21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
NAXÇIVAN MUXTAR RESPUBLİKASI: MİLLİ İQTİSADİ İNKİŞAFA BÖYÜK TÖHFƏ
Tarix: 09-08-2018 01:53 | Bölmə: Manşet
Azərbaycan iqtisadiyyatının uzaq gələcək üzrə müəyyən etdiyi hədəflər və seçdiyi prioritetlərin gerçəkləşməsində onun regional iqtisadi siyasətinin də mühüm təsiri vardır. Mütərəqqi potensial əsasında nail olunan bu tədbirlərdə Naxçıvan Muxtar Respublikasının da tarixən özünü təsdiq edən rolu milli iqtisadiyyat sahəsindəki addımlara daha da qətiyyətlilik gətirmişdir. Nəticədə isə, bunlar 2018-ci ilin yanvar-iyun ayları ərzində etibarlı və müqavimətli göstəriciyə çevilmişdir. Fikrimizi müvafiq dövr üzrə muxtar respublikada istehsal edilən Ümumi Daxili Məhsulun həcmi də sübut etməkdədir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında əsas makroiqtisadi göstəricinin həcmi 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4 faiz çoxdur. Təbii ki, bu potensial cari dövr üçün güclü dayaqlar təşkil etməklə qarşıdakı mərhələlərdə ardıcıl perspektivlərə qapılar açacaqdır.
Əlbəttə ki, bu göstərici muxtar respublikanın mövcud coğrafi-iqtisadi şəraiti üçün, onun sosiallaşma məqsədlərinin gerçəkliyi naminə çox zəruridir. Çünki, uzun illərdir ki, bu əziz torpaq bədnam ermənilərin çirkin təcavüzü nəticəsində blokada vəziyyətində qalmaqdadır. Ancaq buna baxmayaraq, düzgün yol, müdrik idarəetmə və möhkəm təcrübə muxtar respublikanın bu neqativ halın təsirlərini sıfıra bərabər etməyə qadir olmuş və davamlı, eyni zamanda perspektivli uğurlar əldə edilməkdədir. Təbii ki, bu isə imkan vermişdir ki, əhalinin sosial maraqlarının dolğun ifadə oluna bildiyi iqtisadi potensial formalaşsın. Tərəddüd etmədən qeyd edə bilərik ki, muxtar respublikada bu məqsədlər tamamilə reallığa çevrilmişdir. Elə bunun nəticəsidir ki, cari ilin ötən dövründə burada ÜDM-nin hər nəfərə düşən həcmi 2748 manatdan çox təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 2,3 faiz artıqdır. Buradan da göründüyü kimi, muxtar respublikada hər bir sakinin maraq və mənafeyini ifadə edə bilən iqtisadiyyat formalaşmış və bu, makroiqtisadi proseslərin ən səmərəli nəticələrini özündə yaşatmaqdadır.
Heç şübhəsiz ki, muxtar respublika iqtisadiyyatı istehsal anlayışının ardıcıllığı, fasiləsizliyi, təminatlılığı, bununla da yüksək sosial mahiyyəti ilə fərqlənməkdədir. Mövcud iqtisadi potensial onu göstərir ki, burada bütün rayonlar və hətta bütün kəndlərdə istehsal infrastrukturu ciddi şəkildə təşkilatlanmış və özünün mezoiqtisadi əhəmiyyətliliyi ilə daha da strateji mahiyyət kəsb etməkdədir. Təbii ki, burada xammal mənbələrinin əlçatanlığı, onun emal proseslərindəki çevik iştirakı, bununla da istehsal mexanimzlərinin səfərbər edilməsi məsələlərinin dolğunluğu mühüm təsirə malikdir. Belə olan vəziyyətdə isə istehsal, bölgü, mübadilə və istehlak arasındakı qırılmazlıq təmin edilməklə, sosial-iqtisadi inkişafın güclü bazası yaradılmışdır. Qeyd edək ki, bütün bu proseslərin vəhdəti iqtisadiyyatın əsas və aparıcı sahəsi olan sənayenin daha mütərəqqi inkişafına stimul verməkdədir. Aparılan islahatlar, göstərilən diqqət və qayğı iqtisadiyyatın sənaye əhəmiyyətinin artmasında daha böyük göstəricilərlə ifadə edilməkdədir. 2018-ci ilin yanvar-iyun aylarında 536 milyon 780 min manat dəyərində sənaye məhsulunun istehsal olunması məhz bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinin nəticəsidir.
Bu gün Naxçıvan Muxtar Respublikası malik olduğu iqtisadi güclə tikinti sahəsindəki layihələrini qətiyyətlə reallaşdırmaqdadır. Əhalinin sosial problemlərinin həllini, ucqar dağ kəndlərində istehsal imkanlarının genişləndirilməsini, kiçik və orta sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasını hədəfləyən tədbirlər muxtar respublikada tikinti və quraşdırma işləri sahəsindəki proseslərin düzgün təşkili və idarə olunmasını daha da sürətləndirmişdir. Cari ilin ötən dövrü ərzində bütün maliyyə mənbələrindən muxtar respublikada əsas kapitala yönəldilən vəsaitlərin həcmi 547 milyon 885 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricini 2,1 faiz üstələmişdir. Ən müasir, ən mütərəqqi ideyalarla əldə edilən bu göstəricinin 95,2 faizi, daha doğrusu, 521 milyon 610 manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Muxtar respublikada əhalinin sosial dayaqlarının möhkəmlənməsini, etibarlı ərzaq təhlükəsizliyinin təminatındakı rolunu, bununla da iqtisadiyyatın dayanıqlığının artırılmasını təmin edən sahə kənd təsərrüfatıdır. Bu sahə muxtar respublikanın ərazi xüsusiyyətlərinə və əhali məskunlaşmasına görə də aktualdır. Buna görə də davamlı inkişaf üzrə iqtisadi və hüquqi tənzimləmələr bu sahənin səmərəliliyini daha da artırmış və təlabata uyğun məhsul istehsalı sahəsində tam ixtisaslaşmışdır. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 128 milyon 162 min 100 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Yuxarıda göstərilən amillər kənd təsərrüfatının həm də strateji məşğulluq imkanlarına malik olduğunu ifadə edir. Bu sahənin perspektivləri ixracyönlü məhsul istehsalının daha da stimullaşmasını sürətləndirmişdir. Torpaqdan təyinatı üzrə istifadə edilməsi, istehsalçıların zəruri texnika və avandanlıqlarla təmin edilmələri, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması məsələləri aqrar sektorun dövlətin iqtisadi siyasətindəki rolunu artırmaqdadır. Təbii ki, bu isə kənd təsərrüfatı məhsullarının təlabata uyğunluğunu təmin etməklə yanaşı, həm də ixrac edilməsi imkanlarını daha da genişləndirmişdir. Belə ki, bəhs edilən dövrdə muxtar respublikadan 40 milyon 187 min 300 ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac edilmişdir.
İstehsalın müasir dövrdə ən yüksək mahiyyəti kreativ ideya və təşəbbüslərə söykənən sahibkarlıq fəaliyyətilə ifadə edilməkdədir. Bu, iqtisadi potensialın, regional tarazlığın, eləcə də sosial dayanıqlığın təminat göstəriciləridir. Hazırda muxtar respublikada milli iqtisadi inkişafı hədəfləyən tədbirlərin ardıcıllığı sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini də göstərməkdədir. Nəticədə isə yerli məhsulların istehsalı daha da artmışdır ki, bu da daixili bazarın qorunması və yad təsirlərdən mühafizəsi sahəsində mühüm amil hesab edilə bilər. Qeyd edək ki, Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Təhlillər göstərir ki, ərzaq məhsullarının 86 faizə yaxını, qeyri-ərzaq məhsullarının 94 faizdən artığı, ümumi məhsul növlərinin isə 92 faizə yaxını tamamilə yerli imkanlar hesabına istehsal edilməkdədir.
Aydındır ki, ardıcıl olaraq həyata keçirilən tədbirlər bir tərəfdən muxtar respublika iqtisadiyyatının sosialyönümlülüyünü artırmaqla yanaşı, digər tərəfdən də onun perspektivliyini yüksəltməkdədir. İstehsal anlayışının mövcudluğu bütün tərəflərilə yanaşı həm də bu proseslərə cəlb edilən əmək ehtiyatlarının mövcudluğunu ifadə etməkdədir. Daha doğrusu, iqtisadiyyatda məşğul olanların mənafeyini göstərməkdədir. Qeyd edək ki, istinad edilən dövrdə muxtar respublikada 1364 yeni iş yeri açılmışdır ki, bunun da 1341-i və ya 98,3 faizi daimi iş yerlərinin payına düşməkdədir. Davamlı xarakter alan bu artım işsizliyin ən minim səviyyədə saxlanılması üçün güclü təminatdır.
Təbii ki, hədəflər böyükdür. Həm cari dövrlər üzrə fəaliyyət, həm də qarşıdakı dövrlər üzrə perspektivlər muxtar respublika iqtisadiyyatında sistemi tədbirlər həyata keçirilməsinə zəmin yaratmışdır. Yaradılan güclü infrastruktur və əlverişli şərait muxtar respublikada yeni və get-gedə daha da aktuallaşan turizm sektorunun inkişafını təmin etmişdir. Əgər 1995-ci ildə muxtar respublikamıza 38,6 min turist gəlmişdirsə, artıq bu sahədəki proseslərin məhsuldar nizamlanmasının nəticəsidir ki, ötən 2017-ci ilin sonuna müvafiq göstəricinin 413 min 357 turist təşkil etdiyini görməkdəyik. Yəni 11 dəfəyə yaxın artım qeydə alınmışdır. Cari ilin ötən dövründə də muxtar respublika ərazisində turizm zonalarının inkişafı tədbirləri bu sahədəki göstəricilərin də artan miqyasını təmin etmişdir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 195 min 886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Hesablama aparanda aydın olur ki, təkcə cari ilin altı ayı ərzində muxtar respublikamıza gələn turistlərin sayı 1995-ci il üzrə olan göstəricidən 5 dəfədən çox olmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası müasir müstəqilliyin 27-ci ilində daha güclü və daha etibarlı iqtisadiyyata malik olmaqla, hədəflədiyi inkişaf səviyyəsini təmin etməkdədir. Əzmkarlıq, məhsuldarlıq, qətiyyətlilik, etibarlılıq, təminatlılıq və pozitiv meyarlar sosial-iqtisadi inkişafa daha möhtəşəm dəyər qatmaqdadır. Bunlar ötən dövrün nəticələrinin ilin sonuna qədər daha perspektivli olacağını göstərməkdədir. Muxtar respublikada cari ilin ilk həftələrindən ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələr üzrə əldə edilən nailiyyətlər hər birimiz üçün böyük qürurverici oldu.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 594
Bölməyə aid digər xəbərlər
Tarix: 09-08-2018 01:53 | Bölmə: Manşet
Azərbaycan iqtisadiyyatının uzaq gələcək üzrə müəyyən etdiyi hədəflər və seçdiyi prioritetlərin gerçəkləşməsində onun regional iqtisadi siyasətinin də mühüm təsiri vardır. Mütərəqqi potensial əsasında nail olunan bu tədbirlərdə Naxçıvan Muxtar Respublikasının da tarixən özünü təsdiq edən rolu milli iqtisadiyyat sahəsindəki addımlara daha da qətiyyətlilik gətirmişdir. Nəticədə isə, bunlar 2018-ci ilin yanvar-iyun ayları ərzində etibarlı və müqavimətli göstəriciyə çevilmişdir. Fikrimizi müvafiq dövr üzrə muxtar respublikada istehsal edilən Ümumi Daxili Məhsulun həcmi də sübut etməkdədir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında əsas makroiqtisadi göstəricinin həcmi 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4 faiz çoxdur. Təbii ki, bu potensial cari dövr üçün güclü dayaqlar təşkil etməklə qarşıdakı mərhələlərdə ardıcıl perspektivlərə qapılar açacaqdır.Əlbəttə ki, bu göstərici muxtar respublikanın mövcud coğrafi-iqtisadi şəraiti üçün, onun sosiallaşma məqsədlərinin gerçəkliyi naminə çox zəruridir. Çünki, uzun illərdir ki, bu əziz torpaq bədnam ermənilərin çirkin təcavüzü nəticəsində blokada vəziyyətində qalmaqdadır. Ancaq buna baxmayaraq, düzgün yol, müdrik idarəetmə və möhkəm təcrübə muxtar respublikanın bu neqativ halın təsirlərini sıfıra bərabər etməyə qadir olmuş və davamlı, eyni zamanda perspektivli uğurlar əldə edilməkdədir. Təbii ki, bu isə imkan vermişdir ki, əhalinin sosial maraqlarının dolğun ifadə oluna bildiyi iqtisadi potensial formalaşsın. Tərəddüd etmədən qeyd edə bilərik ki, muxtar respublikada bu məqsədlər tamamilə reallığa çevrilmişdir. Elə bunun nəticəsidir ki, cari ilin ötən dövründə burada ÜDM-nin hər nəfərə düşən həcmi 2748 manatdan çox təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 2,3 faiz artıqdır. Buradan da göründüyü kimi, muxtar respublikada hər bir sakinin maraq və mənafeyini ifadə edə bilən iqtisadiyyat formalaşmış və bu, makroiqtisadi proseslərin ən səmərəli nəticələrini özündə yaşatmaqdadır.
Heç şübhəsiz ki, muxtar respublika iqtisadiyyatı istehsal anlayışının ardıcıllığı, fasiləsizliyi, təminatlılığı, bununla da yüksək sosial mahiyyəti ilə fərqlənməkdədir. Mövcud iqtisadi potensial onu göstərir ki, burada bütün rayonlar və hətta bütün kəndlərdə istehsal infrastrukturu ciddi şəkildə təşkilatlanmış və özünün mezoiqtisadi əhəmiyyətliliyi ilə daha da strateji mahiyyət kəsb etməkdədir. Təbii ki, burada xammal mənbələrinin əlçatanlığı, onun emal proseslərindəki çevik iştirakı, bununla da istehsal mexanimzlərinin səfərbər edilməsi məsələlərinin dolğunluğu mühüm təsirə malikdir. Belə olan vəziyyətdə isə istehsal, bölgü, mübadilə və istehlak arasındakı qırılmazlıq təmin edilməklə, sosial-iqtisadi inkişafın güclü bazası yaradılmışdır. Qeyd edək ki, bütün bu proseslərin vəhdəti iqtisadiyyatın əsas və aparıcı sahəsi olan sənayenin daha mütərəqqi inkişafına stimul verməkdədir. Aparılan islahatlar, göstərilən diqqət və qayğı iqtisadiyyatın sənaye əhəmiyyətinin artmasında daha böyük göstəricilərlə ifadə edilməkdədir. 2018-ci ilin yanvar-iyun aylarında 536 milyon 780 min manat dəyərində sənaye məhsulunun istehsal olunması məhz bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinin nəticəsidir.
Bu gün Naxçıvan Muxtar Respublikası malik olduğu iqtisadi güclə tikinti sahəsindəki layihələrini qətiyyətlə reallaşdırmaqdadır. Əhalinin sosial problemlərinin həllini, ucqar dağ kəndlərində istehsal imkanlarının genişləndirilməsini, kiçik və orta sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasını hədəfləyən tədbirlər muxtar respublikada tikinti və quraşdırma işləri sahəsindəki proseslərin düzgün təşkili və idarə olunmasını daha da sürətləndirmişdir. Cari ilin ötən dövrü ərzində bütün maliyyə mənbələrindən muxtar respublikada əsas kapitala yönəldilən vəsaitlərin həcmi 547 milyon 885 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricini 2,1 faiz üstələmişdir. Ən müasir, ən mütərəqqi ideyalarla əldə edilən bu göstəricinin 95,2 faizi, daha doğrusu, 521 milyon 610 manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Muxtar respublikada əhalinin sosial dayaqlarının möhkəmlənməsini, etibarlı ərzaq təhlükəsizliyinin təminatındakı rolunu, bununla da iqtisadiyyatın dayanıqlığının artırılmasını təmin edən sahə kənd təsərrüfatıdır. Bu sahə muxtar respublikanın ərazi xüsusiyyətlərinə və əhali məskunlaşmasına görə də aktualdır. Buna görə də davamlı inkişaf üzrə iqtisadi və hüquqi tənzimləmələr bu sahənin səmərəliliyini daha da artırmış və təlabata uyğun məhsul istehsalı sahəsində tam ixtisaslaşmışdır. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 128 milyon 162 min 100 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Yuxarıda göstərilən amillər kənd təsərrüfatının həm də strateji məşğulluq imkanlarına malik olduğunu ifadə edir. Bu sahənin perspektivləri ixracyönlü məhsul istehsalının daha da stimullaşmasını sürətləndirmişdir. Torpaqdan təyinatı üzrə istifadə edilməsi, istehsalçıların zəruri texnika və avandanlıqlarla təmin edilmələri, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması məsələləri aqrar sektorun dövlətin iqtisadi siyasətindəki rolunu artırmaqdadır. Təbii ki, bu isə kənd təsərrüfatı məhsullarının təlabata uyğunluğunu təmin etməklə yanaşı, həm də ixrac edilməsi imkanlarını daha da genişləndirmişdir. Belə ki, bəhs edilən dövrdə muxtar respublikadan 40 milyon 187 min 300 ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac edilmişdir.
İstehsalın müasir dövrdə ən yüksək mahiyyəti kreativ ideya və təşəbbüslərə söykənən sahibkarlıq fəaliyyətilə ifadə edilməkdədir. Bu, iqtisadi potensialın, regional tarazlığın, eləcə də sosial dayanıqlığın təminat göstəriciləridir. Hazırda muxtar respublikada milli iqtisadi inkişafı hədəfləyən tədbirlərin ardıcıllığı sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini də göstərməkdədir. Nəticədə isə yerli məhsulların istehsalı daha da artmışdır ki, bu da daixili bazarın qorunması və yad təsirlərdən mühafizəsi sahəsində mühüm amil hesab edilə bilər. Qeyd edək ki, Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Təhlillər göstərir ki, ərzaq məhsullarının 86 faizə yaxını, qeyri-ərzaq məhsullarının 94 faizdən artığı, ümumi məhsul növlərinin isə 92 faizə yaxını tamamilə yerli imkanlar hesabına istehsal edilməkdədir.
Aydındır ki, ardıcıl olaraq həyata keçirilən tədbirlər bir tərəfdən muxtar respublika iqtisadiyyatının sosialyönümlülüyünü artırmaqla yanaşı, digər tərəfdən də onun perspektivliyini yüksəltməkdədir. İstehsal anlayışının mövcudluğu bütün tərəflərilə yanaşı həm də bu proseslərə cəlb edilən əmək ehtiyatlarının mövcudluğunu ifadə etməkdədir. Daha doğrusu, iqtisadiyyatda məşğul olanların mənafeyini göstərməkdədir. Qeyd edək ki, istinad edilən dövrdə muxtar respublikada 1364 yeni iş yeri açılmışdır ki, bunun da 1341-i və ya 98,3 faizi daimi iş yerlərinin payına düşməkdədir. Davamlı xarakter alan bu artım işsizliyin ən minim səviyyədə saxlanılması üçün güclü təminatdır.
Təbii ki, hədəflər böyükdür. Həm cari dövrlər üzrə fəaliyyət, həm də qarşıdakı dövrlər üzrə perspektivlər muxtar respublika iqtisadiyyatında sistemi tədbirlər həyata keçirilməsinə zəmin yaratmışdır. Yaradılan güclü infrastruktur və əlverişli şərait muxtar respublikada yeni və get-gedə daha da aktuallaşan turizm sektorunun inkişafını təmin etmişdir. Əgər 1995-ci ildə muxtar respublikamıza 38,6 min turist gəlmişdirsə, artıq bu sahədəki proseslərin məhsuldar nizamlanmasının nəticəsidir ki, ötən 2017-ci ilin sonuna müvafiq göstəricinin 413 min 357 turist təşkil etdiyini görməkdəyik. Yəni 11 dəfəyə yaxın artım qeydə alınmışdır. Cari ilin ötən dövründə də muxtar respublika ərazisində turizm zonalarının inkişafı tədbirləri bu sahədəki göstəricilərin də artan miqyasını təmin etmişdir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 195 min 886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Hesablama aparanda aydın olur ki, təkcə cari ilin altı ayı ərzində muxtar respublikamıza gələn turistlərin sayı 1995-ci il üzrə olan göstəricidən 5 dəfədən çox olmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası müasir müstəqilliyin 27-ci ilində daha güclü və daha etibarlı iqtisadiyyata malik olmaqla, hədəflədiyi inkişaf səviyyəsini təmin etməkdədir. Əzmkarlıq, məhsuldarlıq, qətiyyətlilik, etibarlılıq, təminatlılıq və pozitiv meyarlar sosial-iqtisadi inkişafa daha möhtəşəm dəyər qatmaqdadır. Bunlar ötən dövrün nəticələrinin ilin sonuna qədər daha perspektivli olacağını göstərməkdədir. Muxtar respublikada cari ilin ilk həftələrindən ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələr üzrə əldə edilən nailiyyətlər hər birimiz üçün böyük qürurverici oldu.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 594
Bölməyə aid digər xəbərlər
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.













