19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib
Tarix: 07-09-2018 22:35 | Bölmə: Manşet

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirilib.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib ki, tədbir rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Azərbaycan media məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində reallaşır.
Media fəaliyyətinə dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkən Ə.Amaşov bildirib ki, kütləvi informasiya vasitələrində çalışanların ana dilimizdən düzgün yararlanmaları mütləqdir.
MŞ sədri jurnalistikamızda dildən istifadə xüsusiyyətlərinin çoxsaylı müzakirələrin mövzusuna çevrildiyini deyib. O vurğulayıb ki, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistlərin ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır. “Layihəmizin məqsədi həmin tendensiyanın aradan qaldırılmasına dəstək göstərməkdən ibarətdir. Bu, 2018-ci ildəki ilk toplantımızdır. Hələlik bəzi xarakterik məqamları diqqətə çatdırmağı düşünürük. Monitorinqimiz iyunun 15-dən noyabrın 15-dək olan dövrü əhatə edir. İlkin nəticələrimiz var. Tədbirimiz də bu nəticələri ümumi şəkildə vurğulamaq, diqqətə çatdırmaq məramından irəli gəlir. Layihə çərçivəsindəki ikinci tədbirimizdə isə konkret rəqəmləri açıqlamağı düşünürük”, - deyə Ə.Amaşov vurğulayıb.
MŞ-nin ədəbi dilin qorunması ilə bağlı monitorinqinin qrup rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov məlumat verib ki, Şuranın ötən illərdə apardığı araşdırmalara bir qayda olaraq qəzetlər daxil edilirdi. Bu dəfə informasiya saytlarının da materialları araşdırılacaq. “Ümumilikdə 20 KİV-i nəzərdən keçiririk. İlkin nəticə bundan ibarətdir ki, elektron informasiya resurslarında ana dilimizin normalarına riayət sahəsindəki vəziyyət ürəkaçan deyil. Bu, əlbəttə, tələskənlikdən irəli gəlir. Bir çox hallarda müəllifin yazdığı mövzu barədə məlumatsızlığı dil pozuntularını doğurur. Prinsipial məqam budur ki, pozuntu dilin qrammatik sisteminə daxil olursa, məsələ ciddidir. Belə ciddilik müşahidə edilməkdədir. Daha bir xarakterik cəhət mürəkkəb sözlərin işlədilməsi ilə əlaqədardır. Təbii ki, orfoqrafik səhvlər də kifayət qədərdir. Ancaq biz müqayisəli yanaşırıq. Çünki Mətbuat Şurası artıq neçə illərdir ki, mövcud istiqamətdə iş aparır. Müşahidələrimiz onu deməyə əsas verir ki, ötən illərdən fərqli olaraq ümumən mediada ana dilimizin işlədilməsi sahəsində müsbət tendensiyalar nəzərə çarpmaqdadır. Əldə edilmiş bu nəticənin qorunub saxlanılması üçün fəaliyyətimizin davamlılığına ehtiyac var”, - deyən İ.Abbasov bildirib ki, Mətbuat Şurasının monitorinqində iki başlıca məqama diqqət yetirilir. Birincisi leksik pozuntulardır ki, bura alınma dialekt, şivə sözlərin, terminlərin və yeni sözlərin, yəni neologizmlərin işlədilməsi ilə bağlı pozuntular daxildir. Qrammatik pozuntulara isə morfoloji və sintaktik qaydalara əməl olunmaması ilə bağlı pozuntular, həmçinin üslub pozuntuları aiddir.
Mediamızda ana dilimizdən istifadə sahəsində kifayət qədər pozuntu faktlarının mövcudluğunu vurğulayan MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, belə təmayüllərə qarşı bütövlükdə cəmiyyətin səfərbər olması zəruridir. O, son dövrlər mövzu ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirdiyini diqqətə çatdırıb. Baş redaktor onu da bildirib ki, hər bir media orqanı yol verdiyi dil xətalarını səmimi qarşılamalı, fəaliyyətində dönüş etməyi bacarmalıdır.
«525-ci qəzet»in redaktoru Seyfəddin Hüseynli qeyd edib ki, dil məsələlərinə yanaşmada ilk növbədə nəsillər arasındakı münasibətlər tənzimlənməlidir. Mövcud xüsusda medianın dili məsələsinə diqqət yetirilməlidir. Bu, mediaya baxış da aktuallaşdırır. Çevik medianın xəbər dili reallığı var. Reallıq ənənəvi medianın dilindəki ahəngarlıqla uzlaşmır. Uzlaşmaların yaranmasına çalışmalıyıq. Buna görə də nöqsanların diqqətə çatdırılması mütləqdir.
«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz təklif edib ki, mediadakı dil pozuntularının qarşısının alınması üçün praktik jurnalistlər üçün dil kursları təşkil olunmalıdır. O, həmçinin vurğulayıb ki, ana dilindən istifadə sahəsində pozuntuları doğuran daha bir cəhət jurnalistikada ixtisaslaşmanın aşağı səviyyəsidir.
MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, media zamanla ayaqlaşaraq çevik fəaliyyət göstərməlidir. Çeviklik heç də o demək deyil ki, ədəbi dilin norma və qanunları ikinci plana atılmalıdır. Bunun baş verməməsi üçün maarifləndirici tədbirlərlə yanaşı, müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə ehtiyac var. Baş redaktor dünyanın bir çox ölkələrinin media vasitələrində, eləcə də internet informasiya resurslarında dildən istifadədəki qüsurlara yol verilməsinin qarşısını alan xüsusi proqramların tətbiq edildiyini diqqətə çatdırıb. E.Mirzəbəyli ölkəmizin əlaqədar qurumlarının məsələyə həssaslıqla yanaşmalarının vacibliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı bildirib ki, rəhbərlik etdiyi media qurumuna işçi götürülməsində onların jurnalistika fakultələrini bitirmələri amili nəzərə alınır. Lakin məzunların heç də hamısı tələblər səviyyəsində olmur. O cümlədən onların dil bilikləri də. Buna görə jurnalistika fakultələrinin tələbələrinin dərslərinin redaksiyalarda keçirilməsi daha faydalıdır. Belə yanaşma nəzəri biliklərin təcrübədə tətbiqi üçün real şərait yaradacaq.
MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında redaksiyaların peşəkar heyəti formalaşmadırmaqla yanaşı, onun saxlanılması üçün yetərincə maliyyəsinin olmasının vacibliyini vurğulayıb. Bu cəhət imkan verəcək ki, qəzetçilik texnologiyalarının bütün tərəflərinə, o cümlədən redaktə və korrektura məsələlərinə ciddi riayət edilsin.
Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, veteran jurnalistlər Məhazir Süleymanzadə və Tofiq Yusifov müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, jurnalistikanın söz sənəti kimi ədəbi dilə riayət etməsi örnək mahiyyət daşıyır. Onlar digər sahələrdə də ana dilindən istifadədə ciddi nöqsanların mövcudluğuna diqqət çəkiblər və bununla əlaqədar olaraq maarifləndirmə işləri ilə yanaşı, hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyətini önə çəkiblər.

Baxış sayı: 409
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.