12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
Dünyanın Məmmədi-Qorxmaz Ibrahimli
Tarix: 13-10-2018 05:56 | Bölmə: Manşet

Hər gün saat 00.00-da Mark mənə mesaj verir ki, hansı dostun ad günüdü. Bu gün Məmməd İnfil oğlu İbrahimovun ad günüdü. Məmməd Arazın.
Məmməd Araz tədbir, törən, təqvim adamı olmayıb - bildiyim qədərincə.
Və Məmməd Məmməd olanda ortada çox adam, çox mükafat, çox titul əziyyət çəkirdi.
O adamlar, o mükafatlar, o titullar Məmməddən sonra idi! Amma ən axırda ona qıydılar!
Dədəm Məmməddən tutmuş Azərbaycanın bütün qalan Məmmədlərinin (təkcə "Masallı Mamed" istisnadı) günahını yuyacaq, Qiyamət günü "Məmməd mənəm, mən Məmmədə bağışla bunları, İlahi" deyəcək qədər saf bir kişi kimi tanıdım bu Məmməd Araz adında İşığı!
Bilirsiniz, mən desəm də, deməsəm də, Azərbaycanın şair-yazıçı tayfası diri çıxmadı sovet dönəmindən, lap elə müstəqillik vaxtlarında da. Bir az da sərt desək: kişi çıxmadılar. Rəhmətlik Ağamalı Sadiq Əfəndi demişkən:
Çox da qaralama fələk deyənə
Sənin də oğlundan kişi çıxmadı.
Bu və ya digər formada: biri vəzifə üçün dost satdı, biri ev, mandat üçün hər şeyindən keçdi, biri qorxusundan xalqının əleyhinə bəyanat imzaladı, biri türməyə getməsin deyə nə dedilər qol çəkdi, nə istədilər yazdı, nə dedilər elədi.
Şablon desək, "xalq şairi", "xalq yazıçısı" adını aldılar, xalqın şairi, yazıçısı olmadılar, laureat oldular, cəngavər olmadılar, deputat oldular, kavaler ola bilmədilər...
Hər şairin, hər yazıçının vedrəsi birinin əlindədi - yoxdu eləsi ki, sındığından kimsənin xəbəri olmasın, kimsəyə qarşı nakişilik eləməsin, kimsənin haqqını yeməsin, kiminsə əl quzusu olmasın! Hələ ən yaxşı halda deyirəm ha! Hələ "kaqebe" xətti ilə xalqını yuxuya verən "cahanşümul əsərlərə" imzanı yox!
Səlahiyyətlisi xalqının əleyhinə oldu, səlahiyyətsizi dostunu satdı, vurdu, yıxdı, sıradan çıxardı, bunların heç birini də etməyən ən pisini etdi: ya içdi, ailəsini məhv etdi, daha pis əməlin yiyəsi oldu, ya da vurdu yıxdı getdi, türmələrdə çürüdü!
Kişi ola biləcəklərin də sürgündə, türmədə öləni öldü, qalanı da... son anda... qırıldı!
Məmməd Araz etmədi bunları!
Kimsə deyə bilmədi: Məmməd məni satdı, Məmməd dediyini təkzib etdi, Məmməd daldeylərdə əleyhimə izahat yazdı, Məmməd filan xanımın evini yıxdı, Məmməd dostunun qızını belə işə götürdü, neylədi!
Məmməd şair kimi yaşadı!
Məmməd xeyirxah insan kimi yaşadı!
Məmməd dünyaya bir də xatırlatdı: bu dünyanın Məhəmmədi varsa da, unutmayın ki, bu dünyanın həm də Məmmədi var!
Bax, bu yazını bu bir cümləyə görə yazıram: Məmməd yeriyə bilmədi! Yeriyə bilsə idi... özü dünyaya çıxardı, ona doğru gedirdi. Gedirdi ki, desin: Mən Azərbaycanın Məmmədiyəm!
Amma... yeriyə bilmədi! Danışa bilmədi!
Qolundan tutmağa, Onun dedyini deməyə, aparıb mənzil başına çatdırmağa ikinci bir kimsəni isə Azərbaycan görməyib, yoxdu, görməyəcək də!
... Həmişə Məmməd Arazın "Azərbaycan" nəşriyyatına gəlməyinə, görməyimə, varlığına tamaşa etməkdən zövq almışam və tamaşa edəndən sonra çıxıb getmişəm - ayrı yazıda açmasını vermişəm.
Bir dəfə isə...
Hər dəfə "Ata" deyəndə bütün ruhuyla, baxışı, mimikası, tərpənişiylə belə adını çəkdiyi validinə bağlı ehtizaz, furor yaradan xanım dostuma danışdım. Danışdım ki, allahı qəzəbləndirməsin! Danışdım ki, dözmürdüm bu xanımın çox cavan rəhmətə getmiş Ata yanğısına. İndinin özündə belə qulağımda "Ata" frekansı qasırğalar qoparır! Gözlərim birbaşa Günəşə baxırmış kimi necə tutulursa, yaşlanırsa, "Ata" dediyində baxışı, mimikası hər qımıltısı belə məni o cür darmadağın edirdi. Bacara bilmirdim ən çox xətrini istədiyim bu xanımın, belə deyək, ən söyər yerinə, müqəddəs inancına nüfuz etmək, ağıl, təsəlli vermək. Həm də... bu ağrıya, nə qədər möhtəşəm olsam da, daha çiyinlərim tab gətirmirdi!
Məmməd Arazı birlikdə gördük nəşriyyatın qabağında...
Yaman kövrəldi. Eynən Atası üçün varından yox olduğu kimi...
Hövsanda dənizin zir-zibilli sahilində (çoxdandı olmuram oyanlarda, deyirlər indi yaxşıdı) təsəlli üçün danışmağa başladım, özümü medium, ekstrasens, nə bilim psixoloq, daha nə kimi apararaq:
- Ata rəhmətə gedəndə raykom kim idi?
- Filankəs!
- Necə adam idi?
- Belə də, tipik raykom katibi!
- Şorgöz. Rayonda ən gözəl xanımlara tamah salan, eləmi?
- Day o qədər də yox, amma həm də... hə! Birincinin qohumuydu!
- Bax, Ata rəhmətə getməsəydi, idarə müdiriydi, xəstəxanada işləyən Ana da çox gözəl həkim. Raykom da "tipik katib". Təsadüfənmi görərdilər, xəbərmi verərdilər, tamah salardı Anaya, Ata götürüb öldürərdi, tutardılar, bütün nəsliniz məhrum olardı oxumaqdan, qızlarınız bədnam olardı... Bəzən Allahın hökmüylə razılaşmaq lazımdı!
İnanmayan özü bilər: o xanım sadəcə məni rayona aparıb valideynlərinin qəbrini göstərdi... Allah hər ikisinə rəhmət eləsin, başdaşılarındakı şəkillərdən iki heyrətamiz gözəllik boylanırdı və hətta vəfat etmələrinə baxmayaraq, kişiyə qadınların, qadına kişilərin tamah salmayacağını ağıldan uzaq tutmaq olmurdu!!!

Və... xanım sonradan etiraf etdi ki, biz elə sən deyən səbəbdən köçdük rayondan, ancaq təsəllimiz vardı və inanırdıq ki, Ata sağ olsaydı, bizə kimsə həqarət etməzdi. Amma sən haqlısan...
Bunu Ata adı gələndə varından yox olan xanım dostuma Məmməd Araza görə danışdım:
- Məmməd Araz bu xalq üçün Böyük qalsın deyə, Dəyər olsun deyə, Şair adına and yeri olsun deyə... Allah onun səhhətinə göz yumur!
Məmməd Arazı görmək səadətimə görə sorğu-sual günündə "o dünyada nədən, kimdən razı qaldın" deyiləndə, deyəcəm:
- Mən Şair gördüm - ləyaqətli və mərd! Heç kimi satmayan, heç kimə xəyanət etməyən, xalqına yalan deməyən! Təkcə ölkəmin və xalqımın yox, həm də Dünya üçün Ad olan Məmməd Arazın özünə və Şairliyinə görə o dünyamdan razıyam!
... Arada oturub fikirləşirəm, çox vaxt da yazmaq istəyirəm: kim deyə bilər: Nizami Gəncəvi, Məhəmməd Füzuli neçə köpüylük kişi olublar? Heç kim cavab verəsi deyil. Cavablar uydurma da ola bilər. Yalan da, doğru da. Amma məni inandırmaz! Mən bəzən müasir şair və yazıçılarımızın özlərindən və əsərlərindən yazanda çalışıram ki, çox da "pereborşit" eləməyim. Nə qədər olmasa da, gələcəkdə kimin kim olmağı yox, nə yazmağı önəm kəsb edəcək. Elə mənim üçün də bəzən bu meyar əsas olur. Amma bir orası da var ki, mən də xoşbəxt olmaq istəyirəm. Mən də istəyirəm ki, müasirim olan bu insanlarla fəxr edim. Tarix üçün yazım ki, bu dahi insan həm də kişiydi, mərd idi, ləyaqətliydi!
Mən bunu hələ ki, təkcə və təkcə Məmməd Araz haqqında yaza bilirəm. Başqası yoxdu ki, mən yazmasam da, başqası yazsın!
İndi sağ olan ikicütbirtək təqdir olunası yazarların xətrinə dəyə bilər, amma qoy deyim, hələ ki yaşayırsınız, bilmək olmaz, siz son nəfəsəcən bu mərdliyi qoruya biləcəksiniz Məmməd Araz kimi, ya yox? - əlbəttə ki, qoruya bilənlərdən yazmağa mütləq bir Aydın Canıyev tapılacaq!
Söz Məmməd Arazdan getdiyi üçün, elə Məmməd Arazdan danışdım... və yazıya nöqtə qoyuram!
Bu gün 85 yaşı olacaqdı. Sosial şəbəkədə oxuduğuma görə, tədbir də keçirilib. Bəlkə də bu sətirlər oxunanda qəbri də ziyarət olunacaq! Ancaq mənim deyəcəyim odu ki, əzizlərim, bilin və unutmayın, 850 ildən sonra da bu imza elə bu ucalıqdan seviləcək. Çoxlarının çox zibili, Məmməd Arazın isə böyüklüyü, əbədiliyi üzə çıxacaq!
Bu qədər... indi də gəlin mənimlə birgə "Sizə yetim deyən olsa" şeirini oxuyaq. Çünki siz Məmməd Arazın o biri şeirlərini oxuyub əməl edən deyilsiniz.
"Azərbaycan deyəndə ayağa qalx ki..."
Hanı... qalxdın ayağa, ay mənim əziz oxucum?
...Mən əyilməz ata adı saxladım,
Vicdanımı ovuclara sağmadım.
Bu dünyanın məhvərini laxladın,
Sizə "yetim" deyən olsa, qızlarım!
Demək, günəş yer üzünə qarğıyıb,
Demək, sənə, Vətən eşqim, qar yağıb.
Demək, kardı Azərbaycan torpağı –
Sizə "yetim" deyən olsa, qızlarım!
SÖZARDI: Mən kitablardan ləyaqət haqqında çox fikirlər oxumuşdum, amma görkəmli ictimai-siyasi, dövlət xadimi, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətlərin birində bildirdi ki, ləyaqət hər kəsin özünə aid, öz əlində və özündən asılı olanı qoruya bilməsidir!
Məmməd Araz bu baxımdan qənirsizdir. Gerisi təfərrüat!!!
Sabaha-inamla.az
Baxış sayı: 1 055
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.