20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
16:20 / 27-07-2026
Rumıniyaya daha bir pilotsuz təyyarə uçub
16:17 / 27-07-2026
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23:38 / 26-07-2026
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
20:46 / 26-07-2026
Elbrus dağında həlak olan iki alpinistin cəsədlərini təxliyə ediblər
20:35 / 26-07-2026
Rusiya Silahlı Qüvvələrinin yeni "Banderol" raketinin zərbəsinin videosu yayımlanıb
20:29 / 26-07-2026
Rostov-na-Donda baş verən "əsrin qasırğası"nın nəticələrinin görüntüləri dərc edilib
20:26 / 26-07-2026
"Axmat" üzərində evdə qələbə qazana bilmədilər
20:22 / 26-07-2026
Putin etiraf edib ki, bəzən bloqerləri izləməkdən həzz alır
20:14 / 26-07-2026
Putin ordenli Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə şampan şərabı içərək söhbət etdi
20:10 / 26-07-2026
Kiçik raket gəmisi "Burya" müdafiə sisteminə daxil olub
20:07 / 26-07-2026
Media: İran Pakistana ABŞ ilə dialoqu sadəcə "dayandırdığını" bildirdi
19:59 / 26-07-2026
Solovyov qeyd edib ki, İran Xəzər dənizində Kiyevin gəmiyə hücumunu görməzdən gəlməyəcək
19:56 / 26-07-2026
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
19:50 / 26-07-2026
Oveçkin, Kuçerov və digər dörd rusiyalı 2027-ci il Ulduzlar Komandasına daxil edilib
19:48 / 26-07-2026
Bir ekspert ABŞ-ın İrana qarşı müharibəsinin real xərcləri ilə bağlı fikirlərini açıqladı
19:40 / 26-07-2026
Sanatoriyada uşaqlar xəstələndi, iş açıldı
19:36 / 26-07-2026
Almaniya Daxili İşlər Nazirliyi: Berlində izdiham hücumunda şübhəli şəxs insanlara hücum edib
Mircəfər Bağırovu heyrətləndirən aktyor - Əliağa Ağayevin qeyri-adi ÖLÜMÜ
Tarix: 11-08-2019 17:27 | Bölmə: Mədəniyyət

Modern.az saytı tanınmış jurnalist Ramilə Qurbanının növbəti yazısını təqdim edir...
O, yayın istisində ictimai nəqliyyatda gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər. O vaxtlar sənətkara belə hörmət vardı.
Atasını 1918-də ermənilər qətlə yetirib
Hələ 2 yaşında olanda anasını itirmişdi. 5 yaşında, 1918-ci ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər.
1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımına başlayanda onlar qaçıb Azərbaycana gəlirlər, amma bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir.
O vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç qardaş idilər, çox çətinliklərlə boya-başa çatdılar.
7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki, çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.
Elə ilk günlərdən dram dərnəyi rəhbəri onun istedadını sezir. Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq yaradır.
Bu minvalla Əliağa hələ çox gənc yaşlarından Gənc Tamaşaçılar Teatrının truppasına gəlib çıxır.
Onu Mirzəağa Əliyev kimi sənətkar bəyənir, ştata götürülməsinə nail olur.
O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev.

İlk sevgi və evlilik
Gənc Tamaşaçılar Teatrının özülünü qoyanlardan biri olan aktyor az bir zamanda oynadığı obrazlarla, istedadı və xoş xasiyyəti ilə hamının sevimlisinə çevrilir. Kollektivin gənc qızları arasında onu sevənlər də az deyildi, amma Əliağanın gözü onlardan birini tutmuşdu.
Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili idilər. Məhəbbətlərinin özülü elə səhnədə qoyuldu. Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş”.
Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvcahirlə evlənir.
Uşaqları dünyaya gələndən sonra Cəvahir xanım evdə oturmalı olur, Əliağa uşaqları ona etibar edib özü sənətin zirvələrinə doğru kəşməkəşli yola çıxır.
Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov baxır. Tamaşadan sonra Bağırov Əliağanı yanına çağırtdırır. Əliağanın qardaşı Mirzəağa 1937-də ildə repressiyaya uğramışdı. Bunu nəzərəa alan aktyor kəfənini boynuna salıb Mircəfər Bağırov qəbuluna yollanır. Sən demə, Mircəfər Bağırov onu çağırtdırıb ki, oynadığı obrazdan heyranlığını ifadə etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının olub-olmamağını da soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri adı verilib. Sonra da xalq artisti olub. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi.
SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Hər dəfə bu söhbətdən yumorunu işə salmaqla yayınan aktyor ömrünün sonuna qədər nə partiyaya daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.

Məşədi İbada verilən kürk
“O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi hamı tanıyırdı, amma adı ilə deyil, oynadığı obrazla, Məşədi İbad kimi.
Aktyorla birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazarda itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki, bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qabağında da bağlama var. Dedim bu nədir gətirmisən? Dedi tanıdılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər".
Mirzəağa Əliyev dünyasını dəyişəndən sonra bir gün Şıxəli Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səhnəsinə lazımsan.
Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gələndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”.
Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.
Saqqalının üstündə isə günlərlə özü işləyib, nəhayət təbii göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib.
Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.
Onun teatrın bufetinə girməyi yetərmiş ki, bütün aktyorlar başına yığışsın. Deyib-gülməyi, yeyib-içməyi çox xoşlayırmış, elə bunun da güdazına gedir.
Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.
Bir qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də övladlarımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladlarının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmuşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor oldu. Musiqili Komediya Teatrının səhnəsində şöhrət qazanan “Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxtsız köçdü.

İynə vurdurub filmə çəkilib
Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə, çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhətində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisi idi.
Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “Dedim ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.
Amma ondan sonra neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu Əliağa Ağayev.
Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə oturub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətrafdakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı partlayıb. Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi dünyasını dəyişib.
Bu hadisə 3 noyabr 1983-cü ildə olub...
Baxış sayı: 943
Bölməyə aid digər xəbərlər

Dünən, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib