12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
Böyük Müəllim və Dövlət Adamı: Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir
Tarix: 20-09-2018 18:44 | Bölmə: Manşet
Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.
Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Mərhum Murtuz Ələsgərovun sədrliyi dövründə parlamentdə təmsil olunan deputatlar onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Murtuz Ələsgərovun müasir Azərbaycanın qurulmasında böyük xidmətlər göstərdiyini deyib.

“1992-ci ilin 21 noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin yanında Yeni Azərbaycan Partiyasının yaradılmasında, ilk konfransın keçirilməsində Murtuz müəllimin xüsusi xidmətləri olub. O zaman biz Heydər Əliyevə partiyanın yaradılmasını təklif edirdik. Murtuz Ələsgərovun Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında xüsusi xidmətləri var".
E.İbrahimov qeyd edib ki, Murtuz Ələsgərov Sovet dövründə siyasi icmalçı kimi çıxışlar edib və dünya siyasətindən yaxından xəbərdar olub. “Onun xarici səfərlərində iştirak edirdim. Çox hazırcavab insan idi. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlova cavabları da bu sıradandır. Murtuz müəllimə hər zaman böyük hörmətlə yanaşılırdı. Onun savadı, intellekti yüksək səviyyədə idi.
Onun xatirəsi mənim üçün hər zaman əzizdir. Murtuz müəllimlə dost, yaxın yoldaş olmuşuq. İnsanpərvər, səmimi, mehriban, sadə şəxs idi. Bizdə belə deyirlər, “uşaqla uşaq idi, böyüklə böyük”. Onun xatirəsi mənim üçün əzizdir. 90 illiyi ilə əlaqədar yazılarım var, çapa verəcəyəm. Hazırda onun haqqında kitab hazırlanır və orada yazılar verəcəyik.
Murtuz müəllim tarixi bir gündə dünyaya gəlib, özü də tarixi şəxsiyyətdir. Bundan əlavə, gözəl ailə başçısı olub, onun övladları da Murtuz müəllimin adına layiq, dövlətçilik uğrunda xidmətləri olan insanlardır”.

Deputat Elman Məmmədov eks-spiker Murtuz Ələsgərovu humanist, dəyərli insan, görkəmli siyasətçi kimi xatırlayır:
"O, Milli Məclisin dəyərli sədri kimi yadıma qalıb. Həmçinin Azərbaycan hüquq elmində sözünü demiş alim idi. Murtuz Ələsgərov görkəmli siyasətçi, sədaqətli insan idi. O, Heydər Əliyevə ən sadiq adamlardan biri olub. Muruz Ələsgərovun Azərbaycan dövlətçiliyinin qurulmasında, inkişafında böyük xidmətləri var. Milli Məclisə rəhbərlik etdiyi dövrdə parlament yüksək səviyyəli fəaliyyətilə seçilirdi. Beynəlxalq əlaqələrin inkişafında, qanunların qəbul olunmasında, dəyişikliklərin edilməsində onun xidmətləri unudulmazdır.
Murtuz müəllim özünəməxsus yumoru olan, insanlara münasibətdə çox səmimi şəxsiyyət idi. Onun həm də yaxşı yol yoldaşlığı var idi. Murtuz müəllimlə bir neçə dəfə səfərdə olmuşuq. Həmin səfərlər mənim xatirimdən heç vaxt çıxmaz. Onun xatirəsi mənim üçün hər zaman əzizdir”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, Murtuz Ələsgərov deputatlar üçün sözün əsl mənasında müəllim olub:
"Murtuz müəllim işinə çox məsuliyyətlə yanaşırdı. İclasları aparmaqda, deputatlarla rəftarında hamıya nümunə idi. Murtuz müəllim açıq qəlbli insan olub, deputatlara həmişə yaxın münasibət saxlayıb. Bununla bərabər, prinsipial insan idi. Kiminsə nöqsanı olur və ya özünü düzgün aparmırdırsa, bunu üzünə deyirdi. Amma bütövlükdə Murtuz müəllimin parlamentdə böyük nüfuzu var idi".
A.Rəhimzadə eks-spikeri 90-ci illərdən tanıdığını vurğulayıb: “Xalq cəbhəsinin dövründə fəal siyasətçi idi. 90-ci illərdə prezident vəzifəsinə seçilmək üçün yaş senzi qoyulmuşdu. Belə ki, yaşı çox olan insan seçimdə iştirak edə bilməzdi. O zaman cəmiyyət bunu qəbul etmirdi. Həmin yaş senzinin aradan götürülməsində, o dövrdəki siyasi məsələlərdə Murtuz Ələsgərovun xüsusi xidmətləri olub. Mən onunla həmin dövrlərdə tanış olmuşam. Murtuz müəllim ziyalı dövlət xadimi idi. Arzu edərdim ki, belə insanlar çox olsun. Onun gördüyü işlər və özü insanların yaddaşında hər zaman qalır və qalacaq”.

Vaxtilə Bakı Dövlət Universitetinin prorektoru və Milli Məclisdə komitə sədri olan Şahlar Əsgərovun sözlərinə görə, Murtuz Ələsgərov Azərbaycanın ən görkəmli, ictimai-siyasi xadimlərindən biri kimi tarixə düşüb.
“O, uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi. Murtuz müəllimi Milli Məclisdən qabaq hələ Bakı Dövlət Universitetində müəllim işlədiyim dövrlərdən tanıyıram. Bakı Dövlət Universitetinin rektoru olub. Orada da özünü yaxşı təşkilatçı və elm adamı, ədalətli rektor kimi göstərirdi.
Mənimlə fərdi söhbətlərin birində dedi ki, “6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun". Onun bu addımı Heydər Əliyevin də xoşuna gəlmişdi.
Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, “Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər”. Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban,qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam”.
AzVision.az
Baxış sayı: 778
Bölməyə aid digər xəbərlər
Tarix: 20-09-2018 18:44 | Bölmə: Manşet
Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir.
Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Mərhum Murtuz Ələsgərovun sədrliyi dövründə parlamentdə təmsil olunan deputatlar onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Murtuz Ələsgərovun müasir Azərbaycanın qurulmasında böyük xidmətlər göstərdiyini deyib.

“1992-ci ilin 21 noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin yanında Yeni Azərbaycan Partiyasının yaradılmasında, ilk konfransın keçirilməsində Murtuz müəllimin xüsusi xidmətləri olub. O zaman biz Heydər Əliyevə partiyanın yaradılmasını təklif edirdik. Murtuz Ələsgərovun Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında xüsusi xidmətləri var".
E.İbrahimov qeyd edib ki, Murtuz Ələsgərov Sovet dövründə siyasi icmalçı kimi çıxışlar edib və dünya siyasətindən yaxından xəbərdar olub. “Onun xarici səfərlərində iştirak edirdim. Çox hazırcavab insan idi. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlova cavabları da bu sıradandır. Murtuz müəllimə hər zaman böyük hörmətlə yanaşılırdı. Onun savadı, intellekti yüksək səviyyədə idi.
Onun xatirəsi mənim üçün hər zaman əzizdir. Murtuz müəllimlə dost, yaxın yoldaş olmuşuq. İnsanpərvər, səmimi, mehriban, sadə şəxs idi. Bizdə belə deyirlər, “uşaqla uşaq idi, böyüklə böyük”. Onun xatirəsi mənim üçün əzizdir. 90 illiyi ilə əlaqədar yazılarım var, çapa verəcəyəm. Hazırda onun haqqında kitab hazırlanır və orada yazılar verəcəyik.
Murtuz müəllim tarixi bir gündə dünyaya gəlib, özü də tarixi şəxsiyyətdir. Bundan əlavə, gözəl ailə başçısı olub, onun övladları da Murtuz müəllimin adına layiq, dövlətçilik uğrunda xidmətləri olan insanlardır”.

Deputat Elman Məmmədov eks-spiker Murtuz Ələsgərovu humanist, dəyərli insan, görkəmli siyasətçi kimi xatırlayır:
"O, Milli Məclisin dəyərli sədri kimi yadıma qalıb. Həmçinin Azərbaycan hüquq elmində sözünü demiş alim idi. Murtuz Ələsgərov görkəmli siyasətçi, sədaqətli insan idi. O, Heydər Əliyevə ən sadiq adamlardan biri olub. Muruz Ələsgərovun Azərbaycan dövlətçiliyinin qurulmasında, inkişafında böyük xidmətləri var. Milli Məclisə rəhbərlik etdiyi dövrdə parlament yüksək səviyyəli fəaliyyətilə seçilirdi. Beynəlxalq əlaqələrin inkişafında, qanunların qəbul olunmasında, dəyişikliklərin edilməsində onun xidmətləri unudulmazdır.
Murtuz müəllim özünəməxsus yumoru olan, insanlara münasibətdə çox səmimi şəxsiyyət idi. Onun həm də yaxşı yol yoldaşlığı var idi. Murtuz müəllimlə bir neçə dəfə səfərdə olmuşuq. Həmin səfərlər mənim xatirimdən heç vaxt çıxmaz. Onun xatirəsi mənim üçün hər zaman əzizdir”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, Murtuz Ələsgərov deputatlar üçün sözün əsl mənasında müəllim olub:
"Murtuz müəllim işinə çox məsuliyyətlə yanaşırdı. İclasları aparmaqda, deputatlarla rəftarında hamıya nümunə idi. Murtuz müəllim açıq qəlbli insan olub, deputatlara həmişə yaxın münasibət saxlayıb. Bununla bərabər, prinsipial insan idi. Kiminsə nöqsanı olur və ya özünü düzgün aparmırdırsa, bunu üzünə deyirdi. Amma bütövlükdə Murtuz müəllimin parlamentdə böyük nüfuzu var idi".
A.Rəhimzadə eks-spikeri 90-ci illərdən tanıdığını vurğulayıb: “Xalq cəbhəsinin dövründə fəal siyasətçi idi. 90-ci illərdə prezident vəzifəsinə seçilmək üçün yaş senzi qoyulmuşdu. Belə ki, yaşı çox olan insan seçimdə iştirak edə bilməzdi. O zaman cəmiyyət bunu qəbul etmirdi. Həmin yaş senzinin aradan götürülməsində, o dövrdəki siyasi məsələlərdə Murtuz Ələsgərovun xüsusi xidmətləri olub. Mən onunla həmin dövrlərdə tanış olmuşam. Murtuz müəllim ziyalı dövlət xadimi idi. Arzu edərdim ki, belə insanlar çox olsun. Onun gördüyü işlər və özü insanların yaddaşında hər zaman qalır və qalacaq”.

Vaxtilə Bakı Dövlət Universitetinin prorektoru və Milli Məclisdə komitə sədri olan Şahlar Əsgərovun sözlərinə görə, Murtuz Ələsgərov Azərbaycanın ən görkəmli, ictimai-siyasi xadimlərindən biri kimi tarixə düşüb.
“O, uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi. Murtuz müəllimi Milli Məclisdən qabaq hələ Bakı Dövlət Universitetində müəllim işlədiyim dövrlərdən tanıyıram. Bakı Dövlət Universitetinin rektoru olub. Orada da özünü yaxşı təşkilatçı və elm adamı, ədalətli rektor kimi göstərirdi.
Mənimlə fərdi söhbətlərin birində dedi ki, “6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun". Onun bu addımı Heydər Əliyevin də xoşuna gəlmişdi.
Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, “Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər”. Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban,qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam”.
AzVision.az
Baxış sayı: 778
Bölməyə aid digər xəbərlər
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.













