Bütün xəbərlər
Bayden koronavirusa yoluxub
Tarix: 18-07-2024 09:10 | Bölmə: Manşet

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin koronavirus testinin müsbət çıxdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bu gün Las-Veqasdakı ilk tədbirindən sonra prezident Bayden COVID-19 üçün müsbət test aldı", - RİA Novosti mətbuat katibindən sitat gətirib.
Qeyd olunur ki, dövlət başçısı peyvənd olunub və xəstəliyin yüngül simptomları müşahidə olunur. Bayden Delaverdəki iqamətgahında özünü təcrid edəcək və prezident kimi xidmətini davam etdirəcək.




Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər