Bütün xəbərlər
Putin: "Rusiya Ərəb Liqası ilə birgə sammit keçirməyi planlaşdırır"
Tarix: 22-04-2025 18:09 | Bölmə: Manşet

Rusiya 2025-ci ildə Rusiya ilə Ərəb Dövlətləri Liqası arasında sammit keçirməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Oman sultanı Heysam bin Tariq Əl Səidlə görüşündə bildirib.
O, bu ideyanın Rusiyanın ərəb dünyasındakı bir çox dostları tərəfindən dəstəkləndiyini vurğulayaraq, görüşdə Sultan Heysəmin də iştirak edəcəyinə ümid etdiyini bildirib.
"Biz bu il Rusiya ilə ərəb ölkələri arasında sammit keçirməyi planlaşdırırıq. Ərəb dünyasındakı dostlarımızın çoxu bu ideyanı dəstəkləyir. Əlahəzrət, vaxt tapsanız, sizi Ərəb Dövlətləri Liqasının və Rusiyanın bu sammitində görməkdən şad olarıq", - Rusiya prezidenti deyib.
Bundan əvvəl Oman sultanı Heysəm bin Tariq Əl Səid Moskvaya dövlət səfərinə gəlib.
Kremlin mətbuat xidməti bəyan edib ki, Vladimir Putin və Sultan Heysam Fələstin-İsrail münaqişəsini, Suriyadakı vəziyyəti, həmçinin OPEC+ çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.
Danışıqların dövlət ziyafəti formatında baş tutacağı gözlənilir. Rusiya prezidenti 10-a yaxın saziş imzalamağı planlaşdırır, onlardan biri adi pasport sahibləri üçün vizaların ləğvi ilə bağlı.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər