Bütün xəbərlər
Prezident İlham Əliyev Samuxda yol tikintisinə 4 milyon manat ayırıb
Tarix: 04-08-2018 17:28 | Bölmə: Manşet

                           

/ Prezident İlham Əliyev avqustun 4-də “Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Baxış sayı: 397


Bölməyə aid digər xəbərlər