18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
Berdiməhəmmədov: Türkmənistan və Azərbaycan xalqları vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir
Tarix: 23-11-2018 02:25 | Bölmə: Manşet
Türkmənistan və Azərbaycan xalqları vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir.
Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Qurbanqulu Berdiməhəmmədov qeyd edib:
"Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və onun nümayəndə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istərdim ki, dəvətimizi qəbul edib mehriban qonşunuz, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəlimisiniz. Buna görə biz sizə bir daha minnətdarıq.
Demək istərdim ki, biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq. Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim - həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.
Türkmənistan Prezidenti deyib ki, iki ölkəni birləşdirən ümumi məsələlər üzrə fikir mübadiləsi aparılıb:
"Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq.
Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri - kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni, bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək.
Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı.
Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, buna görə də mən sizin diqqətinizi iki məsələyə yönəltmək istərdim. Birincisi nəqliyyat məsələləridir. Biz dedik ki, tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istərdik. Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək".
Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var:
"Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, artıq Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk. Biz istər beynəlxalq siyasətə, istər də başqa istiqamətlərə aid bütün məsələlərdə ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəli addımlar atırıq. İndiki halda biz Bakı-Tbilisi-Qars kimi yaxşı infrastrukturun olduğu TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı xətti ilə gedə bilərik. Belə nümunələr çoxdur. Bunun əsasında noyabrın 28-də böyük beynəlxalq konfrans keçirəcəyik. Düşünürəm ki, bu gün biz həmin iştirakçı ölkələrin üzvlərinə müəyyən güzəştlər edə bilərdik. Deyək ki, güzəştli tariflər və sair. Burada əsas məsələ düzgün logistikanı inkişaf etdirməkdən ibarətdir.
Demək istədiyim ikinci məsələ odur ki, biz bu gün sənədlər paketi ilə yanaşı, 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Yəni, bu, bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik. Hərçənd indi bizdə çox yaxşı tendensiya gedir, yəni, biz artıq öz statistikamızı bildirdik. Qeyd etdik ki, hər il müəyyən faiz artım var, deyək ki, əvvəlki illə müqayisədə 17 faiz artım olub. Biz elə bu ruhda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyamıza üstünlük veririk. Buna görə də mən xüsusi qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib. Ən əsası gələcək əməkdaşlığa doğru yaxşı meyl var. Buna görə də mən fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının hörmətli Prezidentinə onun şəxsi töhfəsinə, bizim xalqlarımız və ölkələrimiz arasında dostluq tellərinin möhkəmlənməsi üçün etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, ali dövləti fəaliyyətində böyük uğurlar, bütün qardaş Azərbaycan xalqına isə ən yaxşı rifah və tərəqqi arzulayıram. Diqqətə görə təşəkkür edirəm".
Baxış sayı: 402
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.