12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Zibillikdən butulka yığırdım, bədənimin hər yeri yara idi” - Video
Tarix: 07-06-2022 11:31 | Bölmə: Mədəniyyət

                     “Zibillikdən butulka yığırdım, bədənimin hər yeri yara idi”


Aktyor Elcan Rəsulov yaşadığı çətin uşaqlıq illərindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, “Söz baz” verilişində qonaq olan sənətçi ilk qazancını açıqlayıb:
“İlk qazancım, deyəsən, 1 məmməd idi (köhnə pulla 1000 manat-red.). 6 ya 7-ci sinifdə oxuyurdum. O zamanlar Yeni Yasamalda binalar yox idi, düzənlik bir yer idi. Yığılan zibilləri aparıb ora tökürdülər. Qonşularımızdan 1-2 nəfərlə oranı kəşf etmişdik. Çünki ən çox butulka orada olurdu. Zibilliyin içindən butulkaları yığıb temizləyib yeşiklərə yığırdıq.
Bədənimizin hər yeri yara idi, çünki zibilliyin içindən butulka yığdığımız üçün cücülər bizi dişləyirdi. Adı Seyid olan bir dostum var idi, mənə yaxından baxıb dedi ki, çox pis gündəsən, heç kim üzünə də baxmayacaq.
Sonra çox pis oldum ki, bəlkə bir də ora getməyim, amma yenə getdim. O qədər getdik ki, orada da butulka bitdi. Bunları danışmaqdan heç zaman utanmamışam”.


              



Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər