Bütün xəbərlər
Zakir Həsənov Rusiyada "Beynəlxalq Ordu Oyunları-2018" yarışlarının açılışında iştirak edib
Tarix: 28-07-2018 12:40 | Bölmə: Manşet

                                             zakir hesenov rusiyada beynelxalq ordu oyunlari 2018 yarislarinin acilisinda istirak edib

    Rusiyada "Beynəlxalq Ordu Oyunları-2018" yarışlarının açılış mərasimi keçirilib.
     APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskva vilayətinin Alabino hərbi poliqonunun "Patriot" hərbi parkında keçirilən mərasimdə         Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Belarusun müdafiə naziri general-leytnant Andrey Ravkov, Qazaxıstanın müdafiə naziri general-polkovnik Saken Jazusakov və bir sıra ölkələrin Baş Qərargah rəisləri iştirak ediblər. 
 Mərasimdə "Beynəlxalq Ordu Oyunlar-2018" yarışlarında iştirak edən ölkələrin hərbçilərinin paradı keçirilib.
    Açılış mərasimində çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu yarışların iştirakçıların salamlayıb. O, sayca dordüncü dəfə keçirilən Beynəlxalq Ordu Oyunları barədə məlumat verib və yarışların iştirakçılarına uğurlar arzulayıb.   
     Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunlar-2018" yarışlarında Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölksindən olan hərbçilər iştirak edirlər.
İyulun 28-dən avqustun 11-dək davam edəcək yarışlar Rusiya ilə bərabər Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Çin və İranın poliqonlarında da keçirilək.
     Yarışlara bu gün Moskva vaxtı ilə 12:00-da "Patriot" hərbi parkında start veriləcək. Beynəlxalq Ordu Oyunlarıda ümumilikdə 28 müsabiqə keçiriləcək. Bunlar "Tank biatlonu" , “Dəniz kuboku”, “Birlik döyüşçüsü”, “Snayper sərhədi”, “Artilleriya atəşi ustası”, “PUA heyətlərinin yarışları”, “Silahdüzəldən usta”, “Aviadarts”, “Desant bölüyü, ”Təmiz səma”, “Təhlükəsiz mühit”, “Suvorov hücumu", "Hərbi ralli" və digər müsabiqələrdir. Bu yarışlardan 17-si Rusiya ərazisində, 4-ü Çində, 3-ü Qazaxıstan, Azərbaycan, İran, Ermənistan və Belarusda isə 1 yarış keçiriləcək.




Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər