Bütün xəbərlər
Stoltenberq: "Biz Kosovonun NATO-ya daxil olması məsələsini müzakirə edirik"
Tarix: 20-11-2023 20:22 | Bölmə: Manşet

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Kosovonun NATO-ya daxil olması ilə bağlı qərar alyansın bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilməlidir; tərəflər artıq bu məsələni müzakirə edirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NATO Qərbi Balkanlardakı hərbi mövcudluğunu nəzərdən keçirir, Stoltenberq bir çox ölkələr tərəfindən tanınmayan Kosovoya səfərindən sonra keçirilən mətbuat konfransında qeyd edib.
Söhbət NATO-nun Bosniya və Herseqovina, eləcə də Kosovodakı hərbi mövcudluğunun nəzərdən keçirilməsindən gedir. “Biz yeni münaqişələrin qarşısını almaq üçün mövcudluğumuzu daimi əsasda artırmağın lazım olub-olmamasını nəzərdən keçiririk”, - Stoltenberq bildirib.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub