Bütün xəbərlər
SOCAR AQŞ "Qərbi Abşeron" yatağında növbəti quyu qazma işlərinə başlayıb
Tarix: 07-08-2018 22:35 | Bölmə: Manşet

                    

SOCAR AQŞ 10 nömrəli dəniz stasionar platformasında 63 nömrəli quyuda qazma işlərinə başlayıb.
"SOCAR AQŞ" MMC-dən Trend-ə verilən məlumata görə, quyunun dərinliyi 724 metrdir:
"Əminik ki, dəyərlərimizə sadiq qalmağa davam edəcəyik və sağlamlığa, texniki təhlükəsizliyə və ətraf mühitin qorunmasına dair tələblərə uyğun olaraq, heç bir çatışmazlıq olmadan və maksimum mümkün iqtisadi səmərə ilə təyin olunmuş vaxtdan da tez müddətdə quyunu sifarişçiyə təhvil verəcəyik".
Qazma işlərinin sifarişçisi "Azneft" İstehsalat Birliyidir.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər