15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
Batabatda keçirilən “Xalq yaradıcılığı günü” yaddaşlara yazıldı
Tarix: 31-05-2022 22:47 | Bölmə: Mədəniyyət
Hər bir xalqın milli dəyərləri, adət-ənənələri, dünyagörüşü və həyat tərzi onun xalq yaradıcılığı nümunələrində özünü bütün yönləri ilə təzahür edir. Ən qədim zamanlardan yaranmağa başlanmış və tarixi-mədəni, eləcə də bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlərboyu cilalanaraq, böyük inkişaf yolu keçərək dövrümüzə qədər gəlib çıxıb. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvan torpağında da özünəməxsus folklor nümunələri tarixən mövcud olub. Bu dəyərli söz inciləri xalqımıza xas milli xüsusiyyətləri, adət-ənənələri, həyat və məişət tərzini özündə ehtiva edir. Bu da, xüsusilə qeyd olunmalıdır ki, dünənə ehtiramın ifadəsi kimi, muxtar respublikamızda milli-mədəni irsin yaşadılması, tarixi abidələrimizin bərpası və qorunması, yubileylərin qeyd edilməsi, qədim adət-ənənələrimizin dirçəldilməsi və yaşadılması, xalq yaradıcılığına diqqət və qayğı bu günümüzün reallığına çevrilib.
Xalqımızın min illərboyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək və bu dəyərləri gənc nəslə aşılamaq mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xalq yaradıcılığı nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunmasından başlayır. Biz bu gün tarixi abidələri tədqiq və bərpa etməklə, milli dəyərləri yaşatmaqla, bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlərboyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq. Ulu öndərimiz tövsiyə edirdi ki, gələcək uğurlara təminat xalqın milli dəyərlərini gənc nəslə aşılamaqdan başlayır. Bu mənada, gənclərlə aparılan işlərdə milli dəyərlərə üstünlük verməli, Azərbaycançılıq ideyasını gücləndirməli, istedadlı gəncləri xalq sənəti sahələrinə cəlb etməliyik. Milli dəyəri olmayan xalqın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur. Bu səbəbdən də milli dəyərlər, xalq yaradıcılığı, əsrlərboyu yaranan mənəvi və maddi mədəniyyət nümunələri ətraflı öyrənilməli, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların tətbiq və təbliğ olunması istiqamətində işlər davam etdirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən qədim diyarımızda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər unudulmaqda olan milli dəyərlərin yaşadılmasına xidmət edir. Ali Məclis Sədrinin Sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilib.
Dilbər guşəmiz Şahbuz rayonunda da xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Artıq qədim diyarımızda ənənə halını alan belə tədbirlərin davamı kimi 28 May – Müstəqillik Günü münasibətilə Şahbuz rayonunun ən füsunkar guşələrindən olan Batabat yaylağında keçirilən “Xalq yaradıcılığı günü” də sakinlər və qonaqlar tərəfindən maraqla qarşılandı.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki uşaq musiqi məktəblərinin ansambllarının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında “Köçəri”, “El yallısı” və “Ağababa”, “Tənzərə” yallıları, “Gülə-gülə”, “Sudan gələn sürməli qız” və “Ay dili-dili dilavər” xalq mahnıları, “Ruhani” saz havası, “Hodu-hodu” xalq oyunu, “Azərbaycan ritmləri” və digər xalq yaradıcılığı nümunələri təqdim edilib. Kollektivlərin ifaları alqışlarla qarşılanıb.
Tədbirdə iştirak edən qonaqlara nümunəvi ictimai iaşə ximətləri də göstərilib. Rayonda fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan bir-birindən ləziz təamlar iştirakçıların diqqətini cəlb edib.
Bakı şəhər sakini Pərvanə Qulamova bizimlə söhbətində qeyd etdi ki, Naxçıvana ilk səfəridir: – Naxçıvan başdan-başa təbiət muzeyidir. Xüsusilə havası çox gözəldir. Hər tərəf təmiz və səliqəlidir. Etiraf edim ki, bura məni, həqiqətən də, valeh etdi. Bu qədim diyarda qədimliklə müasirliyin vəhdəti var. Səfərimiz zamanı heyranedici təbiəti olan Batabatda “Xalq yaradıcılığı günü” tədbirinə təsadüf etməyimiz isə bizi çox sevindirdi. Burada Naxçıvana xas olan təamlardan daddıq, qədim diyarın folklor nümunələrini izlədik, musiqi nömrələrini dinlədik və bu da səfərimizə xoş təəssüratlar qatdı. Şahidi olduq ki, qədim Naxçıvan torpağında adət-ənənələrimiz, milli dəyərlərimiz, xalq yaradıcılığı nümunələrimiz qorunur, yaşadılır.
Naxçıvan şəhər sakini Musa Rəhmanov ilə də həmsöhbət olduq: – Batabat yaylağı ilin hər fəslində gözəldir. Elə ki havalar isindi həm şəhərin səs-küyündən uzaqlaşmaq, həm də ruhən dincəlməyin ən ideal məkanıdır Batabat. Burada heyranedici gözəllikləri seyr etdikcə, həqiqətən, insanın ruhu sakitləşir, düşünürsən ki, bu məkan sanki rəssamın qüsursuz bir tablosudur. Bu gün burada keçirilən bu tədbir də ailəmiz üçün çox sevindirici oldu. Ona görə ki, övladlarımıza adət-ənənələrimizi, milli dəyərlərimizi aşılamağın bundan yaxşı yolu ola bilməz. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.
“Qədim diyarımız olan Naxçıvan bu gün turistlərin marağında olan ideal məkandır”, – deyən Sumqayıt şəhər sakini Solmaz İbrahimli bildirdi ki, Naxçıvan zəngin coğrafi mühiti, tarixiliyi, füsunkar təbiəti ilə buraya üz tutan hər kəsi özünə heyran edir. Buranın gözəlliyi, təmizliyi, ecazkar təbiəti haqqında çox eşitmişdim. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” atalar sözünə uyğun olaraq üz tutduq bu valehedici diyara. Müəllim yoldaşlarımızla birgə ekskursiya çərçivəsində Naxçıvanın bir çox görməli yerlərinə getdik. Qədim diyarın çoxəsrlik tarixini özündə yaşadan Möminə xatın türbəsi, Xan sarayı, Əlincəqala, zəngin təbiətin ən gözəl nümunəsi olan Ağbulaq İstirahət Mərkəzi insanı özünə valeh edir. Amma artıq getdiyimiz hər bir bölgədə gördüklərimizdən, insanların səmimiyyətindən xeyli məmnun olduq. Batabat yaylağına bir neçə gün öncə gəlməyi nəzərdə tutmuşduq. Sosial şəbəkələrdə burada keçirilən tədbir haqqında xəbər tutduğumuzdan bu məkana edəcəyimiz səfəri elə bu günə planlaşdırdıq. Nə yaxşı ki bu gün buraya üz tutmuşuq. Yaylağın əsrarəngiz görüntüsü ilə bərabər belə bir tədbirdə iştirak etmək bizim üçün çox xoş oldu. Son olaraq onu da qeyd edim ki, bütün bunlardan əlavə Naxçıvan həm də ata-babalarımızdan miras qalan adət-ənənələrin yaşadıldığı yer kimi yaddaşımda əbədi qalacaqdır.
Müstəqillik Günü – ümummilli lider Heydər Əliyevin tarixi siyasi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunması nəticəsində qazanılan möhtəşəm nailiyyətlər sayəsində bu tarixi əlamətdar gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da böyük ruh yüksəkliyi ilə qeyd olundu. Vətən azadlığı, ərazi bütövlüyu təminatı ilə yanaşı, xalqımıza milli-mənvi dəyərləri, maddi-mədəni irsimizi də yenidən bəxş edən bu ümumxalq bayramında gözəlliklər məkanı Batabatda keçirilən “Xalq yaradıcılığı günləri” də yaddaşlara ikiqat bayram ovqatı ilə yazıldı.
serqqapisi.az

Baxış sayı: 556
Bölməyə aid digər xəbərlər

7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib