Bütün xəbərlər
“Heç bir yerdə kütləvi erməni məzarlığı yoxdur” - Türkiyə prezidenti
Tarix: 27-04-2021 00:25 | Bölmə: Manşet

                “Heç bir yerdə kütləvi erməni məzarlığı yoxdur”


“Türklərə aid kütləvi məzarlıqlar var, amma heç bir yerdə ermənilərə aid kütləvi məzarlığa rast gələ bilməzsiniz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında ABŞ Prezidenti Co Baydenin işlətdiyi “erməni soyqırımı” ifadəsinə münasibət bildirərkən deyib.
Prezident vurğulayıb ki, belə bir hadisə yaşanmayıb:
“Müharibə dönəmində ölkəmizin torpaqlarında çoxu İstanbul və qərb şəhərlərində olmaqla, 300 min erməni yaşamağa davam edib. Hazırda İstanbulda 100 min erməni əhali var.
Müharibədən sonra geri dönənlərlə bu rəqəm 650 minə yaxınlaşıb. Hər halda insanlar qətl edildikləri, soyqırımına uğradıqları bir yerə könüllü olaraq geri dönməzlər, cənab Bayden”.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər