21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
Deputat: “Oğlumun əsgər olacağı günü səbrsizliklə gözləyirəm” - MÜSAHİBƏ
Tarix: 28-08-2020 18:38 | Bölmə: Müsahibə

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov Modern.az-a müsahibə verib.
- Ceyhun müəllim, hazırda parlament üzvləri məzuniyyətdədir. Payız sessiyasına o qədər də çox vaxt qalmayıb. Deputat olaraq hansısa qanun layihələri ilə bağlı təklifləriniz varmı?
- Bildiyiniz kimi, Elm və təhsil Komitəsinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüyəm. “Elm və təhsil haqqında” Qanunla bağlı bir sıra təkliflərim var. Həmçinin, distant təhsil sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində yeni təşəbbüs və təkliflərlə çıxış etməyi planlaşdırıram. “Dini etiqad azadlığı haqqında” Qanunla da bağlı təkliflərim var. Müzakirəyə çıxarılsa, yeni təkliflərlə çıxış edəcəm.
- Bəzən iddia olunur ki, deputatlar məzuniyyətə çıxan kimi seçicilərini unudur. Bu fikirlərlə razısızmı?
- Seçicilər hər zaman yadımızdadır. Demək olar ki, 18 saat işləyirik. Davamlı zənglər, məktublar gəlir. Əksinə, məzuniyyət vaxtı iclaslar olmadığından onlara daha çox vaxt ayırmaq imkanımız olur. Videoqəbullar keçirir, telefon əlaqələri yaradır, aidiyyəti qurumlara müraciətlər ünvanlayırıq.
- O zaman Ceyhun Məmmədov məzuniyyəti necə keçirir?
- Demək olar ki, məzuniyyət olmadı. Hələ də işlər çox olduğundan bu barədə düşünə bilmirik. Həll olunası bir çox məsələlər var. Əsas iş və insanlara faydalı olmaqdır. Çalışıb göstərilən etimadı doğrultmalıyıq.
- Deputat seçilməzdən öncə, İlahiyyat İnstitutunun rektoru idiz. İlahiyyat İnstitutunda əsasən dini təhsil dərindən öyrədilir. Bu gün institut din xadimi yetişdirə bilirmi?
- Bildiyiniz kimi, sovet dövründə dini təhsillə bağlı müəyyən məhdudiyyətlər vardı. Dini təhsilin tədrisinə geniş formada icazə verilmirdi. Azərbaycanda hansısa dini təhsil verən xüsusi ali məktəb də yox idi. Ona görə də müstəqilliyimizi qazanandan sonra o sahədə ciddi problemlər müşahidə etdik. Təbii bir boşluq vardı. Həmin dövrdə üzdə tanınmış din xadimləri yox idi.
- Müstəqilliyin ilk illərində gənclər dini təhsil almaq üçün digər müsəlman ölkələrinə üz tuturdular. Bu da ölkəmizdə fərqli dini təfəkkürün formalaşmasına gətirib çıxarırdı.
- Hesab edirəm ki, işlər müəyyənləşdirilən strategiya və plan üzrə getsə, institut qarşısına qoyulan hədəfə nail olacaq. Bu İnstitutun bölgənin aparıcı dini təhsil müəssisələrindən biri olması üçün böyük şansı var.
- Sovet imperiyası dağılandan sonra yas mərasimlərini idarə edən mollalar savadsız formada bu işi icra edirdilər. Hazırda savadlı mollalar yetişə bilirmi?
- Hesab edirəm ki, bu sahədə ildən-ilə vəziyyət daha da yaxşılaşır. 10-15 il bundan əvvəlki dövrü müşahidə edəndə xeyli savadlı din xadimlərimizin, mollaların olduğunu söyləmək olar. Əsasən yas mərasimlərimizi idarə edən mollalardan söhbət gedir. Bizi ən çox narahat edən məsələlərdən biri yas məclislərinin idarə olunması ilə bağlı idi. Bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişiklik var. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunlarının bu sahədə uğurlu fəaliyyətinin şahidi olacağıq.
- İlahiyyat İnstitutunda müəllim kimi fəaliyyətinizi davam etdirirsiz. Sizcə bu gün gənclər dini təhsil almaq üçün hansı ölkələrə üz tuturlar?
- Hər bir müsəlman ölkəsi çalışır ki, özünün ideoloji dini təhsil sistemini qursun. Xaricdə təhsilin həm müsbət, həm də mənfi tərəfləri var. Xaricdə təhsil alanlar içərisində vətənə bağlı, milli ruhda olan vətəndaşlarımız da var. Ancaq təəssüflə qeyd etməliyik xaricdə təhsil alanlar arasında bir sıra hallarda zərərli təsirlərə də məruz qalanlar olur. Düşünürəm ki, din həm də təhlükəsizlik məsələsidir.
Hazırda Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərdiyinə görə tələbələrimiz din təhsilini əsasən burada alırlar. Bununla yanaşı, müəyyən dövrlərdə xaricə də gedənlər olub. Bu ölkələr sırasına İran İslam Respublikası, Türkiyə, bir sıra ərəb ölkələri daxildir.
Onu da qeyd edim ki, əvvəlki illərə nisbətdə xaricdə dini təhsil almağa gedənlər azdır. Burada əsas məsələ odur ki, axının qarşısını ala bildik. Artıq dini təhsil verən ali təhsil müəssisəsi var. Azərbaycan İlahiyyat İnstitutunda təhsil fərqlidir. Burada tələbələr əsasən 2 - dinşünaslıq və islamşünaslıq istiqamətində təhsil alırlar. Tələbələrimiz gəlib orada ödənişsiz təhsil ala bilirlər.
- İlahiyyat İnstitutunda təhsil alan tələbələr iş yeri kimi harda çalışırlar?
- Cəmiyyətdə belə fikir var ki, Azərbaycan İlahiyyat İnstitutunu bitirənlər ancaq din xadimi kimi fəaliyyət göstərəcəklər. Bu heç də belə deyil. Həm din xadimi, həm dövlət məmuru, həm də müəllim kimi yetişə bilirlər. Bu müəssisənin yaradılmasında məqsəd budur ki, bizim dövlət qurumları üçün din sahəsini bilən mütəxəssislərimiz hazırlansın.
- Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüsüz. Komitənin bu istiqamətdə fəaliyyəti əsasən nədən ibarətdir?
- Dövlətin din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin və ictimai birliklərin fəaliyyətinin tənzimlənməsi sahəsində Qanunvericilik aktlarının hazırlanması, aidiyyəti qurumlardan daxil olan bu istiqamətdə qanunvericilik aktlarına rəy verilməsi, müzakirələrdə iştirak və təkliflərin verilməsi komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
- Ceyhun müəllim, YAP tərəfindən deputatlığa namizədliyiniz irəli sürüləndə yəqin ki, sizin üçün gözlənilməz olmuşdu. Nə vaxtsa deputat olmağı hədəf kimi qarşısınıza qoymuşdunuz?
- Konkret olaraq deputat olmaq məqsəd və hədəfim olmayıb. Hər zaman harada işləməyimdən asılı olmayaraq həmişə etimadı doğrultmağa və cəmiyyət üçün faydalı olmağa çalışmışam. Həmişə hədəf və məqsədim bu olub. Namizədliyim irəli sürüləndə bunu fəaliyyətimə verilən böyük qiymət kimi qəbul etdim. Bu, Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən mənə göstərilən böyük etimad idi.
- Bilirsiz ki, parlamentdə deputat kimi təmsil olunmaq həm də məsuliyyətdir. Hər şeydən öncə seçicilərin problemləri öndə dayanır.
- Əgər İlahiyyat İnstitutunda daha çox tələbələrlə işləyirdiksə, parlamentdə böyük kütlə ilə işləmək missiyası var. Həmişə vəzifəyə bir xidmət kimi baxmışam. Əgər bu vəzifə sənə həvalə olunursa, orada uğurlu və məsuliyyətli xidmət göstərmək çox önəmlidir.
- Deputatlığa namizədliyinizi ailəniz necə qarşıladı?
- Düzdü, belə məsələlərdə seçimi mənim ixtiyarıma buraxıblar. Ancaq zaman-zaman atamın və ailəmin də müəyyən fikirləri olur. Təbii ki, ailəm məni dəstəklədi. Rektorluqdan deputatlığa gəlməyimin necə bir proses olduğunu soruşurlar. Hesab edirəm ki, harada olmağımdan asılı olmayaraq, əsas məqsədim dövlətə və dövlətçiliyə xidmət etməkdir. Partiya rəhbərliyi tərəfindən namizədliyim irəli sürülüb. Düşünürəm ki, bu, müzakirə olunmamalıdır. Mən də böyük məmnuniyyətlə prosesə qoşuldum və iştirak etdim.
- Cəmiyyətdə tez tez deputatlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Gah maaşları gündəm olur, gah da hansısa biznes məsələsi ortaya çıxır. Bunlar sizi narahat edirmi?
- 20 ilə yaxındır ki, dövlət orqanlarında çalışıram. Dövlət məmuru olmaq heç də asan iş deyil. Deputat olmaq da kifayət qədər ağır və məsuliyyətli işdir. Bir çox məsələlər kənardan sadə görünə bilər. Ancaq heç də elə deyil. Cəmiyyətin müxtəlif yanaşmaları var ki, bu da daha çox tənqid üzərində qurulub. Biz bütün fəaliyyətimizi açıqlamırıq. Gün ərzində telefon, sosial şəbəkələr vasitəsilə seçicilərlə ünsiyyətdə oluruq. Bir də görürsüz ki, gecə saat 1-də də müxtəlif müraciətlərlə yazıb zəng edənlər olur. Altıncı çağırış Milli Məclisin qarşısında konkret tələblər var. Bu istiqamətdə tam gücümüzlə çalışırıq.
- Amma altıncı çağırış parlamentin formalaşması COVID-19 pandemiyasının tüğyan etdiyi vaxta təsadüf etdi. Sanki yeni deputatlar tam olaraq özlərini göstərə bilmədilər.
- Bu, bütün dünyada gedən prosesdir. Əlbəttə, bizim üçün də müəyyən çətinliklər yaratdı. Məsuliyyətimizi daha da artırdı. Müraciətlər daha çox oldu. Bu gün Milli Məclisin deputatlarının hansı formatda fəaliyyət göstərdikləri hamıya bəllidir. Hətta deputat kimi prosesə yeni qoşulanlar var ki, hamısı tam gücü ilə çalışır ki qarşılarına qoyulan vəzifələri yerinə yetirsinlər. Bu bəşəri bəla bitəndən sonra hər şey arxada qalacaq.
- Pandemiya həm də yeni deputatlarla köhnə deputatların bir-birini tanımasına imkan vermədi. İşdən sonra bir araya gələ bilmədiz.
- Müvəqqəti çətinlikdir. Bütün görüşlərimizi məhdudlaşdırmışıq. Biz də hər kəs kimi çalışırıq ki, ümumi qaydalara tam əməl edək. Xaraktercə daha çox gəzməyə, ünsiyyət qurmağa meylliyəm. Hətta planlarım vardı ki, seçki vaxtı gedib görüşdüyüm insanlarla yenidən görüşüm. Hələlik bu planlar təxirə salınıb. İnsanların da gözləntiləri var ki, biz bölgələrə səfər gedək.
- Həmkarlarınızla münasibətləriniz necədir?
- Deputat həmkarlarımla münasibətərimiz yaxşıdır. Həmçinin, parlamentdə yaxşı ab-hava var. Rəhbərlik hər bir deputata çox həssaslıqla, hörmətlə yanaşır. Parlamentdə demokratik mühit formalaşıb.
- Ceyhun müəllim neçə övladınız var?
- 17 yaşında bir oğlum var.
- O zaman qarşıda sizi əsgər atası olmaq kimi şərəfli bir iş gözləyir. Hətta tez-tez belə fikirlər səslənir ki, niyə görə, məmurun, deputatın övladı əsgər getmir, şəhid olmur. Güman ki, belə fikirlərlə siz də tanışsız.
- Vətən hər birimiz üçün vətəndir. Öz övladımın hərbi xidmətə getməsini və vətən borcunu yerinə yetirməsini istəyirəm. Oğlumun əsgər olacağı günü səbrsizliklə gözləyirəm. Elə bir dəqiq statistika aparılmayıb ki, dövlət məmurunun övladı əsgər getmir. Əgər Azərbaycan ordusunun generalı öz əsgəri ilə səngərdə döyüşürsə, burada hansı ayrı-seçkilikdən söhbət gedə bilər?!. Bu baxımdan da hərbi xidmətdə olmaq hər birimizin qarşısında vəzifədir. Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm.
Baxış sayı: 1 723
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə