12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
5000-ci “Ekspress”...Təbrik edirik!
Tarix: 31-10-2018 16:38 | Bölmə: Manşet
Bu gün “Ekspress” qəzetinin 5000-ci sayı çapdan çıxdı. 5000 sayı özlüyündə bir tarixdir. Demək, “Ekspress” tarix yazır. 5000-ə 23 illik yolla gəlib çatdıq. Həmişə başqalarından yazmışıq, başqalarını dinləmişik. Bu dəfə isə özümüz özümüzdən danışacağıq. Beləlikə, bu meydan, bu biz...
Qalib İbrahimoğlu -
Baş redaktor əvəzi:
Bayram bayrama qarışdı bu ay. Qəzetimizin 23 illiyi, ardınca 5000-ci sayımız.
Ötən illər ərzində yolumuz heç də hamar olmadı. İtirdiklərimiz də oldu, qazandıqlarımız da. Qəzetimizin qurucusu Müşfiq Səfiyevi, məsul katib Azər Tahiri, səhifələyici Baxşəli Süleymanovu rəhmətlə yad edirik.
Həyat davam edir. “Ekspress” də adı kimi sürətlə irəliləyir. Artıq 5000-ci sayımızı oxuyursunuz. Qəzetin ayaqda durmasında, bugünədək gəlib çıxmasında zəhməti olan hər kəsə təşəkkürlər!
“Ekspress” bir məktəbdir. Və bu məktəbdə oxuyub təhsil almaq sözün əsl mənasında qürurvericidir.
Əgər bu gün fəxrlə, qürurla “Biz “Ekspress”çilərik” deyə biliriksə, nə xoş bizlərə...
Valeh İsmayılov - Redaktor:
Adi, sıradan, birnəfəsə oxunan cümlədi: bu gün “Ekspress” qəzetinin 5000-ci sayı işıq üzü gördü! Amma hamı üçün yox. Şəxsən mənim üçün heç yox. Mən bu bir neçə kəlməlik cümləni həyəcansız dilə gətirə bilmərəm. Çünki ömrümün düz 20 ili “Ekspress”lə bağlıdı. “Ekspress”in 23 yaşı var. Bir neçə gün əvvəl qeyd elədik. Mənsə bu 23 ilin 20 ilini, xüsusən də redaktor olduğum son 18 il yarımını hər günə bu qəzetlə başlamışam, hər günü bu qəzetlə başa vurmuşam. Nə az-nə çox- düz 5000 gün! “Podşivka”sı gün-gün, ay-ay gözümün önündə qalınlaşıb qalaqlanıb, otaqlara sığmayıb...
Yaxşı günü yaxşı günüm olub, pis günü pis günüm olub “Ekspress”in. Amma hər günü, hər saatı, hər anı əzizdi. Hər sayı doğmadı. Və bu, həmişə belə qalacaq.
5000-ci sayımız mübarək!
Bu münasibətlə ilk növbədə “Ekspress”in sadiq oxucularını təbrik edirəm. Sonra da qəzetin yaşamasında əməyi, rolu olanları, hər sayının ərsəyə gəlməsində zəhməti olan həmkarlarımı, ən sonda da özümü təbrik edirəm.
Vahid Rəhimov - Texniki direktor:
“Ekspress” mənim üçün bir məktəbdir. Burda yeni dostlar qazandım, gözəl insanlarla tanış oldum, Azərbaycanın mədəni, elmi, siyasi və ictimai həyatında əməyi olan insanları yaxından görüb tanıya bildim. Həyatımın ən əlamətdar hadisəsi - ailə qurmağım da “EKSPRESS”də oldu. 20 ildir ki, üzvü olduğum doğma qəzetin 5000-ci sayının işıq üzü görməsində payım olduğuna görə qürur duyuram. “EKSPRESS”çiləri təbrik edirəm, gün o gün olsun ki, qəzetimizin 10000-ci sayını, 50 yaşını qeyd edək.
İntiqam Məmmədov - Müxbir
“Ekspress” qəzetinin əməkdaşları sırasında olmağımla çox öyünür və fəxr edirəm. 19 ildir ki, bu qəzetdə çalışıram. Uzun illərdir ki, qəzet bizim, biz də onun yükünü yorulmadan daşıyırıq.
“Ekspress”, adından da məlum olduğu kimi bərkgedən deməkdir. Azərbaycanın media eşelonuna daxil olduğu gündən bu qəzetin öz oxucuları olub və onların sayı getdikcə artıb.
“Ekspres” həmişə ölkə mediasının ön sıralarında yer alan, bir növ “lokomotiv” rolunu oynayan mətbu orqanlardan biri olub.
Bu gün də öz missiyasını şərəflə yerinə yetirən “Ekspress”in bütün əməkdaşlarını təbrik edirəm. Bu qəzet bizlər üçün çox əzizdir. Çünki bu redaksiya bütün əməkdaşlar üçün ikinci ev sayılır. Günümüzün çox hissəsi bu məkanda keçir. Bərkgedən qəzetimizə bundan sonra da bərk getməyi, öncüllər arasında olmağı və öz təmiz adını qorumağı arzulayıram.
Ulduzə Qaraqızı - Müxbir
“Ekspress” qəzeti haqqında fikir söyləmək asan olduğu qədər də çətindir. Çünki söhbət tələbəlik illərindən çalışdığım, söz sahibi olduğum bir mətbu orqanının 23-cü ilini başa vurmasından və 5000-ci nömrəsinin yayınına hazırlaşmasından gedir. Bu illəri yaşayan “Ekspress”çilər hər mənada çox fədakarlıqlar edib.
Hər gün qəzet çıxarmaq və hər gün demək olar ki, 3 növbəli işləmək və hər il müxtəlif rubrikalar hazırlamaq, onlarla, yüzlərlə müsahibləri danışdırmaq, onların fəaliyyətini geniş işıqlandırmaq və əksər vaxtlarda onların hər birini redaksiyamızda qonaq etmək, hələ onu demirəm ki, əksər müsahiblərin kaprizlərinə dayanmaq, bəzən bir tikə çörək yeməyə vaxt tapmamaq, bəzən isə aylarla əmək haqqı almadan çalışmaq... heç də asan deyil.
Qəzetçilik, çox böyük məsuliyyət tələb edən bir sahədir və bu məsuliyyətin öhdəsindən gəlmək məcburiyyətindəsən. Zənnimcə, mətbuat, sözün həqiqi mənasında işini sevərək görənlərin, vicdanla çalışanların yeridir.
Əziz “Ekspress”çilər, 5000-ci nömrəmiz xeyirli-uğurlu olsun.
Q.Həmidoğlu:
“Ekspress” tarixi yubiley sayına çatdı. Ölkəmizin tanınmış media orqanlarından olan qəzetin 5000-ci sayı bu gün işıq üzü gördü.
5000 - başlı-başına, şərhsiz və tərifsiz tarix deməkdir. Yəni, bu saya çatmaq üçün “Ekspress” 23 il yol ölçüb. Azərbaycanda az-az qəzet bu saya çatıb və hətta bir vaxtlar məşhur olan media orqanları belə yubileyi görmədən qapanıb. Bu anlamda 5000 möhtəşəm yubiley sayıdır.
Böyük Mirzə Cəlil məşhur jurnalına belə qiymət vermişdi: “Molla Nəsrəddin”i zəmanə yaratdı”. Amma şərtlər bu satirik dərginin yaşamasına əngəl oldu...
“Ekspress”i də zəmanə yaratdı. Və şərtlər imkan verəcək ki, bu fərqli qəzetin 10 000-ci sayı da işıq üzü görəcək.
Namiq Məmmədli - Müxbir
20 ildən artıqdır ki, “Ekspress” qəzetində işləyirəm. Çətin günlərdə də, xoş günlərdə də bu qəzetin sıralarında olmuşam. Artıq qəzetimizin 5000-ci sayı işıq üzü gördü. Hər zaman öz nüfuzunu, çəkisini qoruyub saxlayan, öz üslub, yazı tərzi, peşəkar yazıları ilə cəmiyyətdə hörmət qazanan bu qəzetdə işləməyimlə fəxr edirəm, qürur duyuram.
Bu qəzetin ərsəyə gəlməsində, inkişafında rolu olan insanların, həmkarlarımın hamısını səmimi qəlbdən təbrik edirəm, onlara can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Qoy Azərbaycanın mətbuat tarixində nüfuzlu, sanballı qəzet kimi qalan “Ekspress” öz çapını heç vaxt dayandırmasın. Dünya səviyyəli qəzetlərin sırasında olsun. Onun yubileyi dövlət səviyyəsində qeyd olunsun. Qəzetimizin 10 mininci nömrəsini görmək bizə də nəsib olsun!
Könül Abbasova - Dizayner
Düz 21 ildir ki, “Ekspress” qəzetində çalışıram. “Ekspress” qəzeti mənim üçün tək iş yeri yox, həm də ailəm olub. Burda gözəl insanlarla tanış olmuşam, və onlarla birgə çalışdığım üçün özümü xoşbəxt sayıram və qürur duyuram. Bu gözəl gün münasibətilə həm özümü, həm də kollektivimizi təbrik edirəm.
Aqil Aslan - Müxbir:
Artıq 18 ildən çoxdur ki, bu redaksiyada çalışıram. Ona görə də “Ekspress” mənim üçün doğma qəzetdir. Kollektivin hər bir üzvü ilə gözəl münasibətlərim var. Uzun illər çalışdığım iş yoldaşlarım həm də mənim dostlarımdır. Redaksiyada yaradıcılıq üçün də yaxşı mühit formalaşıb. Bəxtim gətirib ki, Azərbaycanın obyektiv, qərəzsiz, tərəfsiz bir mətbuat orqanında işləyirəm və çox şadam ki, qəzetimizin minlərlə sayında mənim də imzam var.
Vasif Cəfərov - Müxbir
“Ekspress”də təxminən 10 ildir ki, çalışıram. Bundan öncə də bir neçə il qəzeti daim izləmişəm. “Ekspress” hər zaman öz dəsti-xətti ilə seçilib, müstəqil mövqeyini qoruyub, obyektiv olub. Qəzetimizə bundan sonra da öz dəsti-xəttini qorumaqla yubileylərini qeyd etməyi arzulayıram!
Aynurə Məmmədova - Müxbir
“Ekspress” uzun və şərəfli yol keçib. Azərbaycan media məkanında obyektivliyi, peşəkarlığı ilə seçilən nəşrlərdəndir. Onun nüfuzu məhz çoxsaylı oxucularını, geniş auditoriyanı müstəqil mövqe ilə təmin etməsilə şərtlənir. “Ekspress” qəzeti, həmçinin jurnalist etikasına ciddi riayət edən, ictimai maraqları əsas tutan azsaylı KİV-lərdəndir. Qəzet müasir dövrlə ayaqlaşa bilir və çap mediası üçün asan olmayan zamanlarda maraqlı təhlillər, araşdırmalar, sosial mövzuların tədqiq edilməsi ilə rəğbət qazanır. Qəzet hər gün oxucuların marağına səbəb olacaq ciddi yazılarla çıxış edir.
“Ekspress” qəzeti həqiqəti olduğu kimi əks etdirməsi, adına heç vaxt ləkə gəlməməsi ilə seçilir. Qəzetin əməkdaşları öz vəzifə borclarını layiqincə yerinə yetirir, jurnalistikanın etik normalarına həmişə riayət ediblər.
“Ekspess”in 5000-ci sayının işıq üzü görməsi münasibətilə kollektivimizi təbrik edir, hər birinə yeni-yeni uğurlar arzulayıram.
Azad Xəlil - Müxbir
23 ilə 5000 min tiraj. Möhtəşəm göstəricidir. Qürur duyuram ki, qəzetimizin mövcud olduğu 23 ilin 16 ilini burada çalışmışam. Deməli, bu 5000 sayın hardasa 4000-də mənim də zəhmət payım olub.
Bu əlamətdar tarix münasibətilə kollektivimizi təbrik edirəm. O gün olsun ki, “Ekspress”in on mininci sayı işıq üzü görsün.
Rövşən Məmmədov - Müxbir
23 ildir Azərbaycanın media sahəsində öz yerini tutan “Ekspress” qəzeti bu gün 5000-ci yubiley sayının çıxmasını qeyd edəcək. Hər nəşr orqanına belə, bu saya çatmaq qismət olmur. Bu nailiyyət ilk növbədə kollektivin böyük zəhmətinin nəticəsidir.
“Ekspress” qəzetini digər mətbuat vasitələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun Azərbaycanın milli maraqlarını, mənafelərini öz fəaliyyətində nəzərə almasıdır. Qəzetimiz Azərbaycan dövlətinin maraqlarını müdafiə etməklə yanaşı, onun iqtisadiyyatı, tarixi, incəsənəti, ədəbiyyatı, idmanı və digər sahələrinin işıqlandırılmasına xüsusi diqqət verib. Burada çalışan əməkdaşların milli və dövlət maraqlarının təmin edilməsi istiqamətindəki fəaliyyətləri təqdirəlayiqdir. Ümid edirəm ki, milli-mənəvi dəyərlərə söykənən, yenilikçiliyini qoruyan, bununla belə, bəşəriliklə milliliyi, yeniliklə ənənəni çox peşəkar şəkildə qovuşdura bilən “Ekspress” qəzeti bundan sonra da özünün fərqliliyini qoruyub saxlayacaq.
Baxış sayı: 494
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.