19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
20:28 / 29-10-2026
Polis neft çirklənməsi səbəbindən turistləri dənizdən təxliyə edir
20:25 / 29-10-2026
66 yaşlı qadın vəhşicəsinə saxlanıldıqdan sonra öldü
20:21 / 29-10-2026
15 milyon rubl ödəməyi əmr etdi
20:12 / 29-10-2026
ABŞ-dan olan bir köhnə mömin rahib Krasnoyarsk diyarında nərə balığı tutduğuna görə həbs edilib
20:04 / 29-10-2026
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
19:44 / 29-10-2026
TASS: Bir avtomobilin altında partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib Stavropolda bir avtomobilin altında partlayıcı qurğu zərərsizləşdirilib
19:41 / 29-10-2026
Netanyahunun partiyası səslərin 97,3%-i sayıldıqdan sonra liderliyini qoruyub saxlayır
10:16 / 29-10-2026
Rosatom ABŞ ilə bir sıra əməkdaşlıq sahələrini müzakirə etdiyini açıqladı
10:13 / 29-10-2026
Braziliya Bolsonaronun açıqlamalarının Lula da Silvanın hakimiyyətini təhdid etmədiyini bildirir
10:08 / 29-10-2026
Media: ABŞ nüvə obyektində laboratoriya yanğınında bir nəfər xəsarət alıb
10:05 / 29-10-2026
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
10:01 / 29-10-2026
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
09:58 / 29-10-2026
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
09:54 / 29-10-2026
ABŞ-a "Halloween" konfetlərində fentanil ehtimalını yoxlamaq tövsiyə olunur
09:50 / 29-10-2026
Cənubi Koreya KXDR-dən təxminən on raket atışını qeydə alıb
09:28 / 29-10-2026
Hollandiyalı bir kişi pişiyi ilə görüşmək üçün məhkəmədən icazə istədi
20:53 / 28-10-2026
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
20:40 / 28-10-2026
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
20:35 / 28-10-2026
Gənc oğlan 18-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb
20:32 / 28-10-2026
Yoqa dərsindən sonra insult keçirib
20:28 / 28-10-2026
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
20:23 / 28-10-2026
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
20:05 / 28-10-2026
Britaniya Ukraynaya əlavə 10 milyard avro yardım edəcəyini açıqladı
20:01 / 28-10-2026
Artemi Lebedevin Kiyevdəki mənzili 8,01 milyon qrivnaya satıldı
19:51 / 28-10-2026
Daşınmaz əmlak agentliyinin sahibi yeniyetməni xilas edərkən öldü
19:49 / 28-10-2026
ABŞ hərbi təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra göyərtədə fəlakət siqnalı çaldı
16:41 / 28-10-2026
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
16:36 / 28-10-2026
İspaniyada qatar toqquşmasında ən azı 50 nəfər ölüb
16:33 / 28-10-2026
Xarici İşlər Nazirliyi Putin, Tramp və Si Cinpin arasında sammitin keçirilməsi ilə bağlı hələlik təsdiqlənmədiyini bildirib
16:31 / 28-10-2026
"Real Madrid" Mbappe qalmaqalından sonra Çin xalqından üzr istədi
16:23 / 28-10-2026
Rusiya, ABŞ və Çin liderlərinin noyabr görüşü Zelenskini narahat etdi
16:20 / 28-10-2026
ABŞ ilə birgə kosmik layihələrin davam etdirilməsini xatırlatdı
“Yol boyu insanlar mənə pul təklif edirdilər” - Video
Tarix: 29-05-2021 15:40 | Bölmə: Müsahibə
Dünyanın 10-a yaxın ölkəsini velosipedlə səyahət edən, uşaqlar üçün “Məhəllə kitabxanası” və digər maraqlı layihələri ilə tanınan gənc fəal Ağa Mehdi həm də Vətən müharibəsi iştirakçısıdır. Sülh tərəfdarı olsa da, torpaqlarımızın işğalı, xalqımızın haqq mübarizəsi onu da ön cəbhəyə aparıb çıxarıb.
“Qafqazinfo” onunla həmsöhbət olub, müharibədə iştirakı, layihələri, səyahətləri ilə bağlı fikirlərini dinləyib.
- Niyə qarşınıza hədəf kimi məhz səyahətin bu növünü qoydunuz?
- Dünyaya səyahət hər şeydən əvvəl dünyanı olduğu kimi tanımağa kömək edir. Kütləvi İnformasiya Vasitələrinə müraciət etmədən millətləri, ölkələri görə bilirik, insanlarla ünsiyyətdə ola və faydalı məlumatlar əldə edə bilirik. Biz öz ölkəmizin təmsilçisiyik, səyahət edəndə həm də bizim xalqımızın xeyli gözəl xüsusiyyətlərini insanlarla bölüşürük. Səyahət həm də insanın gələcəkdə biznes ideyalarının reallaşdırılması üçün, yeni dostluq əlaqələrinin formalaşması üçün vasitədir.
- Səyahətə nə vaxt başladınız, hansı ölkələrdə oldunuz?
- Səyahətim 2019-cu il noyabrın 29-u Estoniyanın Tallin şəhərindən başlanıb. 72 gün ərzində Estoniya, Latviya, Litva, Rusiyanın Kalininqrad şəhəri, Polşa, Almaniya, İsveçrə, Fransa, İspaniyaya səyahət etmişəm. Əsas hədəfim dünyada olan ekoloji problemlər, ətraf-mühitin çirkləndirilməsinə etiraz və mövqeyimi bildirmək idi. Səyahətə başlayanda deyirdilər ki, sən nəyi dəyişə bilərsən ki?! Mən öz ölkəm adına, öz üzərimə düşəni etməyə çalışdım. Olduqca maraqlı səfər idi. Amma çətinliklər həddindən artıq çox idi. Həmin vaxt günorta saatlarında hava qapqaranlıq olurdu. Yolun sağında, solunda müxtəlif hissələrdə vəhşi heyvanlara rast gəlmək olardı, hər an səyyahı maşın vura bilər. Elə yerlər var ki, velosopedi qaldırmaq olmur, o zaman piyada gedirdim. Səfərin müsbət məqamları həddindən artıq çox idi. Məsələn, avropalıların mənə münasibəti çox yaxşı idi, mənə yaxınları kimi baxırdılar, öz evlərinə qonaq edirdilər. Çünki Avropada ətraf mühitin çirkləndirilməsi mövzusu onlarda diqqətdə saxlanılır.
.jpg)
İsveçrədə Helen adlı müəllimlə rastlaşdım. Məni məktəbdə ekoloji problemlərlə bağlı uşaqların qarşısında çıxış etməyə dəvət etdi. 3 fərqli sinifdə çıxış elədim. Bir var onlara nəzəri olaraq nəsə danışılsın, bir də var ki, torpağın, tozun içərisində, meşələri keçərək gələn insanın təəsüratlarını dinləsinlər. Bunu sanki mənim zəhmətimə, yoldakı əziyyətlərimə Allahın verdiyi dəyər kimi qiymətləndirirəm. Mənim əsas strategiyam həm də ondan ibarət idi ki, insanlar heç olmasa, ayda bir gün avtomobildən istifadə etməsinlər. İstəyirdim belə bir çağırış olsun və bütün dünyada insanlar buna qoşulsunlar.
- 72 günlük səyahət düşüncələrinizdə nəyi dəyişdi?
- Səyahət məndə müsbət dəyişikliklər etdi. Müşahidə və qənaətlərimlə əmin oldum ki, əksər millətlər gözəldirlər, pakdırlar, yaxşılığa, vəhdətə meyllidirlər. Amma nə qədər dünya qlobal olsa da, insanlar bir-birindən uzaq düşüblər. Həm Qərbin, həm də Şərqin öz müsibətləri var və bu prosesə körpü olmaq lazımdır. Məndəki ən böyük dəyişiklik o idi ki, bütün insanlarla çalışıb işləmək olar. Bunun üçün qəlb, düşüncə böyüklüyü və yaxşı niyyət olmalıdır.
- Yəqin müşahidə etmisiniz ki, əksər Avropa ölkələrində yaşından asılı olmayaraq insanlar velosipeddən istifadə edirlər. 5-10 il sonra Azərbaycanda da belə persektiv gözlənilirmi? Bizdə velosipedin kütləvi nəqliyyat vasitəsi olmasına mane olan nədir?
.jpg)
- Həyatda nəyinsə baş verməsi ilk öncə təsəvvürlərdə baş verməlidir. Məsələn, bizdə təsəvvürlərdə velosipedə kefdən sürülən vasitə, ən yaxşı halda idman vasitəsi kimi baxılır. Kimsə velosiped sürürsə, onun haqqında düşüncə belədir ki, yəqin pulu var və ya özünə baxır. Bu cür təsəvvürdən nəsə çıxarmaq olarmı? Əlbəttə yox. Əvvəlcə velosiped bir məsafədən başqa məsafəyə rahatlıqla gedilə bilən nəqliyyat vasitəsi kimi qəbul olunmalıdır. İkinci iş, çatdırılma vasitəsi kimi istifadə oluna bilər. Bu, onun biznes tərəfidir. Həm də sağlamlıq tərəfi var, velosiped ekoloji cəhətdən faydalıdır. Problemin kökü bundadır və maariflənmə aparılmalıdır. Cəmiyyət bunu dərk etməklə yanaşı, həm də bununla bağlı nəqliyyat infrastrukturu yaradılmalıdır.
- Qeyd etdiniz ki, səyahətiniz maraqlı olsa da, həm də kifayət qədər əziyyətli olub. Qarşılaşdığınız hansı maraqlı hadisələr olub?
- Səfərimin 3-cü günü Estoniyada bir ailədə qonaq olacaqdım. Soyuq idi, yollar qaranlıq, yüküm də çox, ora çatanda artıq donmuşdum. Ürəyimdə narahatlıq var idi, fikirləşirdim ki, hansı ailəyə getdiyimi, məni orada nəyin gözlədiyini dəqiq bilmirəm. Məni Jan adlı eston qarşıladı. Əlində mənə isti su gətimişdi ki, içim. Onun bu hərəkəti mənə çox təsir elədi, sanki soyuq havada qəlbimi isitdi. Janın ailəsi də məni çox yaxşı qarşıladı. Nənəsi mənə corab toxudu. İki gün qaldım və gedəndə mənə meyvə qurusu qoydular ki, birdən yeməyim olmasa meyvələrlə dolanım. Çantama balaca odunlar doğrayıb qoydular. Çünki bilirdilər ki, ora soyuq yerdir və çətin vəziyyətə düşsəm yandırım. Ən böyük arzularımdandır ki, həmin ailələri yenidən gedib görüm.
Latviyanın sərhədinin yaxınlığında əksər hostellər bağlı idi, bir hostelə zəng etdim. Danışdığım şəxs bildirdi ki, hosteldə başqa qalan olmadığına görə istiliyi qoşmaq sərf eləmir. Razılaşdım ki, eybi yox, soyuq da olsa qalaram. Çatanda zəng elədi ki, mən qonşumla danışmışam, bu gecəlik qonşumun evində qalarsan. Görün necə insanlar var...
.jpg)
Yol boyu insanlar məni çox xoş qarşılayırdılar, hətta pul təklif edirdilər. Mən isə götürmürdüm, çünki əvvəlcədən elan edib kart hesabı açsaydım alardım, amma belə vəziyyətdə Azərbaycan adına görə istəmirdim.
- Səyahət etdiyiniz ölkələrdə Azərbaycanı tanıyırdılar?
- Adətən qarşılaşdıqları ilk azərbaycanlı olurdum. Bir az təəccüb edirdilər ki, Azərbaycan insanı ekoloji problemlərə diqqəti yönəltmək istəyir. Hər insan, xüsusən də Avropanın mərkəzində olmayanlar bunu fikirləşmirlər.
- Siz həm də Vətən müharibəsi qazisisiniz. Sülh tərəfdarı olan insanın müharibədə iştirakı da maraqlıdır.
- Hadisələr elə gətirdi ki, İkinci Qarabağ müharibəsində iştirak etməli oldum. Mənim üçün bir qədər çətin idi, çünki son 3 ildə həyatım səfərlərdə, biznes mühitlərində keçib. Həm də təbiət etibarilə sülhü sevən insanam. Amma düzünü deyim ki, Azərbaycan ərazi işğal etsə, mən o prosesdən imtina edərəm və müharibəyə getmərəm. Amma bizim davamız haqq davası idi. Bizim ərazimizi işğal ediblər, qadınlarımıza təcavüz ediblər, uşaqlarımızı öldürüblər. Həm də bu dəfələrlə baş verib. Biz xaricə gedəndə də çətin idi, məğlub ölkənin vətəndaşı idik. Əgər qarşı tərəf sənə davamlı hücum edibsə, onun cavabını verməlisən. Doğrudur, mənə bir qədər çətin idi, amma mən nizam-intizamlı olmağa, mənə tapşırılanları etməyə çalışırdım. Avropalının pişiyinə “kiş” desəniz və ya evinə icazəsiz gəlsəniz, adamı məhkəmlərdə süründürər. Dünya ictimaiyyəti bizim problemimizə reaksiya vermirdisə, biz bunu etməli idik.
.jpg)
- Sizin “Məhəllə kitabxanası” layihəniz var. Bu layihənin məqsədi nə idi, faydası oldumu?
- Əsas fəlsəfəsi ondan ibarətdir ki, məhəllədə, qonşuluqda olan uşaqların mütaliəyə keçidi bir qədər asanlaşdırılsın. Bu 6-10 qonşuluğu əhatə edən kitabxanadır. Uşağın dünyagörüşü onun gördükləri əsasında formalaşır. Belə bir deyim var, biz nə yeyiriksə, ona çevrilirik, eyni zamanda nə görürüksə, nə oxuyuruqsa, ona da çevrilirik. Mən istəyirəm ki, uşaqlar yerdən şpris götürməsinlər, kitab görsünlər. Bilirik ki, narkomaniya ölkəmizdə genişlənir. Kitabxanalar oxumasalar belə uşaqların fikirlərini fərqli istiqamətə yönəldə, faydalı ola bilər.
.jpg)
Mayın 20-də ikinci “Məhəllə kitabxanası” layihəsini dostumla Xınalıqda etdim. Müxtəlif, o cümlədən, dünya ədəbiyyatına dair kitabları həmin kitabxanada topladıq. Onlar uşaqların formlaşmasında müsbət təsir edəcək. Xınalıq kitabxanası məhəllə funksiyasından daha genişdir. Biz bilirik ki, Xınalıq turistik zonadır. Ora gələn turistlər insanları bir qədər fərqli baxımdan tanıya biləcəklər. Qoy görsünlər ki, uşaqlar, qızlar oxuyurlar və özlərini inkişaf etdirməyə çalışırlar.
Məhəlləmizdə kitabxananın yaradılmasından sonra qonşuluqdakı uşaqların nənə-babaları deyirlər ki, əvvəl oxumayan uşaqlar da indi kitabla maraqlanırlar. Bu layihələrin hamısı mənim öz vəsaitimlə maliyyələşir. Mən işləyirəm, təlimlər keçirəm, pulumu yığıram, siqaret çəkmirəm, içki içmirəm və bu cür layihələr həyata keçirirəm.
.jpg)
- Məhəllənizdə şəhidlərin rəsmlərini gördük. Onları da özünüz çəkmisiniz?
- Məhəllədəki rəsmlərin ideya müəllifi mənəm. Şəhidlərimiz - Polad Həşimov, Raquf Orucov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov və Hüseyn adlı gəncdir. Həmin rəsmləri çəkən gənc rəssam Elnur Şirinovdur. Biz qonşudan icazə aldıq, həmin divarı təmir elədik. Şəhid Mübariz İbrahimova çatanda mən özüm müharibəyə yollandım. Davamını isə sonradan çəkdik. Ümumiyyətlə, orada rəsmi çəkilən şəhidlərin heç biri təsadüf deyil. Onların mənim üçün simvolik mənaları da var. Bu layihəmiz də maraqla qarşılandı. Hələ də gənclər, ailələr gəlib orada şəkil çəkdirirlər. Mən istəyirəm ki, uşaqlar kitabxana görsünlər, şəhidlərin şəkillərini görsünlər. Bayaq qeyd etdiyim kimi insan həm də gördükləridir.
Baxış sayı: 964
Bölməyə aid digər xəbərlər

20-10-2026, 13:08
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ