21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
“Virtual Məktəb” çərçivəsində şagirdlərin, valideynlərin və müəllimlərin qarşılaşdıqları problemlər – MÜSAHİBƏ
Tarix: 21-09-2020 12:38 | Bölmə: Müsahibə
Baxış sayı: 708
Bölməyə aid digər xəbərlər
Tarix: 21-09-2020 12:38 | Bölmə: Müsahibə
Azərbaycan məktəblərində yeni tədris ilinin başlaması ilə “Virtual Məktəb” layihəsi yenidən distant və hibrid təhsilin ayrılmaz hissəsinə çevrilib. Platformanın yeni imkanları, istifadəçilərin qarşılaşdıqları problemlərlə bağlı Media.Az Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova ilə söhbət edib.
Onun sözlərinə görə, bu tədris ilində “Virtual Məktəb”dəki əsas yenilik məktəb administrasiyasının bütün onlayn sinifləri izləmə imkanının olmasındadır:
“Direktor və müavinlərin neçə müəllim və şagirdin qeydiyyata alındığı, onların nə qədər fəal olduqları, hansı müəllimin saat neçədə onlayn dərs keçdiyi, hansı əyani materiallardan istifadə olunduğu, evə nə tapşırıldığı, uşaqların hansı qiyməti aldığı barədə məlumat imkanı əldə ediblər. Bu, prosesi izləməyə və hesabatlar tərtib etməyə imkan verir. Direktor və müavinlər istənilən dərsə qoşulub tədrisin keyfiyyətini yoxlaya bilərlər. Hər şey real məktəbdə olduğu kimidir”.
Təhsil Nazirliyinin nümayəndəsi qeyd edib ki, ötən tədris ilində qeydiyyatdan keçmiş istifadəçilər platformaya əvvəlki istifadəçi adı və şifrəsi ilə daxil ola bilərlər:
“Ümumiyyətlə, “Virtual Məktəb” yeni tədris ilinə texniki cəhətdən tam hazırdır. Bizə ən çox müraciət olunan məsələyə gəldikdə, istifadəçilərin parollarını itirməsini qeyd edə bilərəm. Çox vaxt şagirdlər və onların valideynləri giriş şifrələrini unudurlar, istifadəçi adını xatırlamayanlara da rast gəlinib. Bunun üçün bir neçə yeni xüsusiyyət təqdim etdik. Yenidən dizayn edilmiş veb saytda həm təhsilalanlar, həm də müəllimlər üçün bir çox video təlimat var.
Məsələn, orada müəllimlər üçün təqvimlərin yaradılması, dərslərin tədrisi, kanalların yaradılması, ev tapşırığının yerləşdirilməsi, testlər, şagirdlərlə görüşlərin təşkili və parolun bərpasından bəhs edilir. Yəni, valideynlər ora daxil olaraq təlimatlara baxa, bundan sonra şifrəni müstəqil şəkildə özləri bərpa edə bilərlər.
Əlavə olaraq qeyd pəncərəsinin altında “Şifrənizi unutmusunuz?” düyməsi var. Bu düyməyə basaraq ya parolu bərpa etmək, ya da yenisini əldə etmək mümkündür. Bunun üçün qeydiyyat zamanı göstərilən elektron poçt ünvanı və mobil telefon nömrəsini daxil etmək lazımdır. Məsələ burasındadır ki, kod elektron poçta göndərilir, telefon isə təhlükəsizlik məqsədi ilə şəxsiyyəti təsdiqləmək üçün vacibdir.
Ancaq təəssüf ki, valideynlər hətta qeydiyyatdan keçərkən hansı elektron poçt ünvanından istifadə etdiklərini belə xatırlamırlar, bu da böyük problemlərə səbəb olur. Belə vəziyyətdə texniki dəstək işçiləri istifadəçinin profilinə daxil olmalı və qeydiyyatın elektron poçt ünvanını dəyişdirməlidirlər. Ona görə bu gün əsas problem şifrənin bərpasıdır”.
Departament rəhbərinin sözlərinə görə, şagirdlərin və ya müəllimlərin sistemdə yeni siniflərini görməməsi ilə bağlı da tez-tez müraciətlər olur.
“Bunun məntiqi izahı var. Daha əvvəl dediyim kimi, idarəetmə direktorların əlindədir. Yəni onlar siniflərə müəllimləri əlavə etməlidirlər, müəllimlər də şagirdlərin onları görə bilməsi üçün aktivləşdirməlidirlər. Bu iyerarxiya prosesidir: direktor müəllimə, müəllim isə şagirdə icazə verir. Yəni uşaqlar sinfi görmürlərsə, müəllimə, müəllim isə direktora müraciət etməlidir. İnsanlar bu mövzuda bizə müraciət etdikdə onları məktəbə yönləndiririk”.
O, həmçinin bu dərs ilində “Virtual Məktəb”lə bağlı sual, şikayət və təkliflər üçün “146-4” qısa nömrəli qaynar xəttin qurulduğunu da qeyd etdi:
“Bu “qaynar xətt” digər məsələlərlə bağlı nazirliyə müraciət edənlər üçün nəzərdə tutulmayıb, yəni növbədə yalnız “Virtual Məktəb”ə müraciət edənlər gözləyir. Bəzən video təlimatını izləmək istəməyən valideynlər əlaqə saxlayırlar, halbuki bəzi məsələlər onun köməyi ilə həll edilə bilər.
Bundan başqa saytda “Tez-tez verilən suallar” bölməsi var, burada maraqlandığınız suallara cavab ala bilərsiniz. Ancaq bir çoxu ən asan yolu – zəng etməyi seçir, bu da növbədə gözləmə müddətinin artmasına səbəb olur. 15 sentyabrdan bu yana valideynlərin və şagirdlərin zənglərini üç işçi cavablandırırdı, lakin tələb yüksək olduğundan onların sayını artırmaq məcburiyyətində qaldıq”.
“Virtual Məktəb” istifadəsinin məcburi olub-olmadığı və ya digər platformalar vasitəsilə onlayn dərs keçirməyin mümkünlüyü barədə suala F.Nəcəfova müsbət cavab verdi.
“Əlbəttə, bilirik ki, bəzi şagirdlər internet keyfiyyətsizliyi ilə üzləşirlər və ya onlar üçün bu, ümumiyyətlə əlçatan deyil, kompyuteri və ya smartfonu olmayan ailələr var, kompyuterdən istifadə edə bilməyənlər var, hansı ki, daha sadə ünsiyyət üsulunu seçirlər. Əsas məsələ mümkün olan bütün vasitələrlə, məsələn, “Zoom” və ya “WhatsApp” tətbiqetmələrindən istifadə edərək şagirdləri təlim prosesinə cəlb etməkdir.
Ancaq yenə də mümkün olduğu qədər “Virtual Məktəb”in istifadəsini təkidlə tövsiyə edirik. Axı şagird digər platformalardan istifadə edərkən bir sıra üstünlüklərdən məhrum olur. Məsələn, “Virtual Məktəb” çərçivəsində keçirilən müsabiqələrdə, yarışmalarda iştirak edə bilmir. Direktor onlayn dərsin keçirilib-keçirilmədiyinə, neçə şagirdin qoşulduğuna nəzarət edə bilmir. “Virtual Məktəb” şagirdlərin dərsi bir daha nəzərdən keçirə bilməsi üçün dərsi qeyd etməyə və saxlamağa imkan verir. Həmçinin, televiziya dərslərinə baxmaq, onlarla bağlı testlər etmək imkanı da var”.
F.Nəcəfovanın sözlərinə görə, müəllimləri və valideynləri bu prosesə cəlb etmək üçün İKT biliklərini təkmilləşdirmək və interaktiv vasitələrdən istifadəni öyrətmək üçün davamlı olaraq pulsuz təlimlər keçirilir.
“Hazırda “Virtual Məktəb”dəki istifadəçi sayı təxminən milyona (təqribən 900 000 şagird, 100 000 müəllim) çatıb. Qeydiyyat problemləri əsasən məktəbəqədər və birinci sinif şagirdləri ilə bağlı yaranır. Çünki onların siyahısı Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) bazasında hələ təsdiqlənməyib. Bu prosesin oktyabr ayının əvvəlində başa çatacağı gözlənilir”, - deyə Fidan Nəcəfova sözlərini yekunlaşdırıb.
Baxış sayı: 708
Bölməyə aid digər xəbərlər
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə













