21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
Nazir müavini: Ömrümdə bir sərçəyə də daş atmamışam - MÜSAHİBƏ
Tarix: 07-02-2019 15:07 | Bölmə: Müsahibə
Oxu.Az ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə müsahibəni təqdim edir:
– Xeyli vaxtdır ki, nazir müavini vəzifəsində çalışırsınız. Ondan əvvəl millət vəkili olmusunuz. Hansı daha rahatdır?
– Vəzifənin böyüyü-kiçiyi olmur. Bir insan işinin məsuliyyətini hiss edirsə, hər vəzifə onun üçün mühümdür. Əsas verilən tapşırığı vaxtında və layiqincə yerinə yetirməkdir.
1995-2000-ci illərdə millət vəkili olmuşam. Baxmayaraq ki, həmin vaxtlarda müəyyən çətinliklər var idi, amma əsas qanunvericilik bazasının formalaşmasında I çağırış Milli Məclisin rolu böyük olub.
– Bu gün plastik qablaşdırma materialları və polietilen torbaların tədricən azaldılması mövzusu gündəmdədir. Nazirlik tərəfindən hansı işlər görülür?
– Polietilen torbalar tədricən azaldılmalı, sellofan torbaların alternativləri, yəni kağız, parça, kətan torbalar və həsir zənbillərlə əvəzlənməlidir. Alternativ materialların istehsalının genişləndirilməsi məqsədilə nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib.
Nazirlik tərəfindən hazırlanan “Tədbirlər Planı” isə müvafiq qurumlarla razılaşma mərhələsindədir. Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb.
“Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanacaq. Lakin məncə, ilk növbədə insanlar özü könüllü olaraq, bunun zərərli tərəflərini başa düşərək, polietilen qablaşdırmadan imtina etməlidir. Plastik məmulatlardan imtina edilməsi birdən-birə baş verməyəcək.
Ona görə söhbət tədricən imtinadan gedir və bunun üçün güclü təbliğat aparılmalıdır ki, bütün əhali plastik qablaşdırmanın həm sağlamlığa, həm təbiətə vurduğu zərərləri öyrənsin, insanlar könüllü olaraq bundan imtina etsin.
– Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansı işləri görüb? Fiziki coğrafiyaya inansaq, Azərbaycanın 12 faizi meşə ilə örtülüb. Bu, dünya ölkələri ilə müqayisədə, çox azdır. Nəzərə alsaq ki, meşələrin böyük qismi dağlıq ərazilərdədir. Son illər Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?
– Ötən il nazirlik tərəfindən meşə massivlərinin artırılması və qorunması işləri görülüb. Azərbaycanın meşə fondu torpaqları məhdud miqdarda olmaqla, 1213,7 min hektar, meşə ilə örtülü sahələr isə 1033 min hektardır. Azərbaycan meşələrinin 85 faizi dağlıq, 15 faizi düzən ərazilərdə yerləşir.
Respublikamız azmeşəli regiondur və dünyada qəbul edilmiş normadan 2-2,5 dəfə azdır. Qonşu Rusiyada 48, Gürcüstanda 38, Türkiyədə 25, Belarusda 43, Estoniyada 38 faiz təşkil edir. Amma ölkədə davamlı olaraq yeni meşəliklərin salınması işləri görülür. 2018-ci ildə 10155 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 1 milyon 350 min ədəd ting əkməklə 2505 ha ərazidə meşə əkini aparılıb və aqrobağlar salınıb.
Eyni zamanda, nazirlik tərəfindən qeyri-meşə fondu torpaqlarında da yaşıllaşdırma işləri aparılır. Buna misal olaraq, bildirim ki, tərəfimizdən “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi üzrə lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 66 hektar sahə təmizlənərək bərpa edilib, kollektor-drenaj sistemi qurulub, yaşıllıq salınıb.
– İşğal olunan ərazilərdə nə qədər meşə sahəsi var? Oradakı meşələrin böyük faizinin taleyi bizə qaranlıqdır.
– 261 min hektar meşə işğal ərazisində qalıb. Ən böyük meşə təsərrüfatımız Xocavənddədir – 180 min hektara yaxın. Orada qiymətli ağaclar var. Təəssüf ki, ermənilər həmin meşəni qırıblar. Onlar gözəl bilirlər ki, bu torpaqlar onların deyil, gec-tez geri qaytarmaq məcburiyyətindədirlər. MDB ölkələri arasında ən az meşəsi olan Ermənistandır, ancaq statistik rəqəmlərə görə, daha çox ağac satmaqla gündəmdədirlər.
Həmin ağacları işğal altında olan ərazilərdən kəsib, satırlar. Eyni zamanda, abidələrimizi dağıdır, faydalı qazıntılarımıza ziyan vururlar. O torpaqları işğaldan azad edəcəyik və orada meşəbərpa işləri həyata keçirəcəyik.
– Meşələrdə kameraların quraşdırılması da birmənalı qarşılanmır.
– Meşələrdə kameraların quraşdırılması dünya praktikasında var. Biz də bu praktikadan istifadə edərək, meşələrin giriş və çıxış yollarında şlaqbaumlar və kameralar yerləşdirmişik. Bu, meşələrə nəzarət etmək üçün vacib addımdır.
1650 metr məsafədən artıq obyekti seçə bilir. Meşələrdə kameraların quraşdırılması bu il də davam etdiriləcək. Hələlik beş rayonda, yəni Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarındakı meşələrə bu cür kameralar quraşdırılıb. Kameraların quraşdırıldığı az müddət olsa da, meşələrə müdaxilələr azalıb.
– Bizim redaksiyaya Xəzərə çirkli suların axıdılması ilə bağlı tez-tez videogörüntülər göndərilir. Bu məsələ ilə bağlı vəziyyət necədir?
– Xəzərə tökülən axarlarla bağlı keçən il araşdırma aparıldı. Xəzərin Azərbaycan sahil zolağında Xaçmazdan Astaraya qədər ərazi təftiş olundu, Xəzərə tökülən axarlar müəyyən edildi, su nümunələri götürüldü, analizlər aparıldı.
Bununla bağlı icra hakimiyyətləri ilə, müxtəlif təşkilatlarla görüşlər keçirildi. Konkret məsələ qoyuldu ki, bu istiqamətdə köklü dəyişikliklərə nail olunsun, müasir təmizləyici qurğular quraşdırılsın. Hazırda bu istiqamətdə müvafiq işlər gedir.
– Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, daş karxanaları ilə bağlı nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində araşdırma aparılıb və bəzi sahibkarlara qarşı cinayət işi açılıb. Nazirlik tərəfindən daş karxanalarında monitorinqlər davam etdiriləcəkmi?
– Uzun müddət bu sahə diqqətdən kənarda qalıb. Bəzi sahibkarlar sui-istifadə hallarına yol verərək, qanunvericiliyin tələblərini pozmuşdular. Ötən il prezident İlham Əliyevin məsələyə diqqətindən sonra bu sahədə müsbət mənada köklü dəyişikliklər aparıldı.
Bir neçə iş adamı cinayət məsuliyyətinə cəlb olundu. Sahibkarlar karxana işlədir, amma primitiv, köhnə texnika ilə. Bu da ətraf mühitin çirklənməsinə səbəb olurdu.
– Ovla maraqlanırsınızmı?
– Ömrümdə bir sərçəyə də daş atmamışam. Mən ovçuları başa düşmürəm. Hərdən deyirlər ki, Azərbaycanda qeyri-rəsmi 300 minə yaxın ovçu var. Onların hamısına icazə verilsə, təbiətimizdən heç nə qalmaz. Kimliyindən asılı olmayaraq, hamı təbiəti qorumalıdır.
– Övladlarınız hansı sahə ilə məşğul olurlar?
– Mənim sahəm üzrə çalışan yoxdur. Azərbaycan övladları kimi oxuyub, təhsil alıblar. Hazırda hər biri öz sahəsi üzrə çalışır.
Baxış sayı: 1 157
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə