14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Jalə Əliyeva dünya çempionu oldu
Tarix: 25-10-2024 23:25 | Bölmə: Manşet

                    jale-eliyeva-dunya-cempionu-oldu



Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.
Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Ruzanna Məmmədova (62 kiloqram) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabı ilə məğlub olub.








Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər