20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Türkiyənin ABŞ-dakı səfiri: “Erməni təxribatlarına qarşı səssizlik onları daha da cəsarətləndirir” - MÜSAHİBƏ
Tarix: 30-08-2020 13:04 | Bölmə: Müsahibə
Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc Azvision.az -a eksklüziv müsahibə verib. Səfir müsahibəsində Ermənistanın Tovuz təxribatı, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumları, Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti və digər mühüm məsələlərlə bağlı sualları cavablandırıb.
Türkiyə səfiri ilə müsahibəni təqdim edirik:
- Cənab səfir, bu ilin iyul ayında Ermənistan ordusu Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat törətdi. Nəticədə 1 generalımız daxil olmaqla, 12 hərbçimiz şəhid oldu, bir mülki vətəndaşımız qətlə yetirildi. Məlum hadisələrə münasibətiniz necədir?
- Öncə sizin vasitənizlə dost və qardaş Azərbaycan xalqına sevgi və salamlarımı çatdırıram. Azərbaycanın Tovuz bölgəsində erməni hərbi birləşmələrinin həyata keçirdikləri hücumları bir daha pisləyir, hücum zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. 21 avqustda Azərbaycanın buradakı səfiri, əziz qardaşım və dostum Elin Süleymanovun və Azərbaycan səfirliyindəki həmkarlarımızın, Türkiyə və Azərbaycan diasporlarının iştirakı ilə Merilenddəki “Diyanet Center of America” məscidində şəhidlərimiz üçün Quran oxuduq, dua etdik. Ruhları şad olsun. Tovuz rayonundakı hadisələr Ermənistanın təcavüzkar millətçiliyini və bölgənin sabitliyini təhdid edən bir ölkə olduğunu aydın şəkildə göstərdi. Türkiyə olaraq, biz əvvəldən haqsızlığa uğrayan, əsgərləri şəhid olan Azərbaycanın yanında dayandıq, erməni təcavüzünü qətiyyətlə pislədik. Hörmətli Prezidentimiz, Xarici İşlər nazirimiz və Milli Müdafiə nazirimiz başda olmaqla, bütün səviyyələrdə verilən açıqlamalarla Can Azərbaycanın yanında olduğumuzu göstərdik.
-Ermənilərin hərbi təxribatından sonra bir çox Avropa ölkələrində, o cümlədən ABŞ-da azərbaycanlılar icazəli etiraz aksiyası keçirdilər. Ermənilər həmin aksiyalarda azərbaycanlılara hücum edib, onları vəhşicəsinə döydülər, ağır xəsarətlər yetirdilər. Sizcə, ermənilər niyə belə terror hərəkətlərinə əl atdılar?
- Bildiyiniz kimi, ermənilərin ASALA terror təşkilatı ilk hücumu əvvəllər işlədiyim Los-Ancelesdə edib. 1973-cü ilin yanvar ayında baş konsulumuz Mehmet Baydar və müavini Bahadır Dəmir erməni terrorçusu tərəfindən şəhid edilib. Buna görə ABŞ-da ermənilərin təcavüzü, Türkiyə və Azərbaycanı hədəf alan hərəkətlər yeni deyil, arxa plan, bir tarix var. Təəssüf ki, ABŞ və Avropadakı ermənilərin təcavüz və təxribatlarına qarşı səssizlik onları daha da cəsarətləndirməkdədir. İndi dinc nümayiş hüququndan istifadə edən vətəndaşlara, Türkiyə və Azərbaycanın diplomatik nümayəndələrinə, binalarına hücum edəcək qədər azğınlaşıblar. Əlbəttə, başqa bir məqam da “yavuz hırsız ev sahibini bastırır" dediyimiz, sizin də “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” dediyiniz şəklində bir vəziyyətdir. Ermənistan və erməni diasporu “soyqırım” iddialarının yalan olduğunu, Dağlıq Qarabağı beynəlxalq hüquqa zidd olaraq işğal etdiklərini, nəhayət, Tovuzdakı hücumlara təşəbbüs göstərən tərəfin özləri olduqlarını bilirlər. Daha çox qışqıraraq, insidentlər yaradaraq və günahsız vətəndaşlara hücum edərək bu haqsızlıqları və səhvləri ört-basdır etməyə çalışırlar.
- Yeri gəlmişkən, ABŞ polisi hadisəni araşdırır. Siz obyektiv araşdırma aparılıb, təcavüzçülərin cəzalanacağını gözləyirsinizmi?
- Təəssüf ki, bu mövzuda keçmiş təcrübələrimiz o qədər də müsbət deyil. Ümidimiz araşdırmaların obyektiv aparılması və günahkarların müəyyənləşdirilməsidir. Çünki gələcəkdə bu kimi hadisələrin təkrar baş verməməsi üçün cinayətkarlar cəzalandırılmalıdır. Digər tərəfdən, təkcə bu hücumları həyata keçirənlər deyil, nifrət mesajları yayan və sosial mediada təhdidlər dilə gətirənlər, ABŞ-da yaşayan türklərin və azərbaycanlıların ünvanlarının göndərilməsi üçün mükafat verənlər də tutulmalı və ən ağır şəkildə cəzalandırılmalıdır.
- Cənab səfir, Azərbaycan ve Türkiyə qardaş ölkələr olaraq bir-birinin yanındadırlar. Yəni, “bir millət, iki dövlət” yanaşması hər sahədə özünü göstərir. Amma təəssüf ki, diaspor sahəsində bunu deyə bilmərik. Məsələn, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumunu göstərə bilərik. Ermənilər türklərə və azərbaycanlılara qarşı eyni siyasət aparır. Bu mənada bir millətin bir diasporu olması üçün nə edilməlidir? ABŞ-da bu istiqamətdə hansı addımların atılması gözlənilir?
- Xüsusilə vurğulamaq istərdim ki, "bir millət, iki dövlət" şüarı sadəcə Türkiyədə və ya Azərbaycanda əks olunan, yalnız dövlət məmurlarında yaşanan bir hiss deyil. Dünyanın hər yerində, demək olar ki, hər bir türk və hər bir azərbaycanlı bu şüarı hiss edir, yaşayır və göstərir. Belə ki, azərbaycanlı qardaşlarımız hər il Vaşinqtondakı səfirliyimiz qarşısında ermənilərin təşkil etdiyi nümayişlər zamanı gəlib bizə dəstək olurlar. Eyni şəkildə, köməyə ehtiyac olduqda azərbaycanlı qardaşlarımızın yanına qaçırıq. Bu cür həmrəyliyin ən güclü şəkildə sərgiləndiyi zaman Ay-Ulduzlu bayraqlar yan-yana dalğalananda qürur və xoşbəxtliyimi sözlə ifadə etmək mənim üçün çətindir. Digər tərəfdən mən bunu yetərli görmürəm. ABŞ-da və birlikdə yaşadıqları bütün digər ölkələrdəki türk və Azərbaycan diasporlarının daha çox birlikdə olmaları, aralarındakı münasibətləri daha da gücləndirmələrinin vacibliyinə inanıram. Həm mən, həm də həmkarım və dostum Elin Süleymanov bu istiqamətdə əlimizdən gələni edir və etməyə davam edəcəyik. İnanıram ki, Amerikada yaşayan Türk və Azərbaycan toplumları bir-birilərinə dəstək olmaqla, əsl potensiallarını ortaya qoyaraq, Amerika toplumuna verəcəkləri töhfələr, Türkiyə-Amerika və Azərbaycan-Amerika əlaqələrinin gücləndirilməsində önəmli rol oynayacaq.
- Hazırda Amerikada yaşayan türklərin sayı nə qədərdir və diasporun imkanları yetərlidirmi?
- ABŞ-da 300 mindən çox vətəndaşımız yaşayır. Türk-Amerikan toplumu, Amerika Birləşmiş Ştatlarının dörd bir yanına yayılmış dərnək, birliklər və qeyri-hökumət təşkilatları ilə bir tərəfdən birlik və həmrəyliyi möhkəmləndirir, digər tərəfdən ABŞ və Türkiyə arasındakı əlaqələrin sosial-mədəni ölçüsünə əhəmiyyətli töhfələr verir.
- Son zamanlar Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması məsələsi yenidən gündəmə gəlib. Hazırda Türkiyənin həmsədr olması real görünürmü?
- Türkiyə qurulmasından bəri Minsk Qrupunun üzvüdür və işində fəal şəkildə iştirak edir. Təbii ki, gözləntimiz Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq və normalara uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsidir. Sevindirici haldır ki, Minsk Qrupu həmsədrləri Tovuz hücumundan sonra sürətlə irəlilədilər və vasitəçilik səylərinə başladılar. Digər tərəfdən, ABŞ başda olmaqla Minsk Qrupu həmsədrləri, ümumiyyətlə, beynəlxalq ictimaiyyət adil münasibət göstərərək böhrana səbəb olan və hücumu başladan tərəfə reaksiya verirlər. Tərəfsiz qalmaq və ya “zalımlara qarşı səssiz” görünmək, zalımları mükafatlandırmaq və qurbanı bir daha cəzalandırmaq deməkdir. Minsk Qrupunun yaranmasından bəri keçən 28 il ərzində işğalın hələ də davam etməsi və hər hansı bir ciddi irəliləyiş əldə edə bilməməsi narahatlıq doğurur.
- Azərbaycan-Türkiyə strateji müttəfiqliyindəki son inkişaflar, yəni qarşılıqlı səfərlər, qardaş ölkənin Azərbaycana çox güclü və açıq dəstəyi ABŞ-ın siyasi dairələrində necə qarşılandı? Nəzərə alsaq ki, ABŞ-ın yuxarı dairələrində, konqres və senatda güclü erməni lobbisi var...
- ABŞ-dakı erməni lobbisi ölkələrimiz haqqında qaralama kampaniyalarını bütün vasitələrlə davam etdirir. Türkiyə ilə Azərbaycan arasındakı güclü dostluq və qardaşlıq münasibətlərindən çox narahatdırlar. Bu, ölkələrimizə, liderlərimizə, diasporlara və diplomatik nümayəndəliklərə qarşı aqressiv münasibət göstərmələrin əsas səbəbidir.
Digər tərəfdən, həmişə ABŞ tərəfinə açıq şəkildə deyirik: Türkiyə olaraq Cənubi Qafqaz bölgəsi ilə bağlı baxışımız sülh, sabitlik və çiçəklənmənin təminatıdır. Bu, bölgədəki enerji qaynaqlarından və nəqliyyat xətlərindən bölgə xalqının rifahı üçün tam istifadə edilməsi üçün də lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstan birlikdə bu istiqamətdə əməkdaşlıq layihələri həyata keçirdi. Bu mərhələdə Amerikanın böyük töhfələri oldu. Digər tərəfdən, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaq və təcavüzkar münasibətini davam etdirməklə bundan kənarda qaldı. ABŞ və beynəlxalq ictimaiyyətdən gözləntimiz Ermənistanı beynəlxalq hüquqa tabe olan, qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət edən konstruktiv və güvənilən bir ölkə olmağa təşfiq etməsidir.
- Cənab səfir, ABŞ və Türkiyə münasibətləri barədə də fikirlərinizi bilmək maraqlı olardı. Bu münasibətləri necə dəyərləndirirsiniz və sizcə hansı problemlər mövcuddur?
- Türkiyə və ABŞ dost və müttəfiq ölkələrdir. Türk və amerikalı əsgərlər Koreya müharibəsindən bəri dünyanın müxtəlif yerlərində çiyin-çiyinə vuruşmuşlar, Balkanlardan Əfqanıstana qədər geniş bir coğrafiyada sülh və sabitliyin bərqərar olmasına və qorunmasına öz töhfələrini vermişlər. Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahibdir və Avro-Atlantik müdafiə memarlığının ən vacib sütunlarından biridir. İki ölkə arasındakı ticari-iqtisadi əlaqələr böyük potensiala malikdir. Türkiyə və ABŞ prezidentləri ikitərəfli ticarət həcminin 100 milyard dollara qədər artırılması barədə razılığa gəliblər və bu istiqamətdə araşdırmalara başlanılıb.
- Qardaş Türkiyənin Şərq Aralıq dənizindəki fəaliyyətləri ilə bağlı gərginlik yaşanmaqdadır. Bildiyimiz kimi, Azərbaycan Türkiyəyə tam dəstək verdi. Bu məsələdə Türkiyəyə qarşı təhdidin məqsədi nədir?
- Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Şərqi Aralıq dənizindəki məsələlər dialoq və danışıqlar yolu ilə həll olunmaqdadır. Ağıl və sağlam düşüncə üstünlük təşkil edərsə, “qazan-qazan” siyasəti əsasında bu formulu əldə etmək mümkündür. Türkiyə bölgədə əvvəldən vicdanla hərəkət edib və əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Belə ki, BMT-yə məlumat verdiyimiz qitə şelfimizin sərhədlərində 21 iyul 2020 tarixində elan edilmiş "Oruç Reis" tədqiqat gəmimizin fəaliyyəti Almaniya və Avropa İttifaqının xahişi ilə diplomatiyaya bir şans vermək və dialoq kanallarını canlandırmaq üçün dayandırılıb. Bununla yanaşı, bir xoşməramlı jestimiz cavabsız qalıb. Yunanıstanın dialoq mövzusunda səmimi və dürüst olmadığı, Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquq və maraqlarına hörmət etmək niyyətində olmadığı üzə çıxdı.
Dialoqa töhfə vermək naminə vicdanla səy göstərən üçüncü tərəflər üçün gözlənilməz mənfi addımın ardınca "Oruç Reis" gəmimizin fəaliyyəti 10 avqustdan etibarən yenidən bərpa edildi. Yunanıstanın iddialarının hüquqi əsası yoxdur və bu, beynəlxalq hüququn əsas prinsipi olan bərabərlik prinsipinə ziddir. Ölkəmiz göstərdiyi xoş niyyətlərin bir daha cavabsız qalmasına əsaslanaraq suveren hüquqlarından istifadə etməyə, qanuni hüquq və mənafelərinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirməyə tam qərarlıdır.
Baxış sayı: 1 700
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə