19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
Xilas edilmiş xalçalar yenidən Şuşada...
Tarix: 31-08-2021 16:18 | Bölmə: Mədəniyyət
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Prezident İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı səsləndirdiyi bu xoş xəbər və Şuşanı dirçəltməklə bağlı verilən mesaj artıq bir neçə aydır ki, reallığa çevrilib. Bir müddətdir ki, Qarabağın incisi olan Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. 28 illik işğal dövründə ermənilər tərəfindən viran qoyulan, tarixi mədəni abidələri dağıdılan bu şəhərdə artıq həyat canlanmağa başlayıb. Şuşanın dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan edilməsi də mühüm tarixi əhəmiyyətə malikdir.
Bu ilin yanvarın 14-də işğaldan azad edildikdən sonra ilk dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev çıxışında erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərinin bərpa edilməsi, öz tarixi simasına geri qayıdacağının anonsunu vermişdi. Dövlət başçısı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərinin yenidən öz yerinə qoyulacağını bəyan etmişdi. Prezidentin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
İki gün əvvəl Şuşaya növbəti dəfə səfər edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Təqdimatda bildirildi ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Məlumdur ki mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşır. Şuşada bu ilin mayında 32 ildən sonra keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkilatçısı Heydər Əliyev Fondu idi. Fondun təşkilatçılığı Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli ucaldılıb. Həmçinin burada Fond tərəfindən dini abidələrimiz olan Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işləri aparılır.
Bundan əlavə, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri, Molla Pənah Vaqifin büstü, Vaqif Poeziya Günlərinin təşkilatçılığını da Heydər Əliyev Fondu həyata keçirib. Həmçinin şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri aparılıb.
Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisinin açılışı ilə tanış olublar.
Əvvəla bildirək ki, xalçaçılıq sənəti Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer qazanıb. Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət xalçaçılıq sənətindən yan keçməyib. Elə Fondun təşəbbüsüylə Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də görülən işlərin bariz nümunəsidir.
.jpg)
Yüksək estetik əhəmiyyət kəsb edən xalçaçılıq sənətinin dünyanın şah əsərləri sırasına daxil edilməsi ilə bu sənət növünün dünya dövlətləri tərəfindən qəbul edilməsinə gətirib çıxardı. Xalçaçılıq sənətinin beşiyi hesab olunan Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur.
Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. "Azərbaycan xalçaları bütün məktəbləri ilə" layihəsi kitab şəklində nəşr edilib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Ötən ilin yanvarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də nümayiş olunub.
Avqustun 30-da Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan sərgidə də Milli Xalça Muzeyinin təqdim etdiyi xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur.
Xalçaçılıq Qalereyasında diqqət çəkən məqam isə orada nümayiş edilən eksponatların 1992-ci ildə Şuşa filialından xilas edilmiş xalçalar olmasıdır. Bu bir daha onu göstərir ki, Heydər Əliyev Fondu hər zaman olduğu kimi tariximizə sahib çıxır.
Sərgi barədə təəssüratlarını “Qafqazinfo”ya bölüşən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ötən gün növbəti tarixi əhəmiyyətli günə şahidlik ediblər: “Biz Şuşaya qayıdış prosesindəyik. Şəhər dirçəlir, abidələr bərpa olunur. Hər dəfə Şuşaya gələndə görürsən ki, nələrsə bərpa olunub. Biz bu günləri həqiqətən də qürur hissiylə yaşayırıq. Milli Xalça Muzeyinin Şuşada vaxtilə 1992-ci ilə qədər filialı fəaliyyət göstərib. İşğaldan öncə muzeyimizin xalçaları və digər nümunələrin hamısı təxliyyə olundu. Xalçaların və nümunələrin hamısı Bakı müzeyinə gətirildi. İndi də Milli Xalça Muzeyində onların bir qismi daimi ekspozisiyada nümayiş olunur.
Biz bütün bu illər ərzində həsrətlə gözləyirdik ki, bu eksponatlarla Şuşaya qayıdaq. Cənab Prezidentimiz, Müzəffər Ordumuz bu sevinci bizim üçün yaşatdılar. Ötən il noyabrın 8-də Cənab Prezidentin çıxışında Şuşanın azad olunması xəbərini aldıq. Və bütün azərbaycanlılar üçün bu ən xoşbəxt gün idi. Hamı ağlayırdı. Biz belə hissləri heç vaxt keçirməmişik.
Dərhal müzeydə müzakirələr aparmağa başladıq ki, hansı eksponatları Şuşada nümayiş etdirək. Bu məqsədlə kolleksiyaya baxmağa başladıq. Bizim üçün vacib olan o idi ki, vaxtilə Şuşada Mehmandarovların iqamətgahənda olan eksponatlar burada nümayiş edilsin. Buna görə də eksponatlar arasından seçim etdik”.
Ş. Məlikova vurğulayıb ki, sərgidə ancaq Qarabağa aid olan eksponatlar nümayiş olunur:
.jpg)
“Sovet dönəmində bizim filialımızda digər bölgələrin xalçaları da sərgilənirdi. Amma bu dəfə ekspozisiyanı elə qurduq ki, ancaq Qarabağa aid olan maddi mədəniyyətin gözəlliyini göstərək. Bütün kolleksiyaları burada təqdim etdik. Sərgidə həm xovlu xalçalar, həm xovsuz xalçalar, xalça məmulatları bədii tikmə və metallar, Qarabağın gözəl qadın geyimləri nümayiş etdirilir. Hazırda burada 30-dan artıq eksponat var.
Demək olar ki eksponatların əksəriyyətı XIX əsri təmsil edir. XVIII əsrə aid olan bir unikal xalçanı da bu sərgiyə əlavə etdik. Bu da Çələbi xalçasıdır. Bu xalça keçən il Mədəniyyət Nazirliyi tərəfindən İtaliyada baş tutan yarmarkadan alınıb. Bu kollleksiya bizim Şuşa fililalımıza hədiyyə edilib. Ona görə də bu xalçanı biz burada sərgiləyirik”.
Muzey direktoru xatırladıb ki, ötən gün Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sərgini açıblar: “Fəxri qonaqlar da gəlib baxdılar. Bizim burada sərgimiz açıq olacaq. Şuşaya gələn qonaqlar mütləq bizim sərgimizi ziyarət edəcəklər. Biz gözləyirik ki, bizim Şuşada filialımız bərpa edilsin, hələ ki nümayiş edilən sərgidir. Şuşada sərginin nümayiş edilməsi Heydər Əliyev Fondunun növbəti dəfə xalça sənətinə sahib çıxdığının nümayişi idi”.

Baxış sayı: 557
Bölməyə aid digər xəbərlər

17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb