19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Ərdoğan: Türkiyə iqtisadi təzyiqlərə görə siyasi kursunu dəyişməyəcək
Tarix: 19-08-2018 01:44 | Bölmə: Manşet

                     

Türkiyə xaricdən olan iqtisadi təzyiqlərə görə öz siyasi kursunu dəyişməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Türkiyənin düşmənləri bizə qarşı iqtisadi təzyiq vasitələrindən istifadə edirlər. Lakin bizim ölkəmiz kursu dəyişmək niyyətində deyil. Bizi çökdürə bilmədilər, bundan sonra da bacarmayacaqlar".
Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.



Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər