatda psixi pozuntusu olan şəxs var ?
- Bu suala cavab vermək üçün dəqiqləşdirmə aparılmalıdır. Ümumən, heç bir ölkədə hansısa dövr üçün bütün psixi pozuntusu olan şəxslərin dəqiq sayını demək olmaz. Rəsmi məlumat dispanser müşahidəsində olan şəxslərə aiddir və xroniki, davamlı ağır, yaxud tez-tez kəskinləşən xəstəliyi olan şəxslər üzərindən təyin edilir. Burada vacib bir məsələni vurğulamaq istərdim. Dispanser müşahidəsi əhalimizin, hətta bəzi rəsmi şəxslərin dilində olan “qeydiyyat” yox, bir növ psixiatriya yardımıdır. Bizim qanunvericiliyə əsasən, xəstə sağaldıqda və ya onun psixi vəziyyəti xeyli yaxşılaşdıqda, dispanser müşahidəsi dayandırılır.
Bir çox dövlətlərlə müqayisədə, Azərbaycanda əhali arasında psixi pozuntusu olan şəxslərin sayı azdır. Onların sayı 100 min nəfər civarındadır ki, bu da respublika əhalisinin təxminən 1 faizini təşkil edir. Hətta nəzərə alsaq ki, bu növlü pozuntuları olan insanlarımız və onların qohumlarının bir qismi psixiatriya yardımı üçün rəsmi müraciət edərək qeydiyyata alınmaqdan yayınırlar, yenə də onların ümumi sayı çox deyil. Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, bütün ölkələr üzrə əhalinin 25 faizinin həyat dövründə hansısa psixi pozuntular yaşana bilir.
- Dərman preparatlarının qəbulu pasiyentlərdə gələcək həyatda hər hansı fəsadlara yol aça bilirmi? Müalicədə tərkibində yüksək dozada sakitləşdiricilər olan preparatlardan istifadə edilir.
- Psixiatriyada dərman preparatlarının qəbulu və onunla əlaqədar hansısa fəsadların olması ehtimalının tibbin digər sahələrində olan problemlərdən heç bir fərqi yoxdur. Dərman preparatlarının təyini həkim-psixiatrın müstəsna səlahiyyətidir, konkret göstərişlərə və sübutlu təbabətin qaydalarına əsaslanır.
Müalicə zamanı tərkibində yüksək dozada sakitləşdiricilər olan preparatların istifadəsinə gəldikdə, demək lazımdır ki, xəstələrin böyük əksəriyyəti könüllülük və məlumatlı razılıq əsasında müalicə olunurlar. Hazırda dərmanların təsiri imkanlarında irəliləyiş var. Onların tətbiqində əsas meyarlar məqsədəuyğunluq və minimal kifayətedici dozadır.
- Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında vəziyyət necədir?
- Adından göründüyü kimi, bu, respublika miqyaslı xəstəxanadır və hazırda ölkəmizin aparıcı psixiatriya müəssisəsidir. Bu xəstəxananın böyük tarixi var, onun əsası 1936-cı ildə qoyulub və ağır, müalicə imkanları məhdud, ailə əlaqələrini itirmiş xəstələrin yerləşdirilməsi üçün nəzərdə tutulub. Ötən illər ərzində bu xəstəxananın müxtəlif dövrləri olub. Hətta ötən əsrin 80-ci illərində respublikanın bütün tibb müəssisələri arasında ən yüksək nailiyyətlərə görə xəstəxana üç il ardıcıl Sovetlər İttifaqı dövründə dəbdə olan keçici “Qırmızı Bayrağa” layiq görülüb. Sonralar müxtəlif səbəblərdən xəstəxana çətin dövrlər keçirib.
Hər kəsin “dəlixana” adlandırdığı xəstəxana çətin yollardan keçib. Respublikamızda səhiyyə sistemində öncə qeyd olunan yenidənqurma prosesləri bu xəstəxanadan da yan keçməyib. Son 10 il ərzində xəstəxananın tarixində bundan qabaq görünməyən inkişaf var. Bütün köhnə şöbələr sökülüb, onların yerinə yeniləri tikilib, nisbətən yeni olan şöbələr əsaslı təmiri edilib və onların hamısının müasir tibbi avadanlıqla təchizatı təmin edilib.
Xəstəxananın fəaliyyətini təmin edən bütün əsas və yardımçı bölmələri yenidən qurulub, ərazisi abadlaşdırılıb. Xəstələrin müalicə və qidalanma təminatı bu günün tələblərinə tam uyğundur. İki mindən artıq xəstənin müalicə və reabilitasiya olunması üçün, demək olar ki, bütün lazımi şərait yaradılıb.
- Sağalmayan psixi xəstəliklər mövcuddurmu?
- Bu suala qısa cavab odur ki, tibbin digər sahələrində mövcud olan xəstəliklər arasında sağalan və tam sağalmayan xəstəliklər olduğu kimi, bizim sahəmizdə də var. Konkret hansı xəstəliklərin nəzərdə tutulduğunu bilmək lazımdır. Əksər hallarda insanlar şizofreniyanın ən ağır psixi xəstəlik olduğunu düşünürlər. Bu da əhali arasında psixiatriya və onun daxilində ayrı-ayrı xəstəliklər barəsində yanlış təsəvvürlər yaradır.
Şizofreniya xəstəliyinə gəldikdə, tibbi meyarlara görə bütün xəstəliklərin müəyyən dərəcələri var ki, ondan sonra geri dönüş əldə etmək olmur. Bu xəstəliyin müxtəlif kliniki mənzərəsinə və inkişaf dərəcəsinə baxmayaraq, bu gün də bütün dünya səviyyəli psixiatrlar yekdilliklə bildirirlər ki, şizofreniyanın kifayət qədər güclü müalicə imkanları var.
Müasir dərman preparatları bu imkanları daha da genişləndirib. Bununla yanaşı, məsələn, Alzheimer xəstəliyini nümunə gətirmək olar. Bu xəstəliyin əsas mahiyyəti beyin hüceyrələrinin atrofiyasıdır. Bu gün bu xəstəliyin müalicəsi istiqamətində verilən proqnozlar mənfidir.
- Hipnoterapiya psixi pozuntuların müalicəsində istifadə edilirmi?
- Hipnoterapiya psixiatriyanın müalicə üsullarından biri olan psixoterapiyanın növüdür. Onun qədim tarixi var. O dövrlər müalicə vasitəsi kimi geniş istifadə olunurdusa, bu gün hipnoterapiya üsulundan istifadə minimum həddədir. Özünü doğrultmadığı üçün onun müalicə metodu kimi tətbiqi də xeyli məhdudlaşdırılıb. Bu gün psixi pozuntuların müalicəsində digər psixoterapiya üsulları özünü daha çox doğruldur.
Baxış sayı: 1 564
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə