Bütün xəbərlər
NATO ölkələri REPMUS 24 təlimi zamanı mina əleyhinə tədbirlərdə İHA-lardan istifadə ediblər
Tarix: 28-09-2024 12:50 | Bölmə: Manşet

REPMUS 24 təlimləri Portuqaliyada başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Defense24” məlumat yayıb. Portalın məlumatına görə, müttəfiqlər təkcə hava gəmilərini deyil, həm də dəniz və sualtı nəqliyyat vasitələrini sınaqdan keçiriblər.
"Biz yeni texnologiyalar üzərində təcrübə aparırıq. İnanırıq ki, yeni dəniz pilotsuz sistemlərinin inkişafı bizim saxlanma imkanlarımızı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq", - Ceyms Appaturay deyir.
REPMUS 24 iştirakçıları minalardan müdafiə çərçivəsində dronları da sınaqdan keçiriblər.
"Döyüş meydanında pilotsuz nəqliyyat vasitələrinin rolu artacaq və NATO buna hazır olmalıdır", - Portuqaliya Hərbi Dəniz Qüvvələrinin yüksək səviyyəli komandiri əlavə edib.


Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər