21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Merkel: Almaniya Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə hazırdır
Tarix: 24-08-2018 19:50 | Bölmə: Manşet

                 

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli atmosferin yaranmasında yardım etməyə hazırdır.
Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Yerevanda baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.
Kansler xatırladıb ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür:
"Biz danışdıq ki, münaqişənin həll edilməsi yaxşı olardı. Amma yaxşı atmosferdə qərar vermək çox vacibdir. Almaniya bu işdə kömək etməyə hazırdır".
A.Merkelin sözlərinə görə, münaqişə danışıqlar olmadan həll edilə bilməz və münaqişənin həllində hər cür səy göstərilməsi vacibdir.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər