21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
Xələf Xələfov: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır" - MÜSAHİBƏ
Tarix: 14-08-2018 21:47 | Bölmə: Müsahibə
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışıb və sənədin əsas müddəalarını şərh edib.
"Report" həmin müsahibəni təqdim edir:
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Onu da əlavə edim ki, bu Konvensiyanın imzalanması BMT-nin Baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib.
- Azərbaycanın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan uzunmüddətli və müxtəlif səviyyəli danışıqlara və onların nəticələrinə töhfəsi nələrdən ibarət olub?
- Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi və 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən dənizinin statusunun razılaşdırılmasına yönəlmiş qətiyyətli addımlar atılmağa başlandı. Azərbaycan tərəfi bu proses üzrə danışıqların başlanmasından etibarən həm xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Xüsusi İşçi Qrupunun iclaslarında, həm xarici işlər nazirlərinin görüşlərində, həm də dövlət başçıları səviyyəsindəki Zirvə toplantılarında fəal və konstruktiv şəkildə iştirak edib.
Qeyd olunmalıdır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər.
Ümumilikdə, Konvensiyanın razılaşdırılması Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Xəzəryanı dövlətlərinin ortaq rəyi budur ki, Xəzər bizi ayıran deyil, birləşdirən məkandır və sərvətdir. Belə ki, sözügedən sənəd hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir.
Konvensiyanın müddəaları faktiki olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tətbiq ediləcək.
- Konvensiyada Xəzər dənizi regionunun təhlükəsizliyinin və sabitliyinin qorunması baxımından sahilyanı dövlətlər arasında etimad tədbirləri ilə əlaqədar hansı məsələlər öz əksini tapıb?
- Qeyd edilməlidir ki, sahilyanı dövlətlər üçün Xəzər dənizində təhlükəsizlik və sabitliyin qorunub saxlanması məsələsi hər zaman böyük əhəmiyyət kəsb edib. Belə ki, Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bərabərliyi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılır. Burada Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, güc işlətməmək və güc işlətməklə hədələməmək, hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi kimi prinsiplər əks olunub. Bununla əlaqədar olaraq, Aktauda baş tutmuş Zirvə toplantısı çərçivəsində dövlət başçıları tərəfindən Xəzər dənizində etimad tədbirlərinin işlənib hazırlanması ilə bağlı razılıq əldə edilib. Etimad quruculuğu tədbirlərinin əsas xəttini hərbi quruculuq sahəsində şəffaflıq, məlumat mübadiləsi və rasionallıq kimi meyarlar təşkil edir.
- Sənəddə Xəzər dənizinin ətraf mühitinin, eləcə də onun bioloji resurslarının qorunub saxlanmasına yönəlmiş hansı fundamental prinsip və normalar əksini tapıb?
- Artıq uzun müddətdir ki, sahilyanı ölkələr Xəzər dənizinin ətraf mühitinin və bioloji resurslarının qorunması sahəsində əməkdaşlıq edirlər. Bu xüsusda, Xəzərin dəniz ətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun protokolları, Su bioloji resursların mühafizəsi və səmərəli istifadəsi haqqında Sazişi, habelə Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokolu qeyd edə bilərik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsasında da tərəflər öz üzərilərinə dənizin ətraf mühitinin qorunmasına dair öhdəlik götürür və onun çirkləndirilməsinə görə məsuliyyət daşıyırlar. Burada, həmçinin tərəflərin su bioloji resurslar üzrə birgə ehtiyatları və həmin ehtiyatların milli kvotalara bölünməsi barədə qaydalar nəzərdə tutulur.
- Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə nə kimi önəm verilir?
- Konvensiya əsasında tərəflər dənizdə beynəlxalq terrorçuluq və onun maliyyələşdirməsi, silah, narkotik vasitələrin qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, dənizlə miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlıq edirlər. Yeri gəlmişkən, diqqətə çatdırmaq istərdim ki, V Zirvə toplantısı çərçivəsində Xəzər dənizində insidentlərin qarşısının alınması, dənizdə terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd qurumlarının əməkdaşlığı, həmçinin nəqliyyat və ticari-iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən müqavilələr də imzalanıb. Bu, bütövlükdə Xəzəryanı dövlətlərin dənizdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə verdiyi önəmin göstəricisidir.
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası məqsədilə tərəflər arasında nə kimi mexanizmin təsis olunması nəzərdə tutulur?
- Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə dövlət başçıları tərəfindən Xarici İşlər nazirliklərinin himayəsi altında xarici işlər nazirlərinin müavinləri/xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri səviyyəsində beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi yaradılıb. Bu mexanizm Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək. Onu da qeyd etmək istərdim ki, müvafiq İşçi Qrupun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir.
İnanırıq ki, Konvensiya sahilyanı dövlətlər tərəfindən tezliklə ratifikasiya olunacaq.
Baxış sayı: 1 213
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə