Bütün xəbərlər
Prezidentin ötən 10 ili... - Video
Tarix: 29-05-2021 05:09 | Bölmə: Manşet

                    Prezidentin ötən 10 ili...


Prezident İlham Əliyevin fəaliyyətinin 2010-2020-ci illər dönəminə həsr olunmuş video hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, videoda dövlət başçısının məqsədyönlü fəaliyyətinin ən diqqətçəkən məqamlarına yer verilib.
Videoda “Azərkosmos”un yaradılması, Bakının fasiləsiz su ilə təminatı məqsədilə inşa olunan “Oğuz-Qəbələ-Bakı” xəttinin istismara verilməsi, “Ekologiya ili” elan olunması və bu çərçivədə 6 milyondan çox ağacın əkilməsi, ölkəmizin Qoşulmama Hərəkatına tamhüquqlu üzv olması, Mədəniyyətlərarası Dialoq Forumunun ilk toplantısının Bakıda keçirilməsi, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi, “Avroviziya”nın Azərbaycana gəlişi, Azərbaycan Gənclər Fondunun yaradılması, Azərbaycan və Türkiyənin ilk birgə genişmiqyaslı hərbi təlimləri, “Azerspace”nin kosmosa buraxılması kimi tarixi hadisələrə yer verilib.
Daha ətraflı videosüjetdə:

              


Baxış sayı: 621


Bölməyə aid digər xəbərlər