00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
20 Yanvar faciəsi İrəvan Teatrının səhnəsində
Tarix: 16-01-2020 01:23 | Bölmə: Mədəniyyət
Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 30 il əvvəl 1990-cı ildə ictimai-siyasi böhran içində yaşayan respublikamızın paytaxtında, Bakıda baş verən 20 yanvar faciəsi bütün ölkəni sarsıtdı. Bir çox sənətkarlar ruhdan düşdü, teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi. Lakin bunun çıxış yolu olmadığını anlayan görkəmli sənət adamları başa düşürdülər ki, Vətənin bu ağır günlərində xalqı ruh düşgünlüyündən xilas etmək, onun vətənpərvərlik ruhunu yüksəltmək üçün teatr əvəzsiz rol oynaya bilər. Bu məqsədlə həmin dövrdə ölkə teatrlarında vətənpərvərlik mövzulu bir sıra tamaşalar hazırlandı.
1990-cı ilin yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə erməni millətçiləri tərəfindən başladılan milli münaqişələr nəticəsində bütün qərbi azərbaycanlıların hamısı kimi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da 1989-cu ildə əmlakı əlindən alınmaqla, elə həmin dövlət tərəfindən deportasiyaya məruz qaldı, əzəli torpaqlarından didərgin salındı.
Vətən həsrəti, torpaq, yurd ağrısı, el-oba dərdi ilə nisgil dolu bir yaradıcılıq ömrü yaşayan İrəvan Azərbaycan Dram Teatrının repertuarında da 20 yanvar faciəsinə həsr olunmuş bir sıra tamaşalar vardır. 1991-ci ildə Zəlimxan Yaqubun “Didərginlər” poeması əsasında Vaqif Əsədovun quruluş verdiyi eyni adlı tamaşa faciənin ildönümündə böyük maraq və həyəcanla qarşılandı.
Qarabağ müharibəsi və SSRİ-nin dağılma ərəfəsində baş verən hadisələrə dramaturq Süleyman Rəşidi biganə qalmamış və 20 Yanvar şəhidlərinə həsr etdiyi “Allah onlara rəhmət eləsin” əsərini yazmış və pyes Vidadi Əliyev tərəfindən 1993-cü ildə tamaşaya goyuldu.
Şair-dramaturq İftixarın “Qurtuluş dastanı”adlı iki hissəli epik-tarixi dramı 1990-cı illərdə ölkəmizdə baş verən gərgin ictimai-siyasi hadisələrə və bu hadisələr fonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi fəaliyyətinə, müstəqillik yolundakı əzmkar mübarizəsinə həsr olunmuşdur. İdeya siqləti, fikir aydınlığı, daxili ideya məzmunun parlaqlığı ilə nəzəri cəlb edən pyesdə təsvir olunan konkret ictimai-siyasi hadisələr müəllif tərəfindən bədii kontekstdə təqdim edilmişdir. Əsərdə 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyevin

Azərbaycana qarşı siyasi xəttə etiraz əlaməti olaraq bəyanatla çıxış etməsi, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Milli məclisin iclas zalındakı çıxışları, Gəncə hadisələrinin baş verdiyi məqamlarda Gəncəyə gəlməsi, yaralanan insanlara baş çəkməsi hadisələri ilə diqqət çəkir.Pyesdə Heydər Əliyev obrazı ilk növbədə yüksək insani keyfiyyətləri ilə diqqət çəkir. Ulu Öndərin Bakıya döndükdən sonra Şəhidlər Xiyabanını ziyarəti zamanı onun iç dünyasından süzülüb gələn kədər poetik dillə oxucuya çatdırılır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin köməkçisiVasif Talıbovla görüşü səhnəsində söylədiyi: “Vasif, sabahkı tarixi heç vaxt unutmayın! Sabah Azərbaycanın göylərində başqa günəş doğacaqdır! Bu günəşin nuru bizi Azərbaycanın əbədi müstəqilliyinə qovuşduracaqdır”- sözləri öz əzəmətilə yaddaşlarda iz qoya bildi.

Ümummilli lider Heydər Əliyevin bədii obrazının təcəssüm olunduğu digər səhnə əsəri İftixarın “Qurtuluş” pyesi müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, bu tarixin ən parlaq səhifələrini yaradan Ümummilii lider Heydər Əliyevin mənalı ömür yoluna və çoxşaxəli siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub. Tamaşada Heydər Əliyevin Moskva, Naxçıvan, Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub. 20 Yanvar hadisələri, M.Qorbaçovla söhbəti çox maraqlı quruluşda hazırlanıb. Səhnədə baş verənləri izləyən tamaşaçı xəyalında ulu öndərin xalqın tələbi ilə hakimiyyətə gəldiyi 90-cı illərin əvvəllərinə qayıdır. Moskvada SSRİ rəhbərliyinin təqibi ilə üzləşən, təzyiqlər altında qalmasına baxmayaraq, qürurunu qoruyan Heydər Əliyevin heç nədən qorxmayaraq mübarizə apardığını xatırlayır. Ulu öndərin 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və xalqına göndərdiyi teleqramda 20 Yanvar hadisəsinin “SSRİ rəhbərliyinin
Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirməsi bir daha yada salınır. Keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun və onun havadarlarının istənilən an təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirməsi səhnələri tamaşaçıda həyəcan yaradır.
20 Yanvar faciəsinin 24-cü ildönümündə bu qanlı və şanlı tarix daha bir tamaşada səhnə həllini tapdı. İftixarın müəllifi olduğu Xalqımızın zəfər tarixi kimi 20 Yanvar hadisələrini təcəssüm etdirən “Qalx ayağa, Azərbaycan!” tamaşasında faciədən doğan ağrı ilə yanaşı, xalqımızın mübarizlik, əzmkarlıq ruhu da öz əksini tapmışdı. Meydan teatrı üslubunda hazırlanan tamaşa 20 yanvarda müstəqilliyimizin həqiqətə çevrilməsi naminə qurban gedən oğul və qızlarımızın haqqını bütün dolğunluğu ilə təcəssüm etdirə bildi.
2 hissəli mənzum tarixi dramında 20 Yanvar günü rus ordusunun vəhşicəsinə Bakıya daxil olduğu, silahsız və günahsız insanlarımızı gülləbaran etdiyi, xalqımızın matəm mərasimini ləqayətlə və qəhrəmancasına qarşıladığı, qanlı gecədə qəhrəman övladlarımızın azadlıq mücadiləsi üçün ölümün gözünə dik baxması öz əksini tapmışdır. Daha sonra müstəqilliyini əldə etmiş Azərbaycanın inkişaf prosesi, bu prosesdə Heydər Əliyevin Azərbaycanılıq məfkurəsi və azərbaycan xalqının birliyini, Qarabağ uğrunda yumruq kimi birləşərək mübarizəyə səsləyən hayqırtısını tərənnüm edən səhnələr və “Qalx ayağa, Azərbaycan!” marşının sədaları altında bütün Azərbaycan vətəndaşlarının yürüşü öz əksini tapmışdır. Bu tamaşalarda Heydər Əliyevin bədii obrazını İftixar Piriyev ifa edirdi.

Ulu öndərimizin cəsarəti ilə xalqımızın cəsarət qüdrəti həmahəng səslə bir-birinə üzvi şəkildə qovuşaraq səhnə əsərinə bədiiemosionallıqbəxş etdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Səhnə əsərində Ümummilli liderin söylədiyi bu sözlər bir daha tamaşaçılara bu fikri aşıladı ki,20 Yanvar faciəsi təkcəqanlı tarix deyil,həmdəşanlı tariximizdir. Bu şanlı tariximiz İrəvan Azərbaycan Teatrında teatrın rəhbəri, şair-dramaturq İftixar Piriyevin müəllifi və rejissoru olduğu “Azərbaycan bayrağı”, “Nurlu ömrün anları” və digər tamaşalarda da öz səhnə həllini tapmışdır. Və bu tarix məhz bugünkü müstəqilliyimizintəməlidir.
Nərminə Ağayeva
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
Baxış sayı: 1 384
Bölməyə aid digər xəbərlər
Tarix: 16-01-2020 01:23 | Bölmə: Mədəniyyət
Azərbaycanın yeni tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 30 il əvvəl 1990-cı ildə ictimai-siyasi böhran içində yaşayan respublikamızın paytaxtında, Bakıda baş verən 20 yanvar faciəsi bütün ölkəni sarsıtdı. Bir çox sənətkarlar ruhdan düşdü, teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi. Lakin bunun çıxış yolu olmadığını anlayan görkəmli sənət adamları başa düşürdülər ki, Vətənin bu ağır günlərində xalqı ruh düşgünlüyündən xilas etmək, onun vətənpərvərlik ruhunu yüksəltmək üçün teatr əvəzsiz rol oynaya bilər. Bu məqsədlə həmin dövrdə ölkə teatrlarında vətənpərvərlik mövzulu bir sıra tamaşalar hazırlandı.1990-cı ilin yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə erməni millətçiləri tərəfindən başladılan milli münaqişələr nəticəsində bütün qərbi azərbaycanlıların hamısı kimi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da 1989-cu ildə əmlakı əlindən alınmaqla, elə həmin dövlət tərəfindən deportasiyaya məruz qaldı, əzəli torpaqlarından didərgin salındı.
Vətən həsrəti, torpaq, yurd ağrısı, el-oba dərdi ilə nisgil dolu bir yaradıcılıq ömrü yaşayan İrəvan Azərbaycan Dram Teatrının repertuarında da 20 yanvar faciəsinə həsr olunmuş bir sıra tamaşalar vardır. 1991-ci ildə Zəlimxan Yaqubun “Didərginlər” poeması əsasında Vaqif Əsədovun quruluş verdiyi eyni adlı tamaşa faciənin ildönümündə böyük maraq və həyəcanla qarşılandı.
Qarabağ müharibəsi və SSRİ-nin dağılma ərəfəsində baş verən hadisələrə dramaturq Süleyman Rəşidi biganə qalmamış və 20 Yanvar şəhidlərinə həsr etdiyi “Allah onlara rəhmət eləsin” əsərini yazmış və pyes Vidadi Əliyev tərəfindən 1993-cü ildə tamaşaya goyuldu.Şair-dramaturq İftixarın “Qurtuluş dastanı”adlı iki hissəli epik-tarixi dramı 1990-cı illərdə ölkəmizdə baş verən gərgin ictimai-siyasi hadisələrə və bu hadisələr fonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi fəaliyyətinə, müstəqillik yolundakı əzmkar mübarizəsinə həsr olunmuşdur. İdeya siqləti, fikir aydınlığı, daxili ideya məzmunun parlaqlığı ilə nəzəri cəlb edən pyesdə təsvir olunan konkret ictimai-siyasi hadisələr müəllif tərəfindən bədii kontekstdə təqdim edilmişdir. Əsərdə 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyevin

Azərbaycana qarşı siyasi xəttə etiraz əlaməti olaraq bəyanatla çıxış etməsi, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Milli məclisin iclas zalındakı çıxışları, Gəncə hadisələrinin baş verdiyi məqamlarda Gəncəyə gəlməsi, yaralanan insanlara baş çəkməsi hadisələri ilə diqqət çəkir.Pyesdə Heydər Əliyev obrazı ilk növbədə yüksək insani keyfiyyətləri ilə diqqət çəkir. Ulu Öndərin Bakıya döndükdən sonra Şəhidlər Xiyabanını ziyarəti zamanı onun iç dünyasından süzülüb gələn kədər poetik dillə oxucuya çatdırılır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin köməkçisiVasif Talıbovla görüşü səhnəsində söylədiyi: “Vasif, sabahkı tarixi heç vaxt unutmayın! Sabah Azərbaycanın göylərində başqa günəş doğacaqdır! Bu günəşin nuru bizi Azərbaycanın əbədi müstəqilliyinə qovuşduracaqdır”- sözləri öz əzəmətilə yaddaşlarda iz qoya bildi.

Ümummilli lider Heydər Əliyevin bədii obrazının təcəssüm olunduğu digər səhnə əsəri İftixarın “Qurtuluş” pyesi müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, bu tarixin ən parlaq səhifələrini yaradan Ümummilii lider Heydər Əliyevin mənalı ömür yoluna və çoxşaxəli siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub. Tamaşada Heydər Əliyevin Moskva, Naxçıvan, Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub. 20 Yanvar hadisələri, M.Qorbaçovla söhbəti çox maraqlı quruluşda hazırlanıb. Səhnədə baş verənləri izləyən tamaşaçı xəyalında ulu öndərin xalqın tələbi ilə hakimiyyətə gəldiyi 90-cı illərin əvvəllərinə qayıdır. Moskvada SSRİ rəhbərliyinin təqibi ilə üzləşən, təzyiqlər altında qalmasına baxmayaraq, qürurunu qoruyan Heydər Əliyevin heç nədən qorxmayaraq mübarizə apardığını xatırlayır. Ulu öndərin 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan rəhbərliyinə və xalqına göndərdiyi teleqramda 20 Yanvar hadisəsinin “SSRİ rəhbərliyinin
Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirməsi bir daha yada salınır. Keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun və onun havadarlarının istənilən an təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirməsi səhnələri tamaşaçıda həyəcan yaradır.
20 Yanvar faciəsinin 24-cü ildönümündə bu qanlı və şanlı tarix daha bir tamaşada səhnə həllini tapdı. İftixarın müəllifi olduğu Xalqımızın zəfər tarixi kimi 20 Yanvar hadisələrini təcəssüm etdirən “Qalx ayağa, Azərbaycan!” tamaşasında faciədən doğan ağrı ilə yanaşı, xalqımızın mübarizlik, əzmkarlıq ruhu da öz əksini tapmışdı. Meydan teatrı üslubunda hazırlanan tamaşa 20 yanvarda müstəqilliyimizin həqiqətə çevrilməsi naminə qurban gedən oğul və qızlarımızın haqqını bütün dolğunluğu ilə təcəssüm etdirə bildi. 2 hissəli mənzum tarixi dramında 20 Yanvar günü rus ordusunun vəhşicəsinə Bakıya daxil olduğu, silahsız və günahsız insanlarımızı gülləbaran etdiyi, xalqımızın matəm mərasimini ləqayətlə və qəhrəmancasına qarşıladığı, qanlı gecədə qəhrəman övladlarımızın azadlıq mücadiləsi üçün ölümün gözünə dik baxması öz əksini tapmışdır. Daha sonra müstəqilliyini əldə etmiş Azərbaycanın inkişaf prosesi, bu prosesdə Heydər Əliyevin Azərbaycanılıq məfkurəsi və azərbaycan xalqının birliyini, Qarabağ uğrunda yumruq kimi birləşərək mübarizəyə səsləyən hayqırtısını tərənnüm edən səhnələr və “Qalx ayağa, Azərbaycan!” marşının sədaları altında bütün Azərbaycan vətəndaşlarının yürüşü öz əksini tapmışdır. Bu tamaşalarda Heydər Əliyevin bədii obrazını İftixar Piriyev ifa edirdi.

Ulu öndərimizin cəsarəti ilə xalqımızın cəsarət qüdrəti həmahəng səslə bir-birinə üzvi şəkildə qovuşaraq səhnə əsərinə bədiiemosionallıqbəxş etdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.
Səhnə əsərində Ümummilli liderin söylədiyi bu sözlər bir daha tamaşaçılara bu fikri aşıladı ki,20 Yanvar faciəsi təkcəqanlı tarix deyil,həmdəşanlı tariximizdir. Bu şanlı tariximiz İrəvan Azərbaycan Teatrında teatrın rəhbəri, şair-dramaturq İftixar Piriyevin müəllifi və rejissoru olduğu “Azərbaycan bayrağı”, “Nurlu ömrün anları” və digər tamaşalarda da öz səhnə həllini tapmışdır. Və bu tarix məhz bugünkü müstəqilliyimizintəməlidir.
Nərminə Ağayeva
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
Baxış sayı: 1 384
Bölməyə aid digər xəbərlər
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb













