Bütün xəbərlər
Putin: "Rəisi nümayəndə heyətinin Rusiya helikopterləri ilə uçuşu problemsiz keçib"
Tarix: 24-05-2024 19:59 | Bölmə: Manşet


Rusiya prezidenti Vladimir Putin bildirib ki, İran prezidenti İbrahim Rəisini Rusiya helikopterlərində müşayiət edən şəxslər uçuşu problemsiz başa vurublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Rusiya-Belarus danışıqlarından sonra jurnalistlərlə söhbəti zamanı qeyd edib: “Müşayiət edən şəxslər Rusiya istehsalı olan helikopterlərdə eyni şəraitdə, faktiki olaraq eyni dəhlizdə uçublar.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopter bazar günü ölkənin şimal-qərbində qəzaya uğrayıb. Mayın 20-də səhər İranın vitse-prezidenti Möhsün Mənsuri İran liderinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.
Hadisəni araşdırmaq üçün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri komissiya təyin edib. Respublikanın Rusiya Federasiyasındakı səfirinin sözlərinə görə, nəticələr İranın Ali Rəhbərinə və ictimaiyyətə təqdim olunacaq.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub