12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
Siyavuş Novruzov: Bəzi “siyasi oyunbazlar” Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çevirərək öz maraqlarını təmin etməyə çalışırlar
Tarix: 01-10-2018 12:59 | Bölmə: Manşet
“Azərbaycan dövləti Ermənistanın işğalçı siyasəti nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qətiyyətli mövqeyini və siyasətini davam etdirir”.
Trend-in məlumatına görə, bu fikri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar zəruri addımlar atılır: “Danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi birmənalı şəkildə ifadə edilir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı, Azərbaycan Ordusunun gücləndirilməsi – ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Paytaxt Bakıda keçirilən son iki möhtəşəm hərbi parad ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Digər tərəfdən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə və onun nəticələrinin aradan qaldırılmasına olan münasibətini əks etdirir. Bütövlükdə isə, Azərbaycan iqtidarı və xalqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sıx birlik nümayiş etdirir”.
YAP İcra katibinin müavini vurğulayıb ki, Azərbaycan cəmiyyətində heç bir nüfuza və dəstəyə malik olmayan bəzi “siyasi oyunbazlar” Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini manipulyasiya predmetinə çevirərək öz maraqlarını təmin etməyə çalışırlar: “Həmin şəxslərin Qarabağ məsələsi adı altında idman meydançasında mitinq keçirməklə “siyasi şou” təşkil etməsi bunun bariz nümunəsidir. İdman meydançasında keçirilən hər hansı bir mitinq vasitəsilə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz. Zatən, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin həllini, işğal altında olan torpaqlarımızın azad olunmasını istəyir. Bu, ümummilli məsələdir və bütün Azərbaycan xalqı bu məsələdə vahid mövqedədir. Amma görünür, Qarabağ məsələsi adı altında bu mitinqi təşkil edənlərin məqsədləri başqadır. Onlar öz ətrafında adam toplaya bilmədikləri üçün hər bir vətəndaşımızı düşündürən və Azərbaycan xalqının taleyüklü məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən öz maraqlarını təmin etmək üçün istifadə etməklə yanaşı, bununla düşmən dəyirmanına da su tökmüş olurlar. Hətta həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Əslində isə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı Azərbaycanda mitinq keçirməyə ehtiyac yoxdur, çünki Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanları Dağlıq Qarabağ probleminin həlli bu qədər maraqlandırırsa, o zaman onlar Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Lakin biz tam əksini müşahidə edirik. Milli maraqlara zidd mövqedə duran həmin şəxslər xaricdə Azərbaycan əleyhinə iş aparırlar, ölkə daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar. Bu, onların fəaliyyətinin və təşəbbüslərinin əsl məqsədini ortaya qoyur”.
“Qarabağla bağlı çağırış edən mitinq təşkilatçıları övladlarını xaricdə saxlayaraq hərbi xidmətə göndərməyiblər. Əgər bir şəxs Qarabağla bağlı çağırış etmək istəyirsə, ilk növbədə, öz övladını gətirərək təqdim edər və deyər ki, müharibə başlayarsa, övladı Vətənin müdafiəsi üçün müharibədə iştirak edə bilər. Yalnız bundan sonra sözügedən şəxslərin xalq qarşısında Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa fikir irəli sürməyə mənəvi haqqı olar. Onlar müxtəlif siyasi məqsədlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bu, olduqca yanlış və məntiqsiz fikirdir. Qarabağla bağlı mitinq kiçik bir idman meydançasına sığan yığıncaq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Təkcə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sıralarında yüz minlərlə insan birləşib. Ona görə də bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini təmin etmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq. Azərbaycan vətəndaşları reallıqları görür və dəyərləndirir”,-deyə S. Novruzov əlavə edib.
YAP İcra katibinin müavini onu da diqqətə çatdırıb ki, istənilən insan Qarabağla bağlı mətbuatda, televiziyada, sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında fikir bildirə bilir. Biz bunu xüsusilə Azərbaycan Ordusunun Aprel döyüşləri və Naxçıvan əməliyyatında düşmənin təxribatçı hərəkətlərinə layiqli cavab verməsi və mühüm qələbə qazanması zamanı da müşahidə etdik. Belə olan halda, bəzi “siyasi oyunbazlar”ın “Qarabağ mitinqi” adı altında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə deyil, şəxsi münasibətlərini aydınlaşdırmağa həsr etdikləri, öz maraqlarını təmin etmək üçün vasitəyə çevirdikləri mitinq keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılıq və etirazla qarşılandı. Digər tərəfdən, vaxtilə “Qarabağ kartı” ilə hakimiyyət uğrunda çirkin mübarizə aparanların, Azərbaycanın strateji baxımdan əlverişli rayonlarını, Laçını, Şuşanı və Kəlbəcəri satanların, Xocalı soyqırımından hakimiyyətə gəlmək üçün istifadə edənlərin, dövlət çevrilişlərində iştirak edənlərin, Azərbaycanda hərc-mərcliyin – xaosun yaranmasına cəhd göstərənlərin mitinqdə iştirakı olduqca gülünc və paradoksaldır. Həmin şəxslər mitinqdə Qarabağ məsələsini manipulyasiya vasitəsinə çevirərək Azərbaycan hakimiyyətini ittiham edən, üstəlik, mitinqin mövzusuna aidiyyatı olmayan absurd fikirlər səsləndirdilər. Onlar guya Qarabağ məsələsi üçün toplaşmışdılar amma “Qarabağ kartı” vasitəsilə olmayan nüfuzlarını artırmaq məqsədilə Azərbaycan dövləti və iqtidarı əleyhinə fikirlər ifadə etməklə mitinqi primitiv “siyasi şou”ya çevirdilər. Əlbəttə, Azərbaycan cəmiyyəti bu cür antimilli şəxslərin xalqımızın və dövlətimizin mənafeyinə zidd fikirlərini, mövqeyini ikrah hissi ilə qarşılayır. Azərbaycan vətəndaşları bu şəxslərin əqidəsinə, xalqa və dövlətə münasibətinə yaxşı bələddir. Belələri konkret olaraq Dağlıq Qarabağ probleminin həlli məsələsində ermənilərlə eyni mövqedən çıxış edirlər, erməni təbliğat maşınının absurd tezisləri və iddialarını səsləndirirlər. Əgər belə olmasaydı, mitinqdə onların ittiham xarakterli fikirlərinin ünvanı – hədəfi Azərbaycan dövləti və hakimiyyəti deyil, bilavasitə təcavüzkar Ermənistan olardı. Onlar bu məsələdə torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistanı yox, Azərbaycan dövlətini və iqtidarını hədəfə çevirməyə çalışmaqla milli maraqlara zidd mövqedə olduqlarını bir daha nümayiş etdirdilər”.
“Bütövlükdə, Azərbaycan xalqının mövqeyini və iradəsini əks etdirməyən bu “siyasi şou” xarakterli mitinqdə səsləndirilən pafoslu fikirlər tamamilə reallıqlardan uzaq idi. Bəzi “siyasi oyunbazlar” çıxışlarında Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan iqtidarını və dövlətini hədəfə almaqla konkret siyasi məqsədlər güddüklərini nümayiş etdirdilər. Beləliklə, bir daha aydın oldu ki, bu, müxtəlif siyasi məqsədlərə xidmət edən və Dağlıq Qarabağ məsələsindən manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan bir qrup “siyasi oyunbaz”ın təşkil etdiyi mitinqdir”,-deyə S. Novruzov bildirib.
Baxış sayı: 376
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.