Bütün xəbərlər
Tramp: Aİ ölkələri ABŞ-la ticarətə açıq olacaqlar
Tarix: 26-07-2018 09:07 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri əldə olunan razılıqlara əsasən, ABŞ-la ticarətə açıq olacaqlar.
Trend-in məlumatına görə, bu barədə Tramp “Tvitter” sosial şəbəkəsində yazıb.
“Sənədlər üzərində iş artıq başlanıb və proses sürətlə hərəkət edir. Aİ ölkələri ABŞ üçün açıq olacaq və eyni zamanda onlar üçün etdiyimiz hər şeydən faydalanacaq”, - deyə Tramp bəyan edib.
Xatırladaq ki, 25 iyul tarixində Vaşinqtonda Donald Trampla Jan-Klod Yunker arasında görüş keçirilib.



Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər