Bütün xəbərlər
Arif Alışanov vəzifəsindən azad olunub
Tarix: 15-01-2019 17:59 | Bölmə: Manşet

                                


Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.
R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.







Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər