Bütün xəbərlər
Peskov İlon Maska “çevrildi”
Tarix: 24-11-2023 16:31 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sberbank mütəxəssisləri tərəfindən yaradılmış deepfake xidmətini sınaqdan keçirərək İlon Maska “çevrildi”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, “Süni intellekt dünyasına səyahət” konfransı çərçivəsində keçirilən sərgidə baş verib. Ziyarətçilər İlon Maskın obrazından əlavə aktrisa Emma Uotsonun üzünü “sınaya” bilərdilər – neyron şəbəkə texnologiyası videonu real vaxtda çevirir.
Jurnalistlərin “deepfakes”lə mübarizənin mümkün yolları barədə sualına Peskov bu cür alqoritmlərin işinin aşkar ediləcəyinə əminliyini və şirkətin bu cür texnoloji hiylələri müəyyən etmək üçün həllər hazırlamasından məmnun olduğunu bildirib. "Uşaqlar alqoritmlər hazırlayır, bu, çox gözəldir" deyib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub