00:12 / 22-12-2025
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
00:04 / 22-12-2025
Sabahdan Amnistiya aktının icrası başlanılır
23:59 / 21-12-2025
Misir klinikasında saxlanılan Çelyabinskdən olan turist Yekaterinburqa gəlib
23:53 / 21-12-2025
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı
23:36 / 21-12-2025
Almaniya kansleri Merz Maqdeburq terror aktının baş verdiyi yerə səfəri zamanı fitə basılıb
23:24 / 21-12-2025
Zelenski Bir neçə Regional Administrasiya rəhbərinin işdən çıxarıldığını elan etdi
22:12 / 21-12-2025
Belarus ilin sonuna qədər bir dəstə "Su-30SM2" təyyarəsi almağı planlaşdırır
22:08 / 21-12-2025
Avtomobil yanıb
20:49 / 21-12-2025
Tokayev: "AİB-ə qarşılıqlı birbaşa investisiyalar 20 milyard dolları keçib"
20:45 / 21-12-2025
Yeniyetmələr 13 yaşlı xəstəyə hücum ediblər
20:40 / 21-12-2025
Putin: "AİB üzvlüyü üzvlərinə əhəmiyyətli dividendlər gətirir"
20:32 / 21-12-2025
Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər Ukraynadakı nizamlama ilə əlaqələndirilməməlidir"
20:29 / 21-12-2025
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
20:26 / 21-12-2025
Paşinyan Ermənistana yük tranzitinin qarşısını aldığına görə İlham Əliyevə təşəkkür etdi
20:18 / 21-12-2025
Göldən 780 boğulan qoyun çıxarılıb
19:44 / 21-12-2025
Dmitriyev Vitkoff və Kuşner ilə danışıqların ikinci gününə başladı
19:36 / 21-12-2025
"Bloomberg": ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib
19:29 / 21-12-2025
Mənzil binasında baş verən yanğında qadın cəsədi tapılıb
19:23 / 21-12-2025
Keçmiş Almaniya naziri mövcud Ukrayna hakimiyyəti ilə sülhün əldə edilə biləcəyinə inanmır
19:19 / 21-12-2025
Polis heyvan ölümlərindən sonra sığınacağı araşdıracaq
19:14 / 21-12-2025
Fiqurlu konkisürən ona zəng edən jurnalisti təhqir edib
19:11 / 21-12-2025
Sərxoş sürücü qızı vurub öldürüb
19:06 / 21-12-2025
Floridada Rusiya-Amerika məsləhətləşmələri davam edir
12:57 / 21-12-2025
Namiq MƏMMƏDLİ Prezidentin təsis etdiyi yubiley medalı ilə təltif edildi-CƏNAB PREZİDENTƏ TƏŞƏKKÜR EDİRƏM!
23:38 / 20-12-2025
"Berliner Zeitung": Merz Rusiya aktivləri ilə bağlı fikirlərinə görə AB Zirvəsində təcrid olunub
22:57 / 20-12-2025
Bir turist qırmızı kürü oğurlayaraq iki dəfə mağazanı qarət edib
22:51 / 20-12-2025
Dmitriyev, Moskvaya ilk səfərindən əvvəl Uitkoff üçün şərt qoyulması ilə bağlı WSJ məqaləsini təkzib etdi
22:48 / 20-12-2025
Boqdanov: "Jurnalistlər və polis Rusiya ilə ABŞ arasında ehtimal olunan görüş yerində toplaşıblar"
22:43 / 20-12-2025
Dmitriyev Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Mayamiyə gəlib
22:41 / 20-12-2025
Ekvatorial Qvineya Rusiya ilə əməkdaşlığa yüksək qiymət verir
22:38 / 20-12-2025
ERR: Estoniya məhkəməsi Kallasdan sosial media yalanlarına görə üzr istəməsini tələb edib
22:34 / 20-12-2025
Orban Kallası Hitler və Napoleonla müqayisə etdi
22:30 / 20-12-2025
112:Naməlum obyektin partlaması nəticəsində yeniyetmə həlak olub
19:36 / 20-12-2025
FSBR prezidenti Mamiaşvili Mamedovun Bolqarıstan milli komandasına keçidi ilə bağlı şərh verdi
19:33 / 20-12-2025
Səfir Nofal: "Tramp Fələstin dövlətinin qurulması mümkünlüyünü xatırladır"
19:27 / 20-12-2025
"Welt": Avropa Kiyevin Rusiya ilə münaqişədə uduzacağını etiraf etməlidir
19:25 / 20-12-2025
Lula da Silva: "Venesuelaya müdaxilə humanitar fəlakət olardı"
19:22 / 20-12-2025
Partlayıcı qurğunun üzərinə ayaq basan qadın ölüb
“Daha ailə qurmaq istəmirəm...”
Tarix: 07-10-2018 10:50 | Bölmə: Müsahibə
Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. “Ekspress”in “Nəsildən nəslə” rubrikası məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.
Rubrikamızın bugünkü qonağı Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovadır.
“Lütfi müəllim deyirdi, Allah səni səhnə üçün yaradıb...”
- Məleykə xanım, sənətə gəlişiniz necə oldu?
- Mən uşaqlıqdan inadkar olmuşam. Bu gün də o xarakterim qalır. Çətin də olsa, həmişə istədiyimə çatmaq arzusunda oluram. Yəni, işdən, çətinlikdən qorxmuram. İncə görünməyimə baxmayaraq mübariz xanımam. Əslində, atam heç vaxt aktrisa olmağımı istəməyib. O vaxt Neftçala rayonunda teatr olmadığına görə məktəbdə şeirlər deyirdim, mahnılar oxuyurdum, rəqs eləyirdim. Hər kəs elə bilirdi ki, mən müğənni olacağam. Amma mən deyirdim ki, aktrisa olacağam. Neftçala rayonunda musiqi məktəbinə pianoya gedirdim. Rayonun mədəniyyət evinin xalq çalğı alətləri ansamsblında mahnılar ifa edirdim. Bütün günü ədəbiyyat oxuyurdum, mütaliə edirdim. Özümü baş rolda təsəvvür eləyir, öz-özümə məşqlər edirdim. “Aydın”da Gültəkin mənim uşaqlıq arzum idi. Allah da qismət elədi teatrda aktrisa kimi ilk obrazım bu oldu. Və Azərbaycan səhnəsində başqa-başqa quruluşlarda iki dəfə Gültəkin obrazını oynamaq mənə qismət oldu.
- Bəs, atanızı necə razı sala bildiniz?
- Atam aktrisalığa icazə vermədiyi üçün mən İncəsənət İnstitutunun özfəaliyyət teatr kollektivi rəhbərliyi fakültəsinə daxil oldum. Sənət dərslərindən həmişə beş alırdım. Müəllimlər diksiyamdan çox razıydılar. Əsas odur ki, ürəkdən arzulayasan, istəyin, istedadın olsun. İstedad vacib şərtdir. Rəqs eləmək qabiliyyətim, səsim, plastikam, xarici görkəmim yerində idi. O vaxt Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrı var idi. Lütfi müəllim İncəsənət İnstitutuna gəlir, aktyorlara baxıb seçirdi. Məni də seçmişdilər. Lütfi müəllim o vaxt kiçik bir televiziya tamaşası çəkirdi. İlk dəfə kiçik bir obraza -katibə obrazına çəkildim...
17 yaşım olanda atam dünyasını dəyişdi. İkinci kursda tətil vaxtlarında toylara gedirdim ki, anamgil məni oxutdurmaq üçün çətinlik çəkməsinlər. İnstitutu bitirdikdən sonra bir il rayonumuzda gecə-gündüz toylara getdim. Gəldim, o pulla özümə ev aldım. Sonra Hüseynağa Atakişiyevin rəhbəri olduğu Gənclər Teatrında işə başladım. Üç il orda işlədim və bir çox baş rollarda oynadım. Amma məni sənətə Lütfi müəllim gətirib. Milyonlarla tamaşaçıya o tanıdıb. O, çox istedadlı insan idi. Teatrda şöhrət tapmış insanların çoxu Lütfi müəllimin dərnəyindən gəlib. O, “Yad qızı”nı çəkəndə yaşca məndən 8-9 yaş böyük olan Jalə obrazını mənə həvalə elədi. Çox məşqlər edirdik. Məni tanıtdıran Jalə obrazı oldu. Hətta o vaxtlar Jaləni oynayanda Gənclər Teatrına ayaqla getdim ki, görüm insanlar tamaşamı necə qəbul eləyirlər. Hamı məni barmaqla göstərib deyirdi ki, Jalədi, Jalədi... O vaxtdan sevildim, Jalə mənə uğur gətirməyə başladı.
Lütfi müəllim çox istedadlı rejissor, aktyor, klassik sənətkarımız idi. Mənə həmişə deyirdi ki, Allah səni səhnə üçün yaradıb. Hər şeyi onunla məsləhətləşirdik. İnsan kimi də çox gözəl insan idi. Həmişə aktyorların problemlərinin həllinə kömək edərdi. Kim ona ağız açırdısa, sözü yerə düşmürdü.
Sonra Lütfi müəllim Bəxtiyar Vahabzadənin “Kimdir haqlı?” televiziya tamaşasını çəkdi. Arzu obrazını mənə həvalə elədi. Bu gün də bəzi həkimlər deyirlər ki, “mən o tamaşadakı Arzu obrazına baxıb həkimlik sənətinə gəlmişəm”.
Daha sonra Lütfi Məmmədbəyov Azərbaycanda ilk serial olan “İtkin gəlin”i çəkdi. Əlibala Hacızadə ilə bir neçə aktyorla sınaq çəkilişləri etmişdilər. Məni də yoxladılar. Əlibala müəllim dedi ki, Əfsanə bu cür səmimi üzə malik qızdır. Və mən seçildim. Əfsanə mənə çox böyük uğur gətirdi.
Lütfi müəllim elə əsərlər seçirdi ki, tamaşaçı qəlbinə yol tapsın. Ən əsası da topladığı aktyorlar istedadlı aktyorlar idi.

“Barat Şəkinskayanı sənətdə anam kimi qəbul etdim...”
- Böyük teatr səhnəsinə yolunuz necə düşdü?
- Teatrda oynadığım ilk rol Gültəkin olub. Barat Şəkinskaya onda demişdi ki, “səhnəyə doğru, düzgün, təbii aktrisa gəlib. Cabbarlının əsl Gültəkini Məleykədir”. Barat xanım mənim başqa obrazlarım haqqında da yüksək fikirlər söyləmişdi. Onunla yaxından tanış olduq. Mənə çox məsləhətləri oldu. Mən onu sənətdə anam kimi qəbul etdim. Çox gözəl aktrisa, çox böyük insan idi...
Həsənağa Turabov 1992-ci ildə məni Akademik Dram Teatrına dəvət etdi. Yenə də tamaşanı Lütfi müəllim hazırlayırdı. “Əcəb işə düşdük” tamaşasında Dilarə rolunu mənə verdilər. O zamandan Akademik Milli Dram Teatrına işə götürüldüm. 1989-cu ildən bu günə qədər də səhnədə bir gün fasilə vermədən çox böyük, çətin və məsuliyyətli obrazlara imza ataraq çalışıram.
- Uğurlarınızda ananızın da zəhməti çox olub...
- Bu günə qədər səhnədə nə uğur qazanmışamsa, buna səbəb anam olub. Anam mənə çox böyük dəstək göstərib. O, mənim dostum, sirdaşım idi. Mənə həm ana, həm ata, həm dost olub. Həmişə deyirəm, çox şükür ki, belə atanın, belə ananın övladıyam. Ona görə də insanlara, vətənimə, torpağıma, sənətimə hörmətim böyükdür.

- İndi siz özünüz də anasınız. Qızınızı hansı sahədə görmək istərdiniz?
- Qızım Gülərlə dostam. Seçimi öz öhdəsinə buraxmışam. Təbii ki, bizim sənət çox çətin sənətdir. Bir əsəri təqdim etməkdən ötrü 5-6 ay məşq eləyirik. Teatr sənəti incəsənət aləmində ən çətin sənətdir. Burada fonoqrama yoxdur. Səhnəyə çıxırsan və obrazın taleyini yaşayırsan. Məleykə yox, Gültəkin, Kleopatra və s. olursan. Mən bu sənətə ürəyimin döyüntülərini, canımı, varlığımı qoymuşam.
Qızımın səsi gözəldir, istedadı var. “British School”da ingilis dilində təhsil alır. 9-cu sinifdə oxuyur. İspan, alman dillərini öyrənir. 13 yaşı var. Onun kim olacağını həyat göstərər. Nə olur-olsun, işinin peşəkarı, savadlı olsun...
- Yenə də seriallara dəvət alırsınızmı?
- Mən qız böyüdürəm. Bütün işlərimi bölmüşəm. Ev, teatr... Çatdırmaq çətindir. Digər tərəfdən, seriala çəkilsəm, özümü görməliyəm. Mən heç vaxt efirdə görünmək xatirinə görünmürəm. Özümü hansısa serialda tapsam belə, orda ssenari, aktyor truppası, rejissor güclü olmalıdır. Nə vaxtsa xoşuma gələn obraz, mənim istədiklərim olsa, Allah qoysa çəkiləcəyəm.
- Mütaliə ilə aranız necədir?
- Mənim sənətim özü mütaliədir. Hər hansı əsər verirlərsə, onu oxuyuruq. Rolu oynamasaq da, yenə mütaliədir. Mən Bəxtiyar Vahabzadənin şeirlərini çox sevirəm. Hansı şeirləri oxusam da, yenə axırda Bəxtiyar müəlimin şeirlərinə müraciət edirəm.
- Bu qədər iş-gücün arasında sağlamlığınızın qayğısına qala bilirsiniz?
- Mən həmişə deyirəm ki, insan özünü tez-tez yoxlatdırmalıdır. Çox şükür təzə yoxlanmışam. Allahın izni ilə sağlamam.
Qəti pəhriz saxlamıram. Yeyirəm. Amma aktrisayam, səhnədəyəm, formamı saxlamalıyam. Çox çörək, yağ yemirəm. İdmanla, aerobika ilə məşğul oluram. Çünki tamaşaçılar qarşısındayam. Formama, danışığıma fikir verməklə tamaşaçılara hörmətimi təcəssüm etdirirəm.
- Gözəlliyinizi gözügötürməyənlər də var...
- Buna təbii baxıram. Mən Allahıma bağlı insanam. Hər gün evimdən dualar oxuyub çıxıram. Allaha dua eləyirəm ki, balamı mənə, məni balama çox görməsin. Bir də məni özümdən başqa heç kimə möhtac eləməsin. Gözəllik gedəridir. Amma iç dünyanı nə qədər təmiz saxlasan, dostunun gözəl gününə sevinsən, Allahı sevsən, O, sənin gözündən, üzündən nuru aparmayacaq. Biz qocalacağıq, gözəllik gedəcək. Amma nurumuzu Allah aparmasın. Gözəl Allahım bilir ki, mən təkcə burun əməliyyatı elətdirmişəm. Üzümdə olan gözəllik mənim daxili dünyamın gözəlliyidir. İnsan birinə pislik arzulayırsa, necə gözəl görünə bilər? Mən dedi-qodulardan uzağam. Kim nə danışır danışsın, oxumuram, cavab vermirəm. Mən sənətimlə məşğulam. Öz balaca dünyam var. Bu dünyada sənətim, övladım, Allahım var. Qızıma, insanlara, torpağıma dua eləyə-eləyə yaşayıram. Otuz ildir Azərbaycan səhnəsindəyəm. Öz işimlə, həyatımla məşğul olmuşam. Başqalarının həyatına müdaxilə eləməmişəm. Dedi-qodulardan qaçmışam...

“Qadın kimi tam xoşbəxt ola bilmədim...”
- Bildiyim qədər, siyasətlə də məşğulsunuz...
- Mən illərdir ki, Yeni Azərbaycan Partiyasının Akademik Milli Dram Teatrındakı təşkilatının sədriyəm. Vətənimi, torpağımı, xalqımı çox sevirəm. Prezidentə, xanımına çox böyük hörmətim var. Mən ulu öndərimizə bütün canımla, qəlbimlə bağlı olmuşam. Hələ azadlıq hərəkatı illərindən görmüşəm ki, ailəmizdə Heydər Əliyevə çox böyük hörmətlə yanaşıblar. Mən 1989-cu ildə sənətə gələndə o illər başqa hakimiyyətin dövrü idi. Deyirdim ki, Azərbaycanı Heydər Əliyev, onun siyasəti xilas edəcək. 1993-cü ildə də bu reallaşdı. Azərbaycanın başının üstünü qara buludlar almışdı. Heydər Əliyev bir Günəş kimi doğdu, xalqı qardaş qırğınından qurtardı. Heydər Əliyev olmasaydı, Azərbaycan xırda xanlıqlara parçalana bilərdi. Ona görə də Heydər Əliyevin ruhuna həmişə dua edirəm.
Bu gün də Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyev Azərbaycanımızı dünyaya tanıtdırır, sevdirir. Allahım İlham Əliyevi və ailəsini qorusun!
- Özünüzü xoşbəxt sayırsınızmı?
- Xoşbəxtlik anlarla olur. İnsan tam mənada xoşbəxt ola bilməz. Mən sənətdə özümü xoşbəxt sayıram. Gözəl anayam. Həm də qızıma atayam. Amma qadın kimi tam mənada xoşbəxt ola bilmədim. Allah məni yaratdı kişi kimi çarpışmaqdan ötrü, səhnə üçün. Buna da milyon dəfə şükürlər olsun...
- Ailə həyatı qurmaq barədə heç düşünmürsünüz?
- Qətiyyən istəmirəm. Çünki mən qız övladı böyüdürəm. Qızım da bunu istəməz. Allah can sağlığı versin, qoy, qızımı böyüdüm. O, xoşbəxt olsun.
- Bu il də Prezident mükafatına layiq görüldünüz...
- 2002-ci ildən aldığım bu mükafat zəhmətimin bəhrəsidir. Akademik Milli Dram Teatrında çox önəmli, məsuliyyətli və çətin obrazlara imza atan aktrisalardan biriyəm. Oynadığım obrazların səksən faizi klassik obrazlardır. Klassik obrazları da oynamaqdan ötrü çox böyük istedada və çox böyük gücə malik olmalısan. Bu, böyük məsuliyyət və istedad tələb edir. Azərbaycan səhnəsində çox böyük obrazlar yaratmışam. Allahıma şükür eləyirəm ki, bu istedadı, bu şansı mənə verib. Çox aktyorların, aktrisaların arzusunda olduğu obrazlar mənə qismət olub. Mən Azərbaycan səhnəsində Cəfər Cabbarlının “Gültəkin”ini iki dəfə, Kleopatranı, Şirini, “Qadın məhəbbəti” tamaşasında kraliça Mariya Tüdoru oynamışam. “Yusif və Züleyxa” heç vaxt Azərbaycan səhnəsində tamaşaya qoyulmamışdı. Mən Züleyxanı Azərbaycan səhnəsində oynayan ilk aktrisayam. Hətta Çexov festivalında -Moskvada “Kral Lir”də Kordeliyanı oynamışam. Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Selcanı, Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada İlkcanı oynadım.
Və s...
Musiqili Komediya Teatrı da məni dəvət etmişdi. Mən sərhəd qoymuram. Aktrisa komediya da oynayar, dramatik rollar da. Qoqolun “Evlənmə” tamaşasında Aqafya Tixonovnanı oynamışam. Bu tamaşa Mədəniyyət Nazirliyi tərəfindən “Zirvə” mükafatına, “İlin tamaşası” adına layiq görülüb. Hazırda Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasında indiyə qədər oynadığım rollardan tam fərqli bir rol oynayıram. Öz istedadıma çox bələdəm.
Oynadığım hər bir obraz uğur qazanıb. İlyas Əfəndiyevin “Mənim günahım” əsərində də Nurcahan rolunu oynayıram. Hazırda səhnədə gedən tamaşalarıma tamaşaçılar gəlib dəfələrlə baxır. Bölgələrdən, xarici ölkələrdən də tamaşaçılar məhz adıma görə gəlib baxırlar. Aktrisa üçün tamaşaçı alqışı, tamaşaçı çiçəkləri ən böyük mükafatdır.
Hazırda teatrda vəziyyət çox gözəldir. Gözəl tamaşalarımız gedir. Azərpaşa müəllimdən çox razıyıq. O, teatr aktyorlarını duyandı, biləndi. Çox gözəl rejissordu. Azər müəllimin imzası olan tamaşalar həmişə uğur qazanıb. Biz direktorumuzdan, rejissorumuzdan çox-çox razıyıq. Kollektivdə də hər kəsdən razıyam.
Namiq Məmmədli
Baxış sayı: 1 534
Bölməyə aid digər xəbərlər

Məleykə Əsədova: “Allah məni kişi kimi çarpışmaq üçün yaradıb”

2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"