00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Təbrizdə səhnədə Azərbaycan bayrağını qaldıran rejissor, son illər ən çox kinoya çəkilən XALQ ARTİSTİ
Tarix: 02-09-2019 01:18 | Bölmə: Mədəniyyət
Vidadi Əliyevin doğum günüdür

1988-ci ildən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.
Vidadi Əliyev istedadlı aktyor kimi bu dövrə qədər geniş şöhrət qazanıb. Balaş (“Sevil”), Yaşar (“Yaşar”), Bəhram (“Solğun çiçəklər”), Müsyo Jordan (“Müsyo Jordan və dərviş Məstəli şah”), Xan (“Lənkəran xanın vəziri”), Areluizi (“İki ağanın bir nökəri”), Əsgər (“Arşın mal alan”), Volodka (“Tribunal”), Karandışev (“Cehizsiz qız”), Rüstəm (“Sən nə üçün yaşayırsan?”), Zəfər (“Məhəbbət yaşayır hələ”), Şahsuvarov (“Atayevlər ailəsi”), Savalan (“Məhv olmuş gündəliklər”), Qiyas (“Şəhərin yay günləri”), Müşviq (“Səni kim unudar”), Şıxlinski (“İmzalar içində”), Mitoş (“Hicran”) və s. kimi maraqlı və yaddaqalan obrazlar yaradıb.
1400 dəfədən çox oynanılan tamaşa
Moskva şəhərində Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili aldıqdan sonra, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. “Mənim qaynanam” (G.Xuqayev) (bu tamaşa 1400 dəfədən çox oynanılıb), “3 kişi, 1 qız, 1 gecə” (T.Saakov), “Nəsrəddin” (Y.Əzimzadə, 1980), “Məhəbbət yaşayır hələ” (Hidayət, 1980) kimi tamaşalara verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verirdi. İşində əsas gücü aktyor ifasına verən V.Əliyev, maraqlı və təkrarolunmaz yozumları ilə böyük rəğbət qazanan tamaşalar yaradırdı. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər və realistcəsinə poetik ifadələr verilir. Rejissor Nəsir Sadıqzadənin tələbəsi V.Əliyev ondan səhnə üçün mühüm olan ifa səmimiyyətinin əldə olunmasının sirrini öyrənib. Səhnə sadəliyinə, məkan genişliyinə üstünlük verən rejissor V.Əliyev, novatorluq axtarışlarını cəsarətlə səhnəyə gətirib.
Aktyorsuz, binasız qazanılan uğurlar...
Simvolizmə böyük üstünlük verən rejissor, qurduğu tamaşaların simvolik obrazı kimi hansısa ifadə vasitələrindən (dekordan, musiqidən) istifadə edir, onu obraz kimi təqdim edir. Onun böyük uğuru kimi səhnə dilinin sadələşdirilməsi, adiləşdirilməsi uğrunda atdığı addımları qeyd etmək lazımdır. Səhnədə başqalaşmanı psixoloji çalarlarla, inandırıcılıqla gerçəkləşdirməyi aktyora təlqin edən rejissor, adi danışığı ciddi təkidlə tələb edir. Onun quruluşlarında aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb sadə, səmimi və inandırıcı şəkildə ifa sərgiləyirdi. Bu cəhətlərinə görə onun quruluşları uğurlu alınırdı. Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988-2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görən Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların gətirilməsi sahəsində ciddi cəhdlə çalışıb. Öncə Mar Bayciyevin “Ər və arvad”, Georgi Xuqayevin “Mənim qaynanam”, Panço Pançevin “Əkizlərin nağılı”, Yusif Əzimzadənin “Nəsrəddin” əsərləri əsasında qurulmuş tamaşaları bərpa edən rejissor, teatrın məhdud aktyor heyəti olmasını (teatra cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın heç bir texniki bazasının olmamasını nəzərə alaraq, səyyar göstəriyə yararlı və az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalırdı. Onu da demək lazımdır ki, bu gün də, respublika teatrları içərisində ən az ştatı olan teatr məhz İrəvan teatrıdır.
Təbrizi titrədən yozum
Bütün bu çətinliklərə baxmayaraq, Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışırdı. Rejissor dönəm üçün müasir olan S.Rəşidinin “Allah onlara rəhmət eləsin” pyesinə quruluş verdi. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, dini, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işləndi. Rejissor şəhidlərimiz olan İlqarla Larisanın arzularını, milli-mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orijinal yozumla təqdim etdi. Vidadi Əliyev bu obrazların psixoloji durumlarını, yaşantılarını çevik, sadə mizanlarla çatdırdı. Mərdan və Sənəm obrazlarının çalarları, koloritliyi ustalıqla işləndi və tamaşanın ümumi kompozisiyası ilə uyğunlaşdırıldı.
Onun yozumunda dövrün ziddiyyətlərinin bədii inikası qabarıq duyulur. Bir tərəfdə dininə, milli dəyərlərə qayıtmaq, hürr yaşamaq istəyən xalq, bir tərəfdə isə bu xalqı əsarətdə saxlayan imperiya və onun cəza mexanizmini hərəkətə gətirən məmurlar, əsgərlər. Bütün tamaşa boyu bu ziddiyyət inkişaf etdirilir və toqquşma anı yüksək bədiiliklə çatdırılır. Əli silahlı əsgərlər günahsız insanları öldürür, növbə anaya çatanda, o, oğlu İlqarın köksündə qana bulaşmış Quranı qoparıb onu hədəfə alan əsgərin üzünə tutur. Əsgərin cəhdləri avtomatının ilişməsi ucabatından baş tutmur. Avtomatı düzəltmək istədikdə, atəş açılır və əsgər ölür. Epizod xalqın iradəsinin, inancının qələbəsi simvoluna çevrilir. Bu olaylardan keçən hər bir obrazın mənəvi xüsusiyyətləri aydın şəkildə göstərilir. Azadlıq savaşı hər bir qəhrəmanın taleyindən keçir. Kiminin şəhidlik zirvəsinə ucalmasına, kiminin azad yaşamasına, kiminin əbədi cəhənnəm odunda qovrulmasına gətirib çıxarır.
Aktyor oyununun səmimi və inandırıcı olması, tamaşanı uğurlu edən başlıca səbələrdən idi. İlqar – Ramiz Əliyev, Sənəm – Elmira İsmayılova, Mərdan – Vüqar Əliyev, Ülvi – İntiqam Soltan, Larisa – Mətanət Əmirullayeva, Xəyal – Arzu Sadıqov olduqca yaddaqalan ifaları ilə tamaşaçıları indinin tarixini bir daha səhifələməyə vadar edirlər. Təsadüfi deyil ki, tamaşa 1993-cü il dekabr-1994-cü il yanvar aylarında Cənubi Azərbaycanda - Təbriz və Ərdəbil şəhərlərində böyük müvəffəqiyyətlə göstərilib. Fars istibdadı altında yaşayan Təbriz və Ərdəbil tamaşaçıları üçrəngli bayrağın dalğalanmasından, “Koroğlu” üverturasının əzəmətindən riqqətə gəliblər. Rejissorun uğuru dəhşətli hadisəni populizmə deyil, obrazların daxilindən keçirərək tamaşaçıya, çağdaş tariximizin böyük mərhələsinin başlıca olayının olduqca qüvvətli əksinə nail olmasındadır. Cənnətlə müjdələnmiş şəhidlərin əbədi uyuduqları məzarıstandan duraraq, tamaşaçı önündə hadisəni göstərməsi bədii cəhətdən yozumu qüvvətləndirirdi. Finalda haqq iş uğrunda şəhid olmuş İlqar, Ülvi, Larisa, Mərdanın ruhları onilliklər ərzində Azərbaycan türklərinin ürəklərinə enmiş üçrəngli bayrağı təkrar göylərə qaldırır və öz qanları ilə onun əbədi həyatına möhür vururlar.
“Allah onlara rəhmət eləsin” tamaşasının digər bu mövzulu tamaşalardan fərqli cəhəti olayın bədii həllinin, obrazların taleyində əks olunmasında idi. Onların mübarizəsi inandırıcı, taleləri tükürpədici olurdu. Səmimi və inandırıcı ifa, uğurlu kompozisiya tamaşaçını olayı səhnədəkilərlə bərabər yaşamağa, unutmamağa və vuruşmağa çağırırdı. Gənc nəslin tərbiyəsində mühüm yer tutan bu səpkili tamaşalar əvəzsizdir. Fəqət, çağdaş gəncin maraq dairəsini, zövqünü, dünyagörüşünü düzgün qiymətləndirərək, indi ilə səsləşən, gənclər üçün məlhəm ola biləcək quruluşlarla teatr və sənətkar öz istəyinə nail ola bilər. Məhz bu cəhətlərinə görə 1993-cü ildə göstərilmiş bu tamaşa uğurlu hesab edilə bilər. Sosial-tematikanın bu cür bədii həlli, tamaşaçılar arasında uğur qazandı. Buna görə də rejissor Vidadi Əliyevin uğurlu işi, xüsusilə qeyd olunmalıdır.
Layiq olduğu qiyməti almayan qəhrəmanların Vətən sevgisi
Rejissor tarixi mövzulara olan marağı 1996-cı ildə İnqilab Vəlizadənin “Abbasqulu bəy Şadlınski” pyesinə quruluş verməklə bir daha təsdiq olunur. Burada o, olduqca orijinal, tamam yeni yozumla əsərə yanaşıb, illər ərzində o dönəmin ziddiyyətli olayları haqqında yaranmış stereotipindən uzaqlaşaraq, uzunmüddətli tədqiqat apararaq əsl tarixi gerçəkliyin bədii inikasına nail olub. Burada da rejissor öz üslubuna sadiq qalaraq, hadisəni qəhrəmanların yaşantıları, taleləri içərisindən keçirərək tamaşaçıya çatdırmağa nail olub. Mübariz şəxslərin fərqli dünyagörüşü, rus işğalına fərqli münasibətə görə üz-üzə durduğu anlarda belə mərdliyi, obrazların fərqli, özünəməxsus çalarları yüksək bədiiliklə ifadə olunub. Səhnənin mərkəzindən qıraqlarınadək uzanan kələ-kötürlü dağı əvəz edən döşəmə, qəhrəmanların talelərinin obrazlı ifadəsi idi. Döyüş zamanı dərə-təpəni, Abbasqulu bəyin otağını, Kərbəlayi İsmayılın mülkünü əvəz edən bu döşəmə, dövrün ziddiyyətlərinin obrazı idi.
Obrazlar yeni yozumla təqdim olunurdu. Vaxtı ilə “hay-daşnak” ordusuna qarşı duran Abbasqulu bəylə (Əjdər Zeynalov), Kərbəlayi İsmayıl (Qədir Məmmədov) sovet quruluşuna fərqli münasibətləri, eyni zamanda mərdlikləri və vətənpərvərlikləri, Feyzinin (Əli Qurbanlı) əlinə düşmüş fürsətdən istifadə edərək şərəfsizlik etməsi, Qəmlonun (Vüqar Əliyev) namərdliyi, Əli Tağızadənin (Əli Quliyev) müdrikliyi, Məhinin (Dilarə Murtuzəliyeva) namusluluğu bütün bədii keyfiyyətləri ilə işlənib, istedadlı aktyor ifası ilə qüvvətlənib. Rejissor böyük ustalıqla dönəmin səhnə estetikasını qurub və rəngarəng çalarlarla real mənzərəni yaradıb. Burada da simvolika duyulur. Bu dəfə simvola, uzaqlardan ucalan Ağrı dağı çevrilir. Ağrı dağının poetik abı-havası tamaşanın gedişatında hiss edilir. Dağ, mərdlik və qeyrət təcəssümü olmaqla bərabər, həm də adında olan ağrının daşıyıcısıdır. Bu cəhətlər dağa sığınan əhalinin - obrazların həyat tərzlərinə çöküb. Tamaşanın yozumunda, haqqında danışdığımız incəliklər aydınlıqla duyulur.
Obrazların portret cizgilərində Ağrının “bozluğu” görünür. Əslində bu bütünlükdə Ermənistandan qovulmuş azərbaycanlıların talelərinin ümumiləşdirilmiş durumunun göstəricisidir. Vidadi Əliyev dünənin olayı ilə günün faciəsi arasında əlaqəni, daha dəqiq desək səbəbləri axtarır. Rejissor yozumunda Abbasqulu bəyin ölümü, Kərbəlayi İsmayılın mühacirəti nəticəsində başsız qalmış xalqın sonrakı faciəsi məqamlarla qabardılır və qəhrəmanları tarixin dolancından keçirərək mühakimə yürütmək tamaşaçının öhdəsinə buraxılır. Tamaşada bütöv bir xalqın faciəsi bir problem kimi bədiiləşərək səhnəyə yol tapır. Quruluş ədəbi materialdan daha güclü, ifadəli alınıb. Bir sıra epizodları əlavə edən V.Əliyev müəllifin ideyasını olduqca doğru və zamanla səsləşən bir tərzdə göstərib. Ədəbi materialda olan dramaturji qüsurlar-sözçülük, hadisəlilik prinsipinin pozulması, xarakterlərin açılmaması və ümumi kompozisiyanın sönük olması, rejissor ustalığı ilə aradan qaldırılıb və nəticədə kamil səhnə əsəri meydana gəlib. Tamaşanın fiziki və psixoloji plastikasında dinamika, dərinlik, ifadəliliklə bərabər, mühit və dönəmin rəngləri duyulur. Şəxsiyyətlərin səhnə taleyi, səmimi və inandırıcı aktyor ifası ilə bütün qüdrətli və əzəmətli, insani duyğuları ilə göstərilib. Teatrlarımızda özünə yer tapan saxta pafosla təqdim olunan qəhrəman stereotipi, məhz bu tamaşada rejissor tərəfindən ustalıqla dağıdılıb. Quru, uzun-uzadı nitqləri, pafosu, boğazdanyuxarı populizmi rədd edən Vidadi Əliyev öz qəhrəmanlarının psixoloji durumlarını, ovqatını, yaşantılarını adi, sadə şəkildə ifadə olunmasına nail olub.
Xalq artisti Həsən Turabovun, Akademik Milli Dram Teatrının səhnəsində məharətlə ifa etdiyi Xiyabani obrazının həlli ilə Abbasqulu bəy Şadlınskinin təqdimatında oxşarlığın səmimilikdə və inandırıcılıqda olduğunu desək, yanılmarıq. Məhz böyük sənətkarın ilk dəfə şəxsiyyət ifası ətrafında olan mifi dağıdaraq, ona adi, insani çalarlar verməsi, digər aktyorların yaradıcılığına sirayət etdi. Əjdər Xiyabaninin qüdrəti və usta ifası Həsən Turabovun adı ilə bilavasitə bağlıdırsa, bu tamaşada Abbasqulu bəyin dediyimiz şəkildə təqdim olunması rejissor ustalığının nailiyyətidir. Tamaşanın bədii tərtibatında orijinallıq və ifadəlilik rəssam Rza Avçarovun uğurlu işinin bəhrəsi idi. Musiqi tərtibatında seçilmiş musiqilər tamaşanın obrazı ilə səsləşdiyindən və bədii təsirini gücləndirdiyindən, Kamil Misgərovun işi təqdirəlayiqdir. Bütövlükdə yaradıcı heyəti düzgün istiqamətləndirən rejissor Vidadi Əliyev, teatrın tarixində mühüm yer tutan bir tamaşanın ərsəyə gəlməsinə rəvac verib. Təsadüfi deyil ki, tamaşa C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında bir neçə il uğurla göstərilib.
Baxış sayı: 1 026
Bölməyə aid digər xəbərlər

Filmoqrafiya
- Ailə (film, 1998) (tammetrajlı bədii film) - İsmayılın qohumu
- Bayquş gələndə... (film, 1978)
- Bəsdir, ağlama! (film, 1999)
- Bulağıstan (film, 2009)
- Cavid ömrü (film, 2007)
- Dayanacaq (film, 2009)
- Doğma sahillər (film, 1989)
- Ərazi (film, 2005)
- Fatehlərin divanı (film, 1997)
- Girov (film, 2005)
- Hökmdarın taleyi (film, 2008)
- Küçələrə su səpmişəm (film, 2004)
- Qəzəlxan (film, 1991)
- Olacağa çarə yoxdur (film, 2003)
- Ömürdən uzun gecə (film, 1996)
- Sirr (serial, 2012)
- Təxribat (film, 1990)
- Yalan (film, 2006)
- Nabat (film, 2014)
- Qara bağ (film, 2016)
- Oğlan evi 2 (film, 2016)
Baxış sayı: 1 026
Bölməyə aid digər xəbərlər
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb