21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
Təyyar Bayramov: "Titul üçün oxumuram" -MÜSAHİBƏ
Tarix: 28-02-2018 22:42 | Bölmə: Müsahibə
- Təyyar müəllim, gəlin, sənətə gəlişinizi xatırlayaq...
- Deyim ki, əzablı-əziyyətli günlərim çox olub, yox. Orta məktəbdə artıq müəyyən musiqi dərnəklərində ifa edirdim. Müəllimlərim də valideynlərimə deyirdilər ki, bu uşağın səsi var, istedadlı uşaqdı. Səsi olub oxumaq Qarabağda qeyri-adi bir şey sayılmır. Demək olar ki, yan-yörədə, qonşuda, qohumda səsi olan çox olur. Sadəcə, mənfur düşmənlərimizin Qarabağa basqını, silah səsləri, top mərmiləri -bunların hamısı mənim uşaqlıq çağlarıma düşdü. Müharibənin o qanlı-qadalı günlərini görmüşəm. Atam mütəmadi olaraq ordu ilə əlaqəsi olan adam idi. Ermənilərin hədəf götürdüyü evlərdən biri də bizim ev olmuşdu. Atam, anam və mən evdə idik. Bacılarım Bakıda idi. O zaman bizim evə “Qrad” mərmisi düşdü. Atam hospitala yerləşdirildi. İki gündən sonra dünyasını dəyişdi...
16 yaşında mən dayımla işə başladım. Dəri emalı ilə məşğul olduq. Bir müddətdən sonra Bakıya gəlib o işi davam elətdirdik. Anam da ali təhsilli mühasib kimi evimizin yanındakı obyektin hesab işlərini görürdü. Mən Naxçıvan Universitetinin hüquq fakültəsinə qəbul olundum. Bir az məhkəmə orqanlarında işlədim. Sonra anamla dayım Mənsum İbrahimovun yanına getmişdilər. Hər zaman mənə deyiblər ki, sənə dəstək olaq, bu sənətə gələsən, ancaq mən buna qeyri-ciddi baxmışam. Anam Mənsum müəllimin yanına gedib deyib ki, mənim bir oğlum var, yaxşı səsi var, ancaq utanır, sənətə gəlmək istəmir. O da demişdi ki, göndərin gəlsin, qulaq asım, sonra bir nəticəyə gələrik. Gəldim Mənsum müəllimin yanına. Elə vəziyyət yarandı ki, ali təhsilli şəxs kimi birbaşa “Asəf Zeynallı”nın üçüncü kursuna daxil oldum.
Mən də Badamdar qəsəbəsində yaşayırdım, Mənsum müəllim də orda yaşayır. Hər zaman onu görürdüm. Mən orda idman zalı işlədirdim. Onun yolu idman zalının yaxınlığından keçirdi. Sonra gəldim sinfinə, üzbəüz gördüm. O mənə dedi ki, sənin səsin var. Material var, bunun üzərində işləmək lazımdı. Məni kollecin direktoru Nazim Kazımova təqdim elədi. O da səsimi bəyəndi. Məni ora qəbul elədilər. Artıq mən müntəzəm olaraq başladım Mənsum müəllimin tapşırıqlarını yerinə yetirməyə. İlk öncə dəsgahları, təsnifləri öyrədirdi. Mənsum müəllim nəinki muğamları, oturuş qaydasını da öyrədirdi. Deyirdi ki, oxuyanda oturun güzgünün qabağında oxuyun, sizə xoş gəlirsə, başqasına da xoş gələcək. 27 yaşım var idi. Sənətə gec gəlmişdim. Baxdım digər yoldaşlarıma, gördüm ki, dərsə hazırlıqsız gəlirlər. Düşündüm ki, mənim oxumamağa haqqım yoxdu. Gecə-günüz Mənsum müəllimin dərsinin lent yazılarına qulaq asdım. Həftədə bir dəsgah təhvil verirdim. Hansı ki, o dəsgahlar böyük idi, onları iki-üç aya öyrənib təhvil verirdilər. Altı-yeddi aydan sonra başladım, Mənsum müəllim gəlməyəndə onun dərslərini idarə etməyə. Mənsum müəllimin dərsində ola-ola məndə müəllimlik sevgisi də yarandı. Mənsum müəllim səfərdə olanda gedib Bakı Mədəni Maarif Texnikumunda da onun dərslərini idarə edirdim. Onda qarşıma məqsəd qoydum ki, müəllim olacağam.
- Başqa kimlərə qulaq asırdınız?
- Uşaq vaxtından mən də, atam da Şahmalı Kürdoğluna, Xan Şuşinskiyə, Yaqub Məmmədova, Arif Babayevə, Ağaxan Abdullayevə qulaq asırdıq. Mənsum müəllimin tələbəsiyəm. Təbii ki, onun lentlərini əzbər bilirəm. Yaxşı şey təqdim olunanda yerli kanallarımıza da, türk kanallarına da baxıram...
Ölkəmizdə beynəlxalq müsabiqələrin keçirilməsi, milli muğam ifaçılarının dünyada musiqimizi təbliğ etməyi hamısı dövlətimizin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısıdır. Bu, milli musiqinin ifaçıları üçün çox sevindiricidir. Muğam Mərkəzinin tikilməyi, muğam ifaçılarının ixtiyarına verilməyi... Ora biz tez-tez konsertlərə gedirik. Mənim də orda Aytən Məhərrəmova ilə konsertim oldu. İllər öncə bizim musiqiçilər digər ölkələrdəki konsert salonlarına baxıb həsəd aparırdılarsa, artıq biz hara gedirik muğamımıza olan qayğıdan, Muğam Mərkəzimizdən danışırıq.
Düşündüm ki, rəngarəng olmaq üçün duetlərdən ibarət konsert təşkil edək. Ağdadmda əsgərlərin qarşısında belə bir konsertin olmasını düşünürəm.
Arzu Əliyeva, Gülyaz Məmmədova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva ilə duetlər oxumuşam...
- Sizcə, zəhmətinizə yetərincə qiymət verilib?
- Mənim zəhmətimə yetərincə qiymət verilib. 33 yaşında əməkdar artist adına layiq görülmüşəm. Dövlət başçımıza öz minnətdarlığımı bildirirəm. Bu, gənclər üçün bir stimuldu ki, çalışan, üzərində işləyə bilən adam gənc yaşlarında da fəxri ada layiq görülə bilər. Mənim üçün çox gözəl şərait yaradılıb. Milli Konservatoriyada ustad sənətkarlarla çiyin-çiyinə 6 ildir müəllim kimi fəaliyyət göstərirəm. Bunların hamısı dövlətimizin qayğısının nəticəsidi. Digır gənclər də özlərini doğruldub müəllim kimi fəaliyyət göstərə bilərlər. Məsələn, Asəf Zeynallı adına Musiqi Kollecində bizim görkəmli sənətkarlarımız fəaliyyət göstərib və fəaliyyət göstərirlər. Mən orda da fəaliyyət göstərirəm. Bu, sənətimə göstərilən ən böyük qayğıdı.
Amma işlərimi titul üçün görmürəm. Gələcəkdə məsləhət bilsələr, xalq artisti adını verərlər. İstəyirəm ki, tarixdə qalmaq üçün lent yazılarım çox olsun. Azərbaycan kişi xanəndələrindən ilk dəfə olaraq bizim görkəmli sənətkarımız Möhlət Müslümovun ansamblı ilə “Xaric segah” oxumuşam, lentə aldırmışam. “Şur”, “Zabul”, “Mirzə Hüseyn”, Bayatı Şiraz”, “Orta mahur” ifa etmişəm. Az qism muğamlar qalıb ki, onları da ifa edəcəyəm. Ritmik muğamların hamısını ifa etmişəm...
2005-də “Asəf Zeynallı”nı bitirən kimi Mədəni Maafif Texnikumuna müəllim düzəldim. Artıq orda məni tanıyırdılar. Mənsum müəllim də təqdim edəndən sonra məni müəllim kimi ora götürdülər. Altı il bundan öncəyə kimi orda müəllim kimi fəaliyyət göstərdim. Milli Konservatoriyaya müəllim kimi dəvət etdilər, burda işləməli oldum. Sonra Mənsum müəllim məni Opera və Balet Teatrına təqdim elədi. Orda İbn Səlam kimi səhnəyə çıxdım. Məni ilk dəfə görəndə dedilər ki, yaxşı Şah İsmayıl olar. Sınaq müddəti kimi İbn Səlam rolunu verdilər. 2006-dan Şah İsmayıl rolunu ifa etdim. İndiyə kimi bu rolun tək ifaçısıyam.
Koroğlu rolu xanəndələrə uyğun deyil. Vokalçılar oxuyur o rolu. “O olmasın, bu olsun”da xanəndə, “Natavan”da aşıq və Şah İsmayılda Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun roluna hazırlaşdım. O səsimi görmədim Məcnunda. Mənim səsim Şah İsmayılın xarakterinə uyğundu. Operanın rəhbərlyi hansı ifaçıda hansı rolu görürsə, onu təqdim edir. Heç istəmədim Məcnun rolunu oynamağı. Şah İsmayılı oxuyanda tarixə nəzər saldım. Gördüm ki, o şah ismayılların uğuru olub ki, onların səsi qaltanlı səsdi. Hansı Şah İsmayılın səsi qaltanlı olub, Məcnunu onun qədər uğurlu alınmayıb. Operaya gəlməmişdən Mənsum müəllimin o qədər tamaşalarına baxmışam ki, ondan başqa Məcnun gözümdə canlandıra bilmirəm. Mənsum müəllimdən sonra bunu yaxşı oxuya bilərəmmi, məndə alınarmı? Əvvəllər idmanla məşğul olmuşam, fiziki quruluşumda dəyişiklik var. Daha çox Şah İsmayıla uyğundu. O baxımdan Məcnunu oynamağa bir az tərəddüd etdim.
- Yeri gəlmişkən, bir az da idmanla bağlı danışaq...
- Yunan-Roma güləşi ilə Dinamo Cəmiyyətində məşğul olmuşam. Bu növün sirlərini Əli Əliyevdən öyrənmişəm. Çox gözəl, tanınmış müəllimdi. Bakı çempionu olmuşam. Respublika Çempionatında 2-ci yerə çıxmışam. Universitetlərarası Respublika Çempionatında 1-ci yerin qalibi olmuşam. 1999-cu ildə zədə aldım. Ondan sonra idmana ara verdim...

- Hansı arzularla yaşayırsınız?
- Allah eləsin, biz torpaqlarımızı alaq, geri qaytaraq. Bu, millətimizin, xalqımızın arzusudur. Qarabağda olaq. Mən uşaq vaxtı Cıdır düzündə olmuşam. Oranı gözümün qabağına xəyal kimi gətirirəm. Uçuruma qədər gedirdim. Aşağısı dərədi. Orda Ayı mağarası var. Qıraqdan görünürdü. Kaş oralar alınsın, orda bir “Qarabağ şikəstəssi” oxuyum. Orda İmarət deyilən bir yer var idi. Futbola baxmağa gedərdik. “Xarı bülbül” festivalı olardı... Uşaq vaxtı gedib baxmışam. Onda musiqi məktəbində tar sinfində oxuyurdum.
Bəzən “Segah” və ya hansısa bir muğam oxuyanda birdən görürsən ki, xəyalən Ağdamın küçələrini gəzirəm. Amma hər zaman olmur. Bu hisslər birdən gəlir...
- Övladlarınızdan sənətinizi davam etdirmək istəyən varmı?
- Evdə hər zaman milli musiqiyə qiymət olub, hər zaman mənim lent yazılarıma baxıblar deyə, uşaqlar böyüyəndə o ruhda böyüyüblər ki, hər üçünün musiqiyə güclü həvəsləri var, hər üçünün çox gözəl səsi var. Çox istedadlıdırlar. Uşaq vaxtından milli musiqini izləyiblər.
Üç övladım var, üçünün də çox gözəl səsi var. Onlardan biri Kənan Bayramlı artıq iki müsabiqədə qalib olub. “Kainat” beynəlxalq muğam müsabiqəsində 1-ci yerin qalibi, “Xan Şuşinski” muğam müsabiqəsində “Qran “Pri” mükafatına layiq görülüb. Mənsum müəllimin yetirməsidi. Hələ ki mənim sənətimə yönəlir. Ancaq indi demək olar ki, oxumaqdan ayırmışam. İstəyirəm, əsas orta məktəbi yaxşı oxusun.
- İşlərinizdə nə yenilik var?
- Özüm düşünürəm ki, bir az az işləyirəm, tənbəllik eləyirəm. Öz-özümə tənqidi yanaşıram. Amma Mənsum müəllim deyir ki, səndən razıyam. Bu yaxınlarda 6-cı diskim işıq üzü gördü. Hazırda 7-ci diskimizdən 6 dənə mahnı hazırdı. Onun üzərində çalışırıq. Unudulmuş mahnılarımızdan Əbülfət Əliyevin, Məmmədbağır Bağırzadənin repertuarından var. Əsas xəttə -özülünə dəymədən bunları yeni üslubda işləyirik. Yeni dəsgahlar lentə aldıracağıq...
- Ölkəmizi xaricdə necə təmsil eləyirsiniz?
- Azərbaycan vətəndaşı olaraq biz Prezidentimizlə fəxr edirik. Allah onun canını sağ eləsin. Hər zaman keşiyində dursun. Xalqımız onunla nəfəs alır. Hər zaman xalqımızın fəxridi. Biz hər zaman dəstəyik ona. Mən Azərbaycanı dünyanın 30 ölkəsində təmsil etmişəm. Bu, dövlətimizin muğama qayğısının nəticəsidir ki, artıq muğamımız xarici ölkələrdə yüksək səviyyədə təmsil olunur. Nəinki mən, bütün sənət dostlarım dünyada Azərbaycan musiqisini təbliğ edirlər.
Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsi başa çatıb. Bu müsabiqədə mənim 3 tələbəm qalib oldu. Ötən muğam müsabiqəsində bir tələbəm qalib olmuşdu -Məhəbbət Səfərov. İkinci yerə layiq görülmüşdü. 2017-ci ildəki müsabiqədə tələbəm Almaxanım Əhmədli “Qran-Pri” mükafatına, Pərviz Qasımov 1-ci yerə, Rəvanə Əmiraslanlı 2-ci yerə layiq görülmüşdü. Yəni, indi bütün ifaçıların 80 faizi muğam müsabiqələrinin yetirmələridi. Onlardan dövlətimiz, mədəniyyətimiz xeyir gördü. Gənclər xeyir gördü, xalq, millət qazandı. Hazırda Opera və Balet Teatrında gənclərə üstünlük verirlər. Baş rolların ifaçıları hamısı muğam müsabiqələrinin yetirmələridi...
Namiq MƏMMƏDLİ
Baxış sayı: 2 362
Bölməyə aid digər xəbərlər
Tarix: 28-02-2018 22:42 | Bölmə: Müsahibə
"Muğam oxuyanda xəyalən Ağdamın küçələrini gəzirəm"
Əməkdar artist Təyyar Bayramov Azərbaycan muğamını istər Azərbaycanda, istərsə də xaricdə layiqincə təmsil edir. Cavan olmasına baxmayaraq, artıq yetişdirdiyi tələbələr də muğam müsabiqələrində mükafatlara layiq yerlər tutaraq ona başucalığı gətirir. Lakin gördüyü işlər bunlarla bitmir. Sevimli xanəndəmiz bu günlərdə “Ekspress”ə verdiyi müsahibədə gördüyü və görəcəyi işlərdən danışıb.
- Deyim ki, əzablı-əziyyətli günlərim çox olub, yox. Orta məktəbdə artıq müəyyən musiqi dərnəklərində ifa edirdim. Müəllimlərim də valideynlərimə deyirdilər ki, bu uşağın səsi var, istedadlı uşaqdı. Səsi olub oxumaq Qarabağda qeyri-adi bir şey sayılmır. Demək olar ki, yan-yörədə, qonşuda, qohumda səsi olan çox olur. Sadəcə, mənfur düşmənlərimizin Qarabağa basqını, silah səsləri, top mərmiləri -bunların hamısı mənim uşaqlıq çağlarıma düşdü. Müharibənin o qanlı-qadalı günlərini görmüşəm. Atam mütəmadi olaraq ordu ilə əlaqəsi olan adam idi. Ermənilərin hədəf götürdüyü evlərdən biri də bizim ev olmuşdu. Atam, anam və mən evdə idik. Bacılarım Bakıda idi. O zaman bizim evə “Qrad” mərmisi düşdü. Atam hospitala yerləşdirildi. İki gündən sonra dünyasını dəyişdi...
16 yaşında mən dayımla işə başladım. Dəri emalı ilə məşğul olduq. Bir müddətdən sonra Bakıya gəlib o işi davam elətdirdik. Anam da ali təhsilli mühasib kimi evimizin yanındakı obyektin hesab işlərini görürdü. Mən Naxçıvan Universitetinin hüquq fakültəsinə qəbul olundum. Bir az məhkəmə orqanlarında işlədim. Sonra anamla dayım Mənsum İbrahimovun yanına getmişdilər. Hər zaman mənə deyiblər ki, sənə dəstək olaq, bu sənətə gələsən, ancaq mən buna qeyri-ciddi baxmışam. Anam Mənsum müəllimin yanına gedib deyib ki, mənim bir oğlum var, yaxşı səsi var, ancaq utanır, sənətə gəlmək istəmir. O da demişdi ki, göndərin gəlsin, qulaq asım, sonra bir nəticəyə gələrik. Gəldim Mənsum müəllimin yanına. Elə vəziyyət yarandı ki, ali təhsilli şəxs kimi birbaşa “Asəf Zeynallı”nın üçüncü kursuna daxil oldum.
Mən də Badamdar qəsəbəsində yaşayırdım, Mənsum müəllim də orda yaşayır. Hər zaman onu görürdüm. Mən orda idman zalı işlədirdim. Onun yolu idman zalının yaxınlığından keçirdi. Sonra gəldim sinfinə, üzbəüz gördüm. O mənə dedi ki, sənin səsin var. Material var, bunun üzərində işləmək lazımdı. Məni kollecin direktoru Nazim Kazımova təqdim elədi. O da səsimi bəyəndi. Məni ora qəbul elədilər. Artıq mən müntəzəm olaraq başladım Mənsum müəllimin tapşırıqlarını yerinə yetirməyə. İlk öncə dəsgahları, təsnifləri öyrədirdi. Mənsum müəllim nəinki muğamları, oturuş qaydasını da öyrədirdi. Deyirdi ki, oxuyanda oturun güzgünün qabağında oxuyun, sizə xoş gəlirsə, başqasına da xoş gələcək. 27 yaşım var idi. Sənətə gec gəlmişdim. Baxdım digər yoldaşlarıma, gördüm ki, dərsə hazırlıqsız gəlirlər. Düşündüm ki, mənim oxumamağa haqqım yoxdu. Gecə-günüz Mənsum müəllimin dərsinin lent yazılarına qulaq asdım. Həftədə bir dəsgah təhvil verirdim. Hansı ki, o dəsgahlar böyük idi, onları iki-üç aya öyrənib təhvil verirdilər. Altı-yeddi aydan sonra başladım, Mənsum müəllim gəlməyəndə onun dərslərini idarə etməyə. Mənsum müəllimin dərsində ola-ola məndə müəllimlik sevgisi də yarandı. Mənsum müəllim səfərdə olanda gedib Bakı Mədəni Maarif Texnikumunda da onun dərslərini idarə edirdim. Onda qarşıma məqsəd qoydum ki, müəllim olacağam.
- Başqa kimlərə qulaq asırdınız?- Uşaq vaxtından mən də, atam da Şahmalı Kürdoğluna, Xan Şuşinskiyə, Yaqub Məmmədova, Arif Babayevə, Ağaxan Abdullayevə qulaq asırdıq. Mənsum müəllimin tələbəsiyəm. Təbii ki, onun lentlərini əzbər bilirəm. Yaxşı şey təqdim olunanda yerli kanallarımıza da, türk kanallarına da baxıram...
Ölkəmizdə beynəlxalq müsabiqələrin keçirilməsi, milli muğam ifaçılarının dünyada musiqimizi təbliğ etməyi hamısı dövlətimizin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısıdır. Bu, milli musiqinin ifaçıları üçün çox sevindiricidir. Muğam Mərkəzinin tikilməyi, muğam ifaçılarının ixtiyarına verilməyi... Ora biz tez-tez konsertlərə gedirik. Mənim də orda Aytən Məhərrəmova ilə konsertim oldu. İllər öncə bizim musiqiçilər digər ölkələrdəki konsert salonlarına baxıb həsəd aparırdılarsa, artıq biz hara gedirik muğamımıza olan qayğıdan, Muğam Mərkəzimizdən danışırıq.
Düşündüm ki, rəngarəng olmaq üçün duetlərdən ibarət konsert təşkil edək. Ağdadmda əsgərlərin qarşısında belə bir konsertin olmasını düşünürəm.
Arzu Əliyeva, Gülyaz Məmmədova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva ilə duetlər oxumuşam...
- Mənim zəhmətimə yetərincə qiymət verilib. 33 yaşında əməkdar artist adına layiq görülmüşəm. Dövlət başçımıza öz minnətdarlığımı bildirirəm. Bu, gənclər üçün bir stimuldu ki, çalışan, üzərində işləyə bilən adam gənc yaşlarında da fəxri ada layiq görülə bilər. Mənim üçün çox gözəl şərait yaradılıb. Milli Konservatoriyada ustad sənətkarlarla çiyin-çiyinə 6 ildir müəllim kimi fəaliyyət göstərirəm. Bunların hamısı dövlətimizin qayğısının nəticəsidi. Digır gənclər də özlərini doğruldub müəllim kimi fəaliyyət göstərə bilərlər. Məsələn, Asəf Zeynallı adına Musiqi Kollecində bizim görkəmli sənətkarlarımız fəaliyyət göstərib və fəaliyyət göstərirlər. Mən orda da fəaliyyət göstərirəm. Bu, sənətimə göstərilən ən böyük qayğıdı.
Amma işlərimi titul üçün görmürəm. Gələcəkdə məsləhət bilsələr, xalq artisti adını verərlər. İstəyirəm ki, tarixdə qalmaq üçün lent yazılarım çox olsun. Azərbaycan kişi xanəndələrindən ilk dəfə olaraq bizim görkəmli sənətkarımız Möhlət Müslümovun ansamblı ilə “Xaric segah” oxumuşam, lentə aldırmışam. “Şur”, “Zabul”, “Mirzə Hüseyn”, Bayatı Şiraz”, “Orta mahur” ifa etmişəm. Az qism muğamlar qalıb ki, onları da ifa edəcəyəm. Ritmik muğamların hamısını ifa etmişəm...
2005-də “Asəf Zeynallı”nı bitirən kimi Mədəni Maafif Texnikumuna müəllim düzəldim. Artıq orda məni tanıyırdılar. Mənsum müəllim də təqdim edəndən sonra məni müəllim kimi ora götürdülər. Altı il bundan öncəyə kimi orda müəllim kimi fəaliyyət göstərdim. Milli Konservatoriyaya müəllim kimi dəvət etdilər, burda işləməli oldum. Sonra Mənsum müəllim məni Opera və Balet Teatrına təqdim elədi. Orda İbn Səlam kimi səhnəyə çıxdım. Məni ilk dəfə görəndə dedilər ki, yaxşı Şah İsmayıl olar. Sınaq müddəti kimi İbn Səlam rolunu verdilər. 2006-dan Şah İsmayıl rolunu ifa etdim. İndiyə kimi bu rolun tək ifaçısıyam.
Koroğlu rolu xanəndələrə uyğun deyil. Vokalçılar oxuyur o rolu. “O olmasın, bu olsun”da xanəndə, “Natavan”da aşıq və Şah İsmayılda Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun roluna hazırlaşdım. O səsimi görmədim Məcnunda. Mənim səsim Şah İsmayılın xarakterinə uyğundu. Operanın rəhbərlyi hansı ifaçıda hansı rolu görürsə, onu təqdim edir. Heç istəmədim Məcnun rolunu oynamağı. Şah İsmayılı oxuyanda tarixə nəzər saldım. Gördüm ki, o şah ismayılların uğuru olub ki, onların səsi qaltanlı səsdi. Hansı Şah İsmayılın səsi qaltanlı olub, Məcnunu onun qədər uğurlu alınmayıb. Operaya gəlməmişdən Mənsum müəllimin o qədər tamaşalarına baxmışam ki, ondan başqa Məcnun gözümdə canlandıra bilmirəm. Mənsum müəllimdən sonra bunu yaxşı oxuya bilərəmmi, məndə alınarmı? Əvvəllər idmanla məşğul olmuşam, fiziki quruluşumda dəyişiklik var. Daha çox Şah İsmayıla uyğundu. O baxımdan Məcnunu oynamağa bir az tərəddüd etdim.
- Yunan-Roma güləşi ilə Dinamo Cəmiyyətində məşğul olmuşam. Bu növün sirlərini Əli Əliyevdən öyrənmişəm. Çox gözəl, tanınmış müəllimdi. Bakı çempionu olmuşam. Respublika Çempionatında 2-ci yerə çıxmışam. Universitetlərarası Respublika Çempionatında 1-ci yerin qalibi olmuşam. 1999-cu ildə zədə aldım. Ondan sonra idmana ara verdim...

- Hansı arzularla yaşayırsınız?
- Allah eləsin, biz torpaqlarımızı alaq, geri qaytaraq. Bu, millətimizin, xalqımızın arzusudur. Qarabağda olaq. Mən uşaq vaxtı Cıdır düzündə olmuşam. Oranı gözümün qabağına xəyal kimi gətirirəm. Uçuruma qədər gedirdim. Aşağısı dərədi. Orda Ayı mağarası var. Qıraqdan görünürdü. Kaş oralar alınsın, orda bir “Qarabağ şikəstəssi” oxuyum. Orda İmarət deyilən bir yer var idi. Futbola baxmağa gedərdik. “Xarı bülbül” festivalı olardı... Uşaq vaxtı gedib baxmışam. Onda musiqi məktəbində tar sinfində oxuyurdum.
Bəzən “Segah” və ya hansısa bir muğam oxuyanda birdən görürsən ki, xəyalən Ağdamın küçələrini gəzirəm. Amma hər zaman olmur. Bu hisslər birdən gəlir...
- Evdə hər zaman milli musiqiyə qiymət olub, hər zaman mənim lent yazılarıma baxıblar deyə, uşaqlar böyüyəndə o ruhda böyüyüblər ki, hər üçünün musiqiyə güclü həvəsləri var, hər üçünün çox gözəl səsi var. Çox istedadlıdırlar. Uşaq vaxtından milli musiqini izləyiblər.
Üç övladım var, üçünün də çox gözəl səsi var. Onlardan biri Kənan Bayramlı artıq iki müsabiqədə qalib olub. “Kainat” beynəlxalq muğam müsabiqəsində 1-ci yerin qalibi, “Xan Şuşinski” muğam müsabiqəsində “Qran “Pri” mükafatına layiq görülüb. Mənsum müəllimin yetirməsidi. Hələ ki mənim sənətimə yönəlir. Ancaq indi demək olar ki, oxumaqdan ayırmışam. İstəyirəm, əsas orta məktəbi yaxşı oxusun.
- Özüm düşünürəm ki, bir az az işləyirəm, tənbəllik eləyirəm. Öz-özümə tənqidi yanaşıram. Amma Mənsum müəllim deyir ki, səndən razıyam. Bu yaxınlarda 6-cı diskim işıq üzü gördü. Hazırda 7-ci diskimizdən 6 dənə mahnı hazırdı. Onun üzərində çalışırıq. Unudulmuş mahnılarımızdan Əbülfət Əliyevin, Məmmədbağır Bağırzadənin repertuarından var. Əsas xəttə -özülünə dəymədən bunları yeni üslubda işləyirik. Yeni dəsgahlar lentə aldıracağıq...
- Azərbaycan vətəndaşı olaraq biz Prezidentimizlə fəxr edirik. Allah onun canını sağ eləsin. Hər zaman keşiyində dursun. Xalqımız onunla nəfəs alır. Hər zaman xalqımızın fəxridi. Biz hər zaman dəstəyik ona. Mən Azərbaycanı dünyanın 30 ölkəsində təmsil etmişəm. Bu, dövlətimizin muğama qayğısının nəticəsidir ki, artıq muğamımız xarici ölkələrdə yüksək səviyyədə təmsil olunur. Nəinki mən, bütün sənət dostlarım dünyada Azərbaycan musiqisini təbliğ edirlər.
Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsi başa çatıb. Bu müsabiqədə mənim 3 tələbəm qalib oldu. Ötən muğam müsabiqəsində bir tələbəm qalib olmuşdu -Məhəbbət Səfərov. İkinci yerə layiq görülmüşdü. 2017-ci ildəki müsabiqədə tələbəm Almaxanım Əhmədli “Qran-Pri” mükafatına, Pərviz Qasımov 1-ci yerə, Rəvanə Əmiraslanlı 2-ci yerə layiq görülmüşdü. Yəni, indi bütün ifaçıların 80 faizi muğam müsabiqələrinin yetirmələridi. Onlardan dövlətimiz, mədəniyyətimiz xeyir gördü. Gənclər xeyir gördü, xalq, millət qazandı. Hazırda Opera və Balet Teatrında gənclərə üstünlük verirlər. Baş rolların ifaçıları hamısı muğam müsabiqələrinin yetirmələridi...
Baxış sayı: 2 362
Bölməyə aid digər xəbərlər
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə














